PDF Oxu

Köşə

  • 1 879

SƏFEHLƏMƏ...

SƏFEHLƏMƏ...

Əgər ədəbiyyatımıza dodaqdəyməz, bəhri-təvil, təcnis, müxəmməs, gəraylı, qoşma və s. bu kimi ədəbi növlər əlavə edən ancaq AXCP sədri Əli Kərimli kimi "lider" olardı. Özü də adını qoyardı səfehləmə! Səfehləmə o mənada ki, həmin sözdə vurğu olmasın. Çünki bu vaxta qədər ədəbi növlərdən tamamilə kənar, yəni siyasi mövzuda çıxışlar edən Əli Kərimli həmin çıxışlarının müqabilində 100 faiz səfehləmə bəhrinin banisinə çevrilərdi. Elə çevrilib də...

Yəni ki, bu adam nə vaxt danışırsa, nə vaxt yazırsa, nə vaxt çıxış edirsə, mütləq səfehləyir. Özü də elə səfehləyir ki, nə Cəmil Həsənli, nə Fuad Qəhrəmanlı, nə Əbülfəz Qurbanlı, nə Qənimət Zahid, nə Gözəl Bayramlı, nə də ki, Güləhməd kişinin oğlu Natiq Ədilov onun kimi "dəqiq", "bəlağətli" şəkildə səfehləməyi bacarmırlar. Qardaş, nə edəsən, bu Ə.Kərimli AXCP-nin sədri, "Milli Şura"nın pərdəarxası sədri olduğu qədər həm də radikal müxalifətin baş səfehləyənidir da! Hətta onun səfehləmələri o qədər "ecazkar", "cəlbedici", "ağızaçandır" ki, camaat mitinqə-zada da getmir. Düşünürlər ki, Ə.Kərimlinin səfehləmələrindən feyziyab olaraq, qəşş edib "Məhsul" stadionunun tən ortasında yerə yıxılarlar. Bəs nə bilmişdiniz?

İndi həmin bu yeni səfehləmə bəhrinin kralı Əli Kərimli ölkənin sahibkarlarına çağırışlar edib. Deyib ki, əgər onlar aprelin 5-də mitinq məkanına getməsələr, bu zaman işləri "xana" olacağıymış. Həə, bəs nə bilmişdiniz? Əgər kim ki, Əli Kərimlinin səfehləmə bəhrinə qulaq asmasa, onun işləri getməyəcək. Sanki Əli Kərimlinin səfehləmələri camaat üçün "dəva-dərman" imiş (?-R.).

Ancaq gəlin görək, Əli Kərimlinin səfehləmələrinin kimsəyə sirayəti varmı? Həqiqətənmi Əli Kərimlinin səfehləmələrini Fuad Qəhrəmanlı demişkən, "on min nəfər izləyəcək"?

Həə, bax, burada bir STOP! Bəri başdan onu deyim ki, əslində, Azərbaycan xalqı artıq 20 ildən çoxdur onun bu mənasız, yersiz, lüzumsuz, maraqsız və əttökən səfehləmə bəhrlərindən bezib. Ona görə də AXCP sədrinin bu mitinqi də əvvəlkilər kimi sönük, ölüvay, düşük olacaq. Yenə də özləri toplaşıb səs-küy salacaq, Əli Kərimlinin səfehləmə toplusundan köhnə xatirələri yad edib və sakitcə də dağılışıb gedəcəklər öz evlərinə-eşiklərinə. Ümumiyyətlə isə bu cür səfehləmələri eşidən adamlar düşünməlidir ki, çağırış edən kimdir. Məsələn, səfehləmə bəhrinin banisi Əli Kərimli həm də o kəsdir ki, bir neçə gün öncə - martın 31-də bütün dünya azərbaycanlıları millətimizə qarşı ermənilərin törətdiyi soyqırımın 97-ci ilini qeyd etdiyi zaman, o "Azərbaycan saatı" (şəxsən mən bu verilişi erməni saatı adlandırıram -R.) verilişində bir video paylaşaraq insanları mitinqə çağırırdı.

Onda belə bir fakt ortaya çıxır. Yəni heç olmasa belə bir gündə öz siyasi iddialarını kənara qoymayan adamlardan millətə heç bir fayda gələ bilməz və əgər o, səfehləmə bəhrinin banisi deyil, həqiqətən də bir gerçək siyasi lider olsaydı, həmin gün mitinqə çağırış videosu deyil, soyqırımı törətmiş erməniləri lənətləyən video paylaşardı. Fəqət, nə etdi? Tamamilə özünə sərf edən bir videonu "Azadlıq" adlı kanalizasiya saytında camaata sırımaq istədi! Məsələ də budur ki, əgər bu fakt varkən, sübut olunmuşkən, Əli Kərimlinin başqa tərəflərini araşdırmağa da ehtiyac qalmır. Nə etsin axı binəva, axı o, səfehləmə bəhrinin banisidir. Gündə bir-iki dəfə səfehləməsə, dözəmməz!

Digər xəbərlər