Azərbaycan ictimaiyyəti artıq uzun illər boyunca haqlı olaraq soruşur ki, işğalçı Ermənistana niyə sanksiyalar tətbiq olunmur? Hətta özünü demokratiyanın beşiyi elan edən ABŞ kimi bir ölkə Ermənistanın işğalçılıq siyasətiə göz yumaraq torpaqlarını işğaldan azad etmək hüququ olan Azərbaycan dövlətini beynəlxalq hüquq prinsiplərində onunla eyniləşdirərək işğalçı ilə işğala məruz qalana fərq qoymursa və münaqişənin sülh yolu ilə həllini prioritet hesab edirsə, ən nəhayət, Ermənistana və separatçı Dağlıq Qarabağ rejiminə ciddi hüquqi sanksiyalar tətbiq etmək əvəzinə, onlara maliyyə yardımı ayırırsa, bu, artıq həmin ölkənin xristian təəssübkeşliyi, məsələyə ikili standartlardan yanaşmasıdır.Əlbəttə ki, Azərbaycan xalqı ABŞ başda olmaqla Qərb dairələrinin, beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində tutduğu mövqeni ikili standartların bariz nümunəsi, ədalətsiz və riyakar yanaşma hesab etməkdə haqlıdır.Faktlara müraciət edək, Serbiyaya, Rusiyaya, bir sıra müsəlman ölkələrinə ciddi sanksiyalar tətbiq edən ABŞ, Avropa İttifaqı, BMT və dünyanın digər nüfuzlu təşkilatlarının qərar və qətnamələrini icra etməkdən boyun qaçıran Ermənistana qarşı heç bir tədbir görmürlər. Eyni zamanda, Qərbin ikili standartları və ədalətsiz iddiaları insan haqları məsələsində ayrı-ayrı ölkələrə selektiv yanaşmada da özünü açıq büruzə verir. Nə üçün Qərb institutları Ermənistanda insan hüquq və azadlıqlarının, söz və məlumat azadlığının sərt şəkildə məhdudlaşdırılmasından danışmırlar? Parlamenti güllələnən, prezident və parlament seçkilərindəki seçki saxtakarlıqlarına görə mitinqə çıxan yüz minlərlə erməni nümayişçilərini gülləbaran edən, yüzlərlə siyasi fəalı həbsxanalara dolduran Ermənistana qarşı belə sanksiayalar qəbul olunmur, onlar tənqid edilmirlər.Bu gün antimilli qüvvələr olan Leyla Yunus, Arif Yunus, Rəsul Cəfərov kimilərini müdafiə edən və xüsusən də Leyla Yunusla bağlı bəyanat verən ABŞ Dövlət Departamenti regionumuzun digər ölkələrində, Avropa dövlətlərində baş verən çoxsaylı hüquq pozuntusu halları ilə bağlı heç nə demir. Əslində, Leyla Yunus kimiləri üçün harada anti-Azərbaycan fikri varsa, onlar orada ön sıradadırlar. Dağıdıcı müxalifət partiyalarından və xaricdəki bəzi anti-azərbaycançı təşkilatlardan dəstək alan bu "hüquq müdafiəçisi"nin məqsədi Azərbaycanın bütün uğurlarına kölgə salmağa cəhddir. L.Yunusun ermənipərəstliyi barədə çox yazılıb və deyilib. Lakin onun həbsi isə konkret olaraq ölkəmiz əleyhinə ermənilərlə işbirliyində, Azərbaycan dövlətinin milli maraqlarını satmaqla əlaqəlidir. Onun həm Azərbaycan hakimiyyətinə, həm də Azərbaycan dövlətinə münasibəti həmişə nifrət üzərində qurulub və fəaliyyəti həmişə bu nifrətdən qaynaqlanıb. O, daim Azərbaycana qarşı şər və böhtan yağdırmaqla məşğul olub. Biz bunu Azərbaycana qarşı qərəzli mövqedə olan beynəlxalq təşkilatlara göndərilən yalançı hesabatlarda da görmüşük, onun ölkə daxilindəki fəaliyyətində də. Bu saxta hüqüq müdafiəçisi neçə illərdir ki, Azərbaycanda siyasi məhbuslar olduğunu sübuta yetirməyə çalışır. Hətta bu məsələnin Avropa Şurasında bitdiyi dövrlərdə belə Leyla Yunus qarayaxmalarından əl çəkməmişdi. Avropa Şurasının "Azərbaycanda siyasi məhbus söhbəti bitmişdir" rəsmi açıqlamasından sonra bu şər-böhtan maşını öz fəaliyyətindən əl çəkmək istəmirdi. Bu, bir daha göstərirdi ki, Leyla Yunus siyasi məhbusların müdafiəsində deyil, siyasi dəllallıqda tam peşəkarlaşıb. Hətta ötən illərdə qəzetlərdə bir informasiya getmişdi ki, Leyla Yunusun və onun həyat yoldaşı Arif Yunusun "siyasi məhbus siyahılarına" düşmək üçün xüsusi məbləğər tələb edilibmiş.Göründüyü kimi, ölkəmizin tanınması baxımından mühüm əhəmiyyətə malik tədbirlər öncəsi Azərbaycanı gözdən salmağa yönəldilmiş kampaniyaların əksəriyyətində Leyla Yunusun adının keçməsi heç də təsadüfü deyil. Milli maraqları tapdamağa hazır olan, dövlətə, xalqa, dövlətin və xalqın uğurlarına qarşı hər zaman düşmən mövqe nümayiş etdirən onun kimilər öz addımları ilə hansı maraqlara qulluq göstərdiklərini bir daha ifşa etmişdir.