PDF Oxu

Köşə

  • 3 575

ŞAHVƏLƏDİN SÜMÜK PAYI

ŞAHVƏLƏDİN SÜMÜK PAYI

Deyəsən, "Azadlıq" qəzetinin Avropa Oyunları ərəfəsində göstərdiyi canfəşanlıqlar nəticə vermədikcə, Əli Kərimlinin baş və orta mirzələri yazmağa da heç nə tapmırlar. Məsələn, götürək Şahvələd Çobanoğlunu. Həmin Şahvələdi ki, hələ Bakıda keçirilən "Eurovision" ərəfəsində də yazmağa bir şey tapmadığına görə gedib ilişmişdi Leyla Yunusla Emin Hüseynlinin ətəyindən ki, bəlkə xarici jurnalistlər üçün keçirdikləri mətbuat konfranslarındakı həyasızlıqları sayəsində onların qabaqlarına atılan sümüklərdən bir qisməti də ona düşə.

Görünür, indi Leyla Yunus və Emin Hüseynli arada-bərədə görünmədiyinə görə, qalıb sümüksüz, və növbəti sümük pənahını Əli Kərimlinin "Azadlığ"ında axtarır. Axı bu fürsəti əldən vermək olmaz! İlk Avropa Oyunları qabağınca, bacardığı qədər Azərbaycan dövlətinə qaralar yaxmalı, ölkədə mövcud olan inkişafa "qeyri-inkişaf" deməli, yoldan keçən kimsə ayağı daşa ilişib yıxılanda, həmin daşı oraya dövlətin qoyduğunu iddia etməli, yıxılanın aldığı zədələri siyasiləşdirməli, xalqa, dövlətə, millətə xəyanət edən şərəfsizlər toplumunu "qeyrətli" görməli, cinayətkarları isə "aydan arı, sudan duru" kimi təqdim edərək, onları "siyasi məhbus" adlandırmalıdır. Yoxsa Əli Kərimlinin qabağına atılacaq sümük payından Şahvələdə pay düşməz! Yəqin bu səbəbdəndir ki, indi də çirkablı mürəkkəbini "Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək" Vətəndaş Cəmiyyəti Koalisiyasına tərəf sıçratmaq istəyinə düşüb. Nədir ki, orada təmsil olunan 77 təşikilat Şahvələd və onunkimilər fəsiləsindən olan ikiayaqlı məxluqların uğursuz komediyalarını, siyasiləşdirilmiş teatr tamaşalarını ifşa edir, yalanlarını üzə çıxarır. Bu isə Əli Kərimlinin qəzetəsində mirzəlik edən Şahvələdin "çestinə" dəyir, xoşuna gəlmir. Niyə? Ona görə ki, belə məqamlarda onun sümük qazanmaq şansı getdikcə azalır, tükənir, yox olur. Nəinki onun, elə nökərçilik etdiyi Əli Kərimlnin və sairlərinin də.

Beləliklə, "Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək" Vətəndaş Cəmiyyəti Koalisiyasının ilk Avropa Oyunlarına hansı dəstək göstərəcəyini "bilmədiyini" qırmızı-qırmızı yazan Şahvələd Çobanoğlu özünü "bilməməzliyə" vuraraq məhz Əli Kərimlinin ssenarisi əsasında deyir ki, sən demə oradakı üzvlər dəstək mənasında avar çəkib, ox atacaqlar və s. Bax, budur, əslində söz tapa bilməmək. Və guya Şahvələd bilmir ki, "Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək" Vətəndaş Cəmiyyəti Koalisiyası məhz onu və onun kimiləri sümük payı ilə təmin edən sümükatanlara dövlətimizin maraqlarına pəl vurmağa imkan vermir, verməyəcək də. Hətta lazım gələrsə, bacaranı avar da çəkəcək, üstəlik ox da atacaq, özü də lazım olan yerlərə…

İddia edir ki, guya bir çox ölkələrdə idman tədbirləri keçirilir və həmin vaxtlar vətəndaş cəmiyyətləri, media qurumları müəyyən məsələlərə görə koalisiyalar yaratmırlar. Amma ortaya bir fakt, yəni jurnalistə hava və su kimi laızm olan fakt qoymur. Amma mən onun qarşısına bu ətrafda kifayət qədər, hətta "n" qədər faktlar qoya bilərəm. İstər ABŞ-da, istər Londonda, istərsə də digər bərkgedən ölkələrdə keçirilmiş mötəbər idman yarışları ərəfəsində yaradılan birliklərin, qurumların koalisiyaları haqqında sümükaxtaran Şahvələdə dərs keçərəm, özü də individual qaydada və pulsuz-parasız, narahat-filan olmasın…

Daha bir iddia. Görünür, sümük tapa bilməyəcəyini daha da yəqinləşdirən Çobanoğlu əli hər şeydən üzüldüyünə görə, indi də Azərbaycana qarşı açıq-aşkar Səlib yürüşünə çıxan "beynəlxalq təşkilatların" koalisiya tərəfindən düşmən elan edilməsi məsələsinə toxunub ki, bəlkə son məqamda bol kalsiumlu sümüyü ləzzətlə gəmirməyə macal tapdı. Məsələyə daha dərindən yanaşım. Belə ki, koalisiyanın qəbul etdiyi sonuncu sənəddə deyilir ki, Azərbaycanda repressiyaların, vətəndaş cəmiyyətinə basqıların olduğunu iddia edən bu üzdəniraq "üçlük" guya orijinallıq göstərərək yeni üsul düşünmüş, Avropa idmançılarını siyasi təzyiq alətinə çevirərək, konkret cinayət əməllərinə görə mühakimə olunmuş bir neçə nəfəri dəstəkləmək üçün "ayağa qalxmağa" çağırmışdır.

Həmin üçlük isə BMT-nin insan haqları üzrə xüsusi məruzəçisi Mişel Forst, ATƏT-in media azadlığı üzrə təmsilçisi Dunya Miyatoviç və Avropa Şurasının insan haqları komissarı Nils Mujnieksdir.

Hələ bu da azmış kimi, Azərbaycanın əldə etdiyi möhtəşəm uğura kölgə salmağa çalışan həmin bu sümükatanlar kampaniyasının başbilənləri yesiz və həyasızcasına ölkəmizdə insan hüquqlarının pozulduğunu iddia edir, buna görə də Avropa Oyunlarının keçirilməməli olduğunu, keçirilsə belə, idmançıların idmanla deyil, siyasi çağırışlarla məşğul olmalarına səsləyiblər. Axı nəyə görə? Azərbaycan beynəlxalq arenada uğur əldə etdiyinə görəmi? Ölkəmizin dünyanın diqqət mərkəzinə düşdüyünə görəmi? Gələcəkdə Azərbaycanda Beynəlxalq Olimpiya Oyunlarının keçirilməsi ehtimalı artdığına görəmi?

Sual olunur ki, açıq-aşkar erməni kəşfiyyatına işləyərək, ölkəmizin dovləti və milli maraqlarını xəyanətkarcasına, həyasızcasına, hətta ləçərcəsinə satan Leyla Yunusmu qanunsuz həbs olunub?! Xarici ölkələrin xüsusi xidmət orqanlarından təlimat alaraq, ora-bura gizli disklər ötürən, Leyla Yunusun "Qoy Azərbaycan əsgərləri ölsün!" şüarı səsləndirmiş qızını dəstəkləyən, səsinə səs verən Xədicə İsmayılmı qanunsuz həbs olunub?! Eləcə də onlardan fərqlənməyən digər bir neçə nəfərdəmi qanunsuz həbs olunublar?! Əgər Şahvələd Çobanoğlu həqiqətən də bu qədər canıyanlıq edirsə, kişidirsə, bir balaca şərəfi-zadı qalıbsa, dursub desin ki, bəli, Leyla Yunusun qızı düz edib Azərbaycan əsgrələrinin cəbhədə ölməsini istəyib!!! Əli Kərimli də, onları dəstəkləyən o biri-bu biriləri də bunu desinlər. Desələr, söz verirəm ki, hər birinin qarşılarına istədikləri qədər, yekə, hətta üzərində ət qırıqları qalmış sümüklər atacam, bəs deyənə qədər tıxsınlar! Bəlkə elə deyil, a Şahvələd?

Digər xəbərlər