PDF Oxu

Köşə

  • 1 913

"Yazıq" ABŞ

"Yazıq" ABŞ

İki gün öncə ANS telekanalında "Perl Harber" filminə baxırdım. Açığı deyim ki, digər telekanallarda nümayiş olunan dəlmə-deşik verilişlərə baxmaqdansa, üstünlüyü bu filmə verdim. Xoşbətxlikdən xalqımızın "abır-həya" yeri, necə deyərlər, "milli kəlağayımız"- Elgiz Əkbər də özünün ".... içində" verilişini də bitirmişdi. Filmdə Yaponiya ABŞ əsgərlərini qırırdı, yapon qırıcıları daşı-daş üstündə qoymadılar, nə qədər ABŞ hərbi bazası, canlı və cansız qüvvəsi varsa, hamısını bombaladılar. Ancaq məsələ bunda deyil. Ən zəhlətökən məqam odur ki, bu filmdə də ABŞ özünü "qurban dövlət " və "müharibədə ən çox əziyyət çəkən ölkə" kimi təqdim etməyə çalışır. Aşıq Qulamhüseynin sazını xatırladan ABŞ təyyarələri guya yaponların əsl qırıcılarının hücumundan yayına bilir. Adamın ABŞ-a lap yazığı gəlir. Yeddi yaşlı dayı nəvəsi də yanımda oturub filmin sonunda öz damğasını vurdu: "Bizimkilər erməniləri qırıb qurtardı". Həqiqətən də halal olsun ABŞ-a. Dünyanın ən anti-demokratik, terrorist və əksər terror təşkilatlarının, xəstəliklərin yaradıcısı olmasına baxmayaraq, hələ də bütün dünyada çoxluq təşkil edən sadə insanları öz "məzlumluğuna", "müqəddəsliyinə", "fədakarlığına" inandıra bilib. Hələ də insanlar elə bilir ki, dünyanın ən təmiz insanları ABŞ-da yaşayır, ABŞ heç yerdə müharibə aparmır və bütün problemlərin də başında guya müsəlmanlar durur. Balaca zarafat siyasət deyil! Baxın, dünya üçün əsas təhdid və müharibə mənbəyi olan NATO sadə insanların gözündə ayrıca bir planet kimi görünür. Daha heç kim anlamaq istəmir ki, NATO dünyadakı bütün münaqişə ocaqlarının başlıca səbəbkarı, millətləri bir-birinə qırdıran məxfi planların əsas yuvasıdır.

Mən məsləhət görürəm ki, bu köşəni ABŞ-ın Azərbyacandakı səfiri mütləq oxusun. Ona görə yox ki, tənqid etdiyimə görə məni tanısınlar. Onsuz da onlar vaxtilə mənim yazılarıma görə kifayət qədər narahat olublar, hətta Dövlət Departamenti səviyyəsində buna reaksiya da veriblər. Bəlkə gələn dəfə ABŞ səfirliyinin casus əməkdaşlarının səfirliyinin ətrafında gizlətdiyi, hətta ətrafdakı evlərin damında basdırdığı radarlardan yazdım. Soruşuram, Antoni Berd hələ də səfirlikdə işləyirmi? Deməyin ki, işləmir, vizitkası da var əlimizdə. Onun hansı işlər görmək üçün təlimat aldğını da gözəl bilirik. 2012-ci ildə partiyaları bir-bir gəzərək partiya sədrləri ilə görüşüb əlində dinləmə cihazlarını stolların altına yerləşdirən adam deyilmi Antoni? Əgər bunun yalan olduğunu deyirsinizsə, o zaman gəlin o dinləmə böcəyini mən sizə verim. Nə isə, bu, başqa söhbətin mövzusudur.

Yəməni yaman günə qoydunuz, hətta öz iyrənc siyasətinizə Türkiyəni də qoşdunuz. Başqa cür ola da bilməzdi. Elə bir vəziyyət yarandı ki, artıq Türkiyə açıq şəkildə silahlı yolla hakimiyyətin dəyişilməsinə dəstək verir, hətta müsəlman qardaşlarına qarşı kimyəvi silahların işə salınmasını istəyir. Nə olsun ki, istəyir. ABŞ min il arzu eləsin, bu, mümkün olmayacaq. Bu bədbəxt insanların qanmadığı bir şey də var. Elə bilirlər ki, Türkiyəni həqiqətən də indiki iqtidar (AKP) idarə edir. Daha düşünmürlər ki, əgər idarəçilik onlarda olsa idi, Türkiyə çoxdan məhv olmuşdu.

Digər xəbərlər