AXCP sədri Əli Kərimlinin dialoq təşəbbüslərinə qatılmaması arxasında dayanan əsas məsələləri hər birimiz gün kimi aydın bilirik. Hətta onu da yaxşı bilirik ki, hakimiyyətin apardığı uğurlu siyasəti "çirkin siyasət" adlandıran Əli Kərimli nəyə görə bu ifadələri işlədir. Məsələn, ona görə işlədir ki, onun özü siyasət amilində çirkin tipdir və siyasətə çirkinliyi də onun varlığı gətirir. Necə deyərlər, günahkar bıçaq deyil, onu pis məqsədlə istifadə edəndir.
Azərbaycanlı olmaq şərəfini hər adam öz üzərində daşıya bilmir!
Bu gün kimsəyə sirr deyil ki, dağılmış, sıradan çıxmış, laxlayaraq cırıltılayan AXCP adlı qurumun sui-qəsdçi sədri Əli Kərimli hələ də pislik əməllərini sürdürməklə, çirkinlik mahiyyətini ortaya qoumaqda davam edir. Ancaq bütün bunlara rəğmən, Əli Kərimli "mübarizəsini" düşmənçilik, anti-dövlətçilik və həyasızlıq formasında aparmaqla özünü tamamən bitirib, sonunu çatdırıb. Hətta elə hesab edir ki, ölkədə siyasi dialoq, bu istiqamətdə müzakirələr başlayarsa, o, bütün bu proseslərdən kənarda qalacaq və nəticədə olan-qalanını da itirəcək.
Lakin məsələ yalnız bunda deyil. Əgər bu gün iqtidarla dialoqa getməkdən çəkinərək, xarici qüvvələrin istənilən çağırışlarına, görüşlərinə dərhal qatılan Əli Kərimli, əslində, həm də azərbaycanlı olmamaq üçün əlindən gələni edir. Ancaq öz aramızdır, Əli Kərimli kimi "azərbaycanlı" olmaqdansa olmaması yaxşıdır. Çünki azərbaycanlı olmaq şərəfini hər adam öz üzərində daşıya bilmir! Daşıya biləməyənlər isə məhz Əli Kərimli kimiləridir!
Çirkabın ən böyüyü və təmizlənə bilinməyəcəyi...
Bu tip, əslində, öz günahları ucbatından siyasi proseslərdən kənarda qaldığı üçün hər zaman dialoq planını pozmağa çalışıb və baxır ki, yanlış siyasəti üzündən proseslərdən kənarda qalır, bu üzdən çalışır ki, ölkədə "zopa siyasəti" olsun, sular durulmasın. Çünki bu şəraitdə Əli Kərimli xaricdən pullar qopara bilir, ən müxtəlif oyunbazlıqlarla mövcudluğunu qoruyur. Əli Kərimli "uca xalqım" kimi pafoslu ifadələri ilə faktiki olaraq bu xalqa ən böyük pisliyi, xəyanəti edir, ən pis çirkabı yaxmağa çalışır. Çünki özü çirkabın ən böyüyü və təmizlənə bilinməyəcəyidir.