Vaallah, deyəndə ki, bunların işi-gücü "millət", "dövlət" deyib, bu milləti və dövləti satmaqdan ibarətdir, bəziləri bu ittihamlara cavab olaraq, başlayırlar bizi qınamağa. Sən demə YAP-ın mövqesini müdafiə etmək, millətə və dövlətə xidmət edən siyasi təşkilatın yürütdüyü siyasəti əqidəcə, amalca dəstəkləmək "günahıymış". Hətta əllərinə düşsən səni param-parça edib, "İŞİD" "qolovorezləri" kimi başını belə kəsərlər. İnanın ki, belədir! Xüsusilə də, bu fikirlər Azərbaycanını uğurlarının yüksəldiyi bir zamanda, ya da seçkiərəfəsi hansısa müxalifətin bu həqiqəti başa düşrək dəstəkləməsi, demək, dövlətə "satılması" kimi ifadə olunur. Fəqət, bunun belə olmadığını bu cür düşüncəsizlərdən fərqli olaraq çoxları bilir. Deyək ki, AMİP, BAXCP, BQP, DİP, Ədalət, "Ümid", ADP, ALP, VİP, VHP, VBP, Vəhdət, "Yurddaş", hətta və hətta Müsavat partiyaları son dövrlər normal müxalifətçilik edərək, iqtidarla sivil mübarizə aparmaq yolunu tutublar. Ancaq gəlin görün ki, AXCP belə olan halda hansı mövqeni nümayiş etdirir. Əgər aşırı radikal olmursansa, millət və dövlət maraqlarını satmırsansa, erməniyə işləyən xəyanətkarı müdafiə etmirsənsə, Qərb, ABŞ və Avropa siyasi dairələrinin təlimatları əsasında donoslar yaymırsansa demək ki, YAP-ın mövqeyini nümayiş etdirirsən və YAP-a xidmət göstərirsən?! Məncə, bu dövlətin maraqlarını qoruyan bir partiyaya xidmət göstərmək erməniyə nökərçilik etməkdən çox qeyrətli bir işdir!
Məsələn, dünənə qədər AXCP sədri Əli Kərimlinin hansısa tulası, bu gün də belə "suçok"lar var, Eldəniz Quliyevi "ziyalı" hesab etdiyini və bununla fəxr duyduğunu yazır. Bir adama (real adama-R.) deyərlər ki, əşşi, a binəva, axı bu "ziyalı" adlandırdığın Eldəniz Quliyev separatçı qurumda çalışan vətən xaini Əlikram Hümbətovun dəstəkçisi olub!!! "Talış-Muğan Respublikası" adlı bir qondarma "respublika" elan edilərkən, onun "himni" səsləndirilərkən, həmin bu "ziyalı" adlandırılan Eldəniz ayağa qalxıb!!! İndi Əli Kərimlinin tulaları bu "adamı" az qala "milli qəhrəman" elan edərək, "tərifə" mindirməyə çalışmaq istədilər. Bir də nə etsinlər, AXCP-çidir daaa, real SATQIN və XƏYANƏTKARDIR! Və bu SATQIN, XƏYANƏTKAR Əli Kərimlinin ruporuna çevrilən "Azadlıq" mətbuatın maariflədirmə funksiyasını bir kənara qoyaraq açıq şəkildə siyasi ədavəti qızışdırmaq yolu seçib.
Mən bütün bunları elə-belə yazmıram. Yazıram ona görə ki, bunların hər hansı bir ipiqırıq partiya mənsubları mitinqdə dava salıb, xuliqanlıq edir və həmin an "Azadlıq" qəzeti nə hoqqabazlıqlar var onlardan "ustalıqla" çıxır. Hələ bu harasıdır, AXCP dərhal hakimiyyətdən izahat tələb edib ki, mitinqlərə çıxmaq üçün çağırışlara başlayacaq və s. "Azadlıq" qəzetində ardıcıl olaraq ağzından süd iyi gələn AXCP-nin hər hansı bir ipiqırıq partiya mənsubunun xuliqanlıq edərək həbs edilməsi ilə bağlı "AXCP üzvünün bir gənci də həbs edildi" başlıqlı yazının bu gün də verilməsi və buna görə yürüş keçirməsi, əcəbdir, vallah! Əcəbdir ona görə ki, indi də bunlar bir ipiqırığa görə yürüş keçirmək fikrinə düşüblər. Axı gül kimi sakitliyi, sabitliyi pozmağa cəhd etmək bunlar üçün suiçimlikdir. Tuturlar bir məsələnin quyruğundan, gedirlər ucuzluğa. Ta o zamana qədər ki, həmin məsələ iylənsin, üfunət iyi versin.
İndi əziz oxucu, daha nə deyim, gördünüz ki, YAP-a qarşı, dövlətə, millətə qarşı xəyanət etmək çox asan bir işdir bu yazıqlar üçün.