İnsanların ölümü və faciəsi üzərində özünə dividend qazanmağa cəhd etmək hansı insani dəyərlərə sığa bilər? Bir ailənin və bir nəslin faciə kimi qəbul edib göz yaşı axıtdığı gənc qızın ölümü üzərində siyasi çıxışlar etmək yalnız mənəviyyatı şikəst insana yaraşar. Kiminsə ölümünə sevinmək, bundan oyun hazırlamaq, siyasiləşdirmək ən azı axmaqlıqdır. Nərgiz Yaqublunun ölümü məni də kədərləndirdi. İki canlı gənc qadının ölümü kimi kədərləndirməyə bilməz ki...
Ancaq bundan öz məqsədləri üçün istifadə edənlər də tapıldı. Nərgizin dəfn mərasimi zamanı Müsavatın keçmiş başqanı İsa Qəmbərin dedikləri sadəcə ikrah doğurur: "Nərgiz Yaqublunun ölümündə günahkar hakimiyyətdir. "Azərbaycan iqtidarı elə bir mühit yaradıb ki, insanlar keçirdikləri stresslərin nəticəsi olaraq dünyadan vaxtsız köçürlər".
İsa Qəmbər, Nərgizin ölümündə azmı günahın var? Öz günahını hakimiyyətin üstünə atmaqla səni haqlayan vicdan əzabından qurtarmağamı çalışırsan? Nərgiz məhz sənə görə öldü... Bilirsənmi niyə? Uzun illərdir ki, Nərgizin atası Tofiq Yaqublunu "hakimiyyətə gəlib prezident olan kimi səni nazir qoyacam" vədi ilə məhv elədin. Tofiqə ümid verəndə, o, Müsavatda sənin nağıllarına qulaq asanda hələ Nərgiz balaca uşaq idi, bələkdə idi. Beləcə Tofiqi məh elədin, bu adam ömrünü Müsavatda başa vurdu. Bir dəst nimdaş kostyumda. Bəs Tofiqin qızı necə olmalı idi? Təbii ki, o da müsavatçı olmalı idi. Çünki Tofiqin siyasi tərbiyəsini, dünyagörüşünü əxz etmişdi Nərgiz. Tofiqin də təsiri altına öz qızı düşdü. İsa Qəmbər, sənin müsavatçılıq ideologiyan xəstəlikdən başqa bir şey deyil. Atasını, bacısını radikal addımlara sövq edib həbsə göndərdin. Özünü də "siyasi depressiya" keçirmiş bir gənc kimi Rusiyaya ərə getməyə məcbur elədin. "Hakimiyyətə gələcəm" deyib, ona inananların ömrünü puç edən, onları saxta və şirnikləndirici vədlərlə aldadan, nəhayətdə yalnız öz övladlarının gələcəyini fikirləşən, onları qoruyan, hərbidən yayındıran və "qələbəyədək siz gəlin, ordan sizi qələbəyə o aparacaq" deyib aləmə səs salan İsa Qəmbər niyə özündə cəsarət tapıb, öz övladlarının xoşbəxt həyatı fonunda bir atanın faciəsinə qarşılıq olaraq, "məni bağışlayın" deyə etirafda bulunmadı?
Bəs sırada kimlərin övladlarıdır? Bu dəfə kimlər İ.Qəmbərin, Ə.Kərimlinin güdazına gedəcək? Turğut Qəmbərmi? Xeyr! O, başını aşağı salıb (türkün məsəli) işini görür, pulunu qazanır. Ə.Kərimlinin oğlumu? Xeyr! O da xaricdə böyük bir şirkətə işə düzəlir. Sırada İbrahim İbrahimlinin, Gülağa Aslanının, F.Qəhrəmanlanın övladlarıdır. Ancaq bununla bitməyəcək. Bu günün gənc müsavatçıları 30 ildən sonra da müsavatçı olaraq Dərnəgüldə eşələnəcəklər. Məhz həmin vaxt bu adamların övladları onların indiki yerini tutacaq. Ataların səhvinin acısını övladları çəkir.