Binəqədidə baş verən yanğın hadisəsindən sonra uzağı bir gün susqun qalan radikal müxalifət liderlərinin səhəri gündən başlayaraq, həmin faciəvi hadisəni öz xeyirlərinə - bəli, məhz xeyirlərinə və siyasi dididendlərinə yazmağa başlayacaqları gözlənilən idi. Şəxsən mən, eləcə də digər həmkarlarım bir jurnalsit kimi, dəfələrlə bu cür hadisələrin şahidi olmuşuq. Əsgər ölümləri ilə bağlı hadisələrdən, təbii fəlakətlərdən, hətta ən kiçik məişət olaylarından sonra belə, özlərini cəmiyyətin ağıllı təbəqəsi kimi təqdim edən bu siyasi dəllallar dərhal, aman vermədən başlayırlar hakimiyyəti "asıb-kəsməyə". Əli Kərimli və onun kuklası Cəmil Həsənli əllərinə girəvə düşmüş çaqqallartək, hər bir tərəfdən çürük dişlərini qıcırdırlar iqtidara tərəf. Amma bəlli olan budur ki, həmin siyasi çaqqalların əsas məqsədləri heç də xalqın yanında olmaq marağı deyil. Əsas məqsəd insanların faciələrindən istifadə edib, pul qazanmaq, şüvənlik salmaq, bununla da işlərini bitmuş hesab etməkdir.
Onlar bu yazını oxuyub ideya kimi istifadə edə bilərlər
Əgər onlar həqiqətən də real müxalifət liderləri olsaydılar, bu qədər həyazıslıq etmələrinin əvəzinə, sadə xalq kimi gedərdilər həmin hadisə yerinə. Heç olmasa yanan bunanın qarşısında həyatlarını itirmiş insanlara görə, başsağlığı verməyə. Bəlkə bu yazı qəzetdə gedənə qədər, onlar bu yazını oxuyub ideya kimi istifadə edə bilərlər. Yəni hadisə yerinə gedərək, ictimaiyyət qarşısında artistlik edəcəklər. Amma oraya getmədiklərinə görə, belə düşünmək mümkündür ki, nə Əlini, nə də onun təlxəyi Cəmili xalq və faciə kimi məsələlər qətiyyən maraqlandırımır.
Söz, dil, qıç, qarın, hətta qulaq pəhləvanlığı
Qaldı ki, bunların facebookda, sosial şəbəkənin digər akkauntlarında söz, dil, qıç, qarın, hətta qulaq pəhləvanlıqları etmələrinə, qoy bunu istədikləri kimi etsinlər. Hətta gündə bir üç nəfərlik mitinq keçirib boğzlarını karanlasınlar, bu onların öz işləridir. Amma faciə üzərində siyasət qurmağa gəldikdə, burada STOP etməlidirlər. Çünki insanların faciələri üzərində siyasət quranlara Azərbaycanda kəc baxırlar. Hələ üstəlik kəc baxmaqla yanaşı, belələrinə əyri zopa da vururlar. İctimaiyyət bunları belə görüb, belə də tanıyır. Görünən isə budur ki, Azərbaycanda qozbelləri qəbir düzəldir. Amma bunlar o qədər murdar siyasi çirkablara bulaşıblar ki, hətta torpaq da onları qəbul etməyəcək. Elə qozbel kimi də öz siyasi məzarlıqlarında çürüyüb-gedəcəklər. Əlbəttə ki, insanlalrın faciələri üzərində qurduqları oyunbazlıqlara görə də cavab verməli olacaqlar. Ancaq hansı cavabı? Bax, öləndə bunu da biləcəklər…