PDF Oxu

Köşə

  • 2 263

Abbasovun "AZƏR" "SOS"U

Abbasovun "AZƏR" "SOS"U

AzərRos"un fəaliyyəti həqiqətən də bizlərə lazımdır, bu qurum çox mürəkkəb, çətin bir yol keçərək bu günə qədər özünü qoruyub saxlaya bilmişdir. Bəs nələr baş verdi? Tərkibində 40 təşkilat olan bu qurumun indi 4 üzv təşkilatı qalıb. Ağsaqqalar Şurası ləğv edilib, çox dəyərli Azərbaycan ziyalıları, iş adamları AzərRosdan qovuldular, bir sözlə, hamı bir-birini ittiham etməklə məşğuldur. Bütün bu gərginliklərin başında Abbas Abbasovun durduğu heç bir şübhə doğurmadığı kimi, bu təşkilatda vəziyyətin bundan sonra da acınacaqlı olacağını göstərir. Nə qədər ki, Abbas Abbasov var, bir o qədər də ziddiyyətlər səngimək bilməyəcək. Azərilərə "SOS" elan etmək heç də yaxşı olmayacaq.

Axı bu adam yaşlıdır, özü də Baş nazirin müavini işləyib, işdən çıxanda da hamı düşündü ki, qoca kişidir, yəqin gedib ömrünü istirahətlə başa vurar. Amma bu gün nə görürük? A.Abbasov doğma soydaşlarının üstünə Dağıstan döyüşçüləri və mafioz qruplarla gedir. Sözün düzünü deyən, AzərRosda can qoyan insanları susdurmaq üçün bu yaşda "avtoritet", "lotu" ləqəbi götürən Abbasov bir neçə məqamı unudur: azərbaycanlı olmasını, artıq ahıl yaşda olduğunu, haqqında xüsusi xidmət orqanlarında olan "materialların" mövcudluğunu və nəhayət, öz doğma xalqına xəyanət etdiyini. Bunları unutmaq insanı bu qədər azğın edə bilər.

Kim də bilməsə, bəzi adamlar Abbasovun 2013-cü ildə hansı missiyanı yerinə yetirdiyini dəqiq bilir. Bu yaşda satılmaq, satqın olmaq insana yaraşan deyil! Bir neçə milyarderin adını ortaya atıb özünü "Milyarderlər İttifaqı" adı altında hansısa kürsüyə hazırlayan Abbasovun əməllərinin tüstüsü hələ bir müddət sonra ortaya çıxacaq. Özüm Rusiyada oturmusan, önsuz da "xoşagəlməyən" adamlarının hərəsini bir "ünvana" göndərməklə məşğulsan. Qohumları da Bakıda xırtdəkdən yuxarı bəyanatlar verməklə guya "təpki" nümayiş etdirirlər. Bu qədərmi azğınlaşıblar, bu qədərmi özlərini səlahiyyətli hiss edirlər?

Pornoulduz Kim Kardaşyanın Ermənistanda qarşılanması lap həngamə olub. Papaqlarını bir yerlərinə dürtmək əvəzinə Kardaşyanı "qəhhhhhhhhhhhh", bağışlayın, əsl "qəhrəman" kimi qarşılayıblar. Deyilənlərə görə Abbasov onun vurğunudur. Bu yaxınlarda Kardaşyanın Moskvada təşkil etdiyi bir sərgiyə pul buraxanların içində azərbaycanlının adı da hallanırdı. Guya heç kim bilmir ki, kimi deyirəm. Adamı məhkəməyə-zada verib 1 milyon pul tələb edərlər. Özünüz kimliyini bilin də, bu boyda yazını boş yerə yazmadıq ki...

Digər xəbərlər