PDF Oxu

Köşə

  • 2 446

Üzr istəyirəm, mənim oğlum...

Üzr istəyirəm, mənim oğlum...

Dilmizdə elə sözlər var ki, həmin sözlərin qarşısında "türkün məsəli" ifadəsini işlətməsək, özümüzü ən tərbiyəsiz adam kimi hiss etmiş oluruq. Hünərin varsa, kiminsə yanında "soxmaq", "qoymaq" "itələmək" sözlərini "türkü məsəli" demədən işlət. Elə o dəqiqə qaşlar çarpazlanacaq, üz turşuyacaq, ən yaxşı halda ora-burana baxacaqlar. Problem ondadır ki, bu sözləri işlədəndən sonra özündən də asılı olmadan "türkün məsəli"ni işlətməli olursan. Yadına düşməyənin də yadına salırsan. "Basmaq" sözünü "türkün məsəli"siz işlətdiyinə görə ata oğluna kəllə vurub yerə yıxıb ki, tərbiyəsizlik etmisən. Təkcə bununla bitmir ki... Özümüzü tərbiyəli, əxlaqlı, həyalı göstərməyin yeganə yolu "türkün məsəli"dirmi?

Bir də görürsən ki, bir məclisdə oturmusunuz və qarşındakı adam səninlə söhbət edir: "Üzr istəyirəm, mənim üç oğlum var. Çox üzr istəyirəm, böyük qızım müəllimədir...". Düşüklüyə baxın. Bu adama demək lazımdır ki, ay qardaş, oğlun var, var da. Məgər pis iş tutmusanmı? Bəs böyük qızına görə niyə üzr istəyirsən? "Üzr istəyirəm, mənim 5 uşağım var" cümləsindən sonra beş dəfə üzr istəyən adamlar var. Qardaş, pis iş tutmusanmı? Evlənmisən və uaqların olub da, daha üzr niyə istəyirsən? Belə çıxır ki, evlənmək, övlad sahibi olmaq tərbiyəsizlikdir?"

Bir neçə gün bundan öncə ATV-də aparıcılardan biri şou verilişdə deyirdi ki, ayıb olmasın, toyuğun arxa tərəfindən tutub... Başqa biri deyir ki, pis çıxmasın, onu "sox bura". Paho, indi gəl bundan sonra insanların sifətinə bax da. Açığı deyim ki, heç kim qınanılası deyil. Biz onsuz da özündən müştəbehlik etməyi yaxşı bacarırıq. Yadıma bir əhvalat düşdü.

Bir neçə il bundan öncə azərbaycanlı jurnalistlər Türkiyədə səfərdə olublar. Restoranda oturub, necə deyərlər, qidalanmaq istəyiblər. Bu jurnalistlərdən biri ofisianta deyib ki, "bana bir dönər vər". Başına döndüyüm, o biri azərbyacanlı jurnalist də ofisianta "bana da sok" deyəndən sonra aləm bir-birinə dəyib. Ofisiantın "əfəndim, anlamadım", bu nə sayqısızlık?" ifadəsindən sonra aldığı "deyirəm ki, bana da sok", yəni "sok ver" cavabını alması digər masada oturanların da diqqətini yay oxu çəkən kimi çəkib. Elə həmin ərəfələrdə başqa bir jurnalist dostumuz Qara dəniz sahilində oturub məşhur "karakulak" balığını "bana siyakulak ver" şəklində sifariş etməsi lap əcaib olmuşdu.

Mətləbdən yayınmaq istəmirəm. Sən demə, şoubiznes müğənniləri təklif ediblər ki, onların da adına metrostansiyalar, küçələr olsun. Bu təklifin "bir tərəfini" demək istəmirəm, "türkün məsəli, ağzımı açmaq istəmirəm. Amma indidən mən də öz təkliflərimi verim: "növbəti stansiya-Aygün Kazımova və Namiq Qaraçuxurlu stansiyasına keçid", "növbəti stansiya pişik Günel", "növbəti stansiya Elza Seyidcahan", "növbəti syansiya faytonçu Nazim", "növbəti stansiya Faiq Ağayev və Tolik stansiyasına keçid...". Vallah, ayıbdır! Bunlar abır-həualarını gözləmirlər, heç olmasa, sizlərin abrınız olsun, onlara efirdə yer ayırmayın!

Digər xəbərlər