AXCP və sair radikal müxalifət partiyalarının, ayrı-ayrı uğursuz fərdlərin cəmləşdiyi antimilli "şura"nın "ağ atlı oğlanı" Cəmil Həsənlinin növbəti dəfə Qərbə üz tutması söz yox ki, bir sıra qaranlıq məqsədlərə hesablanmış xəyanətkar addım kimi qiymətləndirilir. Çünki məsələ həm də bundan ibarətdir ki, özünün fikirləri, yersiz ittihamları ilə elə özünü də xalqa güldürən C.Həsənli bir daha sübut etdi ki, o öz siyasi pənahını xalqda deyil, məhz Qərbin maraqlı dairələrində axtarır. Ancaq daha öncələr də verilən proqnozlardan da görünür ki, siyasi analitiklər xarici qüvvələr tərəfindən idarə olunan qurumun fəaliyyətinin uzun çəkməyəcəyi iddialarını önə sürərkən çox haqlı olublar.
İndi də parlament seçkilərinə qatılması istiqamətində vaxt udmağa səy göstərir
Çünki bu faktor hazırda özünü kifayət qədər göstərməkdədir. Beləliklə, seçkilərdə aldığı pullara görə xaricdəki havadarlarına hesabat verməyə gedən C.Həsənli artıq özü də anlamağa başlayıb ki, nə qədər çirkin oyunun ucuz oyunçusuna çevrilib. Belə ki, Azərbaycan xalqının, normal düşüncəli insanların bir daha dağıdıcı müxalifətə arxa olmadığını görən "Milli Şura" sədri sadəcə imitasiyalar edərək, gündəmdə qalmaq üçün indi də parlament seçkilərinə qatılması istiqamətində vaxt udmağa səy göstərir.
Həsənli və onu özlərinə "lider" seçənlər məhz özlərini təcrid etmiş xalq qarşısında cavab verməli olacaqlar
Ancaq ortada daha bir diqqətçəkən məqam isə millət, Vətən, türkçülük, milli-mənəvi dəyərlərdən dəm vuran bu kimi oyunbazların bunun əksinə olaraq, istənilən an ölkənin maraqlarını xarici qüvvələrə satmağa hazır olduqlarını göstərmələridir. Lakin onu da istisna etmək olmaz ki, gec, ya da tez C.Həsənli və onu özlərinə "lider" seçənlər məhz özlərini təcrid etmiş xalq qarşısında cavab verməli olacaqlar. Ən azından, dövlətə, Vətənə və xalqa etdikləri çoxsaylı xəyanətlərinə görə.
Bu arada "Milli Şura"nın mitinq keçirmək cəhdlərini də əlavə etsək, belə qənaətə gələ bilərik ki, əslində, Cəmil Həsənli mitinq keçirərək, ətrafına 100 nəfər adam toplaya bilməyəcəyini də yaxşı anlayır. Ona görə də onun ABŞ-a səfər etməsi həm də cibini doldurmaq üçündür. O, 100% orada vəd verib ki, adamları pul vasitəsilə bayıra çıxaracaq. Ancaq Qərb bu dəfə ona inanmayacaq. Çünki onlar istər Cəmil Həsənlinin, istərsə də digər radikal müxalifət "liderlərinin" bu tipli vədlərini çox görüblər. Ancaq ortada real nəticə yoxdur. Artıq Cəmil Həsənli də ona sifarişlər verən bəzi dairələrin qarşısında yalançı çıxdığı üçün bu dəfə Amerikadan əliboş dönməyə məcbur olacaq...