Özünü "Milli Şura" adlandıran qurum yenə də mitinq şousu ilə gündəmə gəlməyə çalışır. Müxtəlif bəhanələrlə çıxış edən "Milli Şura" üzvləri və onun əsas yönləndiricisi, AXCP sədri Əli Kərimli müxtəlif iddialarla çıxış etsə də, məsələnin mahiyyətində xarici sifariş görmək olar. İlk növbədə onu qeyd edək ki, sözügedən mitinqdə, hər zamankı kimi "Milli Şura"nın və AXCP-nin azsaylı üzvlərindən başqa kimlərinsə iştirakını gözləmək mümkün deyil. Çünki illərdir dağıdıcı müxalifət ortaya atdığı qurama şüarlarla xalqı aldatdığını və yalnız dar çərçivəli siyasi maraqlarından çıxış etdiyini sübut edib. Bu baxımdan, yaradılan süni hay-küylərinə baxmayaraq, bu mitinqə də insanların qatılması gözlənilmir. Bunu düşərgənin mənsubları özləri də bilirlər və etiraf edirlər. Mitinqin keçirilməsindəki israr bu planın arxasında gizlənən əsl niyyətləri üzə çıxarır. Prosesin müşahidəsi göstərir ki, "Milli Şura" rəhbərləri xalqın deyil, hansısa dairələrin qarşısında götürdükləri öhdəliyi can-başla yerinə yetirməyin çabasındadırlar. Elə buna görə də sosial şəbəkələrdəki saxta profilləri ilə guya mitinqə minlərlə insanın qatılacağı təəssüratını yaratmağa çalışırlar.Beləliklə, görünən də budur ki, "Milli Şura" adlandırılan qondarma qurum, əslində millilikdən çox-çox uzaq, milli maraqlara yad bir qrupa şevrilib. Müəyyən xarici qüvvələrin əlində alətə çevrilən bu təşkilat konkret maddi maraqlara söykənən, bu qüvvələr qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmək naminə ucuz siyasi şoular təşkil etməyə yönəlmiş fəaliyyəti ilə Azərbaycan cəmiyyətində ikrah hissi yaratmaqdan başqa bir "iş" görməyə qadir deyil. Artıq bu özünü dəfələrlə sübut edib. Aprelin 5-də"Milli Şura"nın iflasının təsdiqi bir də sübut olunacaq.