PDF Oxu

Köşə

  • 3 331

Əsas faktlar!

Əsas faktlar!

Willamson Richard Willaimson... belə bir adı eşidən varmı? Yəqin eşitməmisiniz. İranın dini lideri Xomeyninin atasıdır. "Hacı Williamson" adı ilə tanınıb. Sonradan işinə görə yalandan, məqsədli şəkildə və böyük casusluq missiyasını yerinə yetirmək üçün islam dinini qəbul edərək özünə Hacı Abdullah Fəzl Zübeyri götürmüşdür. İngilisdir.

Bəs Xomeyninin özü kimdir? Xomeyni İngiltərənin Mİ-6-nın agenti olub. İranının dini lideri kimi tanınan Xomeyni Hacı Williamsonun kəşmirli hindli qadından olan oğludur. İslamı parçalamaq üçün ingilislərin qurduqları kəşfiyyatın bir parçasıdır. Bir sözlə, Williamsonun oğludur. Ingilisdir. Başqa hər hansı bir şərh verməyə ehtiyac da yoxdur. Kərim dayı demişkən, sən siyasətə bax ki, illərdir insanlar ingilis casusununu "AĞA" kimi qəbul edib, əl-ayağını yalayırlar.

Tanrı qarındaşımızı-Türkiyəni qorusun! Əslində, hər şey qaydasına düşəcək. Türkiyənin qarışacağı xülyası ilə fəaliyyətlərinə rənglər qatan dövlətlər və şəxslərin niyyətləri, qardaş dövlətə zərbə vurmaq cəhdləri artıq ortadadır. Türkiyə dünyaya demokratiya dərsi keçdi, hər şey gün kimi aydındır. Keçirilən seçkilərə münasibət bildirmək niyyətindən uzağam, lakin bundan sonra kimin özünü necə aparacağı diqqət çəkir. Diqqət edək!

Birincisi, İranın xarici işlər nazirinin müavini Həsən Kaşkavi Ermənistan XİN-in konsul departamentinin müdiri Vladimir Karmirşalyan ilə görüşü zamanı iki ölkə arasında viza rejiminin ləğv olunmasının vacibliyindən danışdı. Kaşkavi ölkələrarası münasibətin ən yüksək səviyyədə olduğnu da vurğuladı. Bir sözlə, viza rejiminin təcili ləğv olnması gündəmin əsas mövzusu oldu. Ölkələr arasında investisiya, turizm və ticarət sahəsində əməkdaşlığın daha da dərinləşdiyi də bildirilib. Yalan danışmırlar, olanı deyirlər. Məgər hər ay İrandan Ermənistana 4 min ərzaq maşını keçmirmi? İkincisi, ermənilər özlərinə etibarlı bir künc-bucaq axtarmaqda israrlıdırlar. Üçüncüsü, Türkiyəyə görə ABŞ Şərq siyasətinin iflasa uğrayacağından qorxur. Dördüncüsü, bir çox dövlətin əl-ayaq açacağından ehtiyat edir. Beşincisi, bütün dünya Türkiyəni müzakirə edir. Altıncısı, NATO ən böyük mütəffiqini, Avropa İttifaqı əsas namizədini "düşünür". Bir növ dünyanın siyasi xəritəsi silkələnir. Bax, Türkiyə belə bir böyük dövlətdir! Ancaq heç bir mənfi olay yaşanmayacaq. Heç kimin başı üçün deyil.

P.S. Kəsəsi, Avropa Oyunları Avropanın oyunlarının bir hissəsinə çevrilməyəcək!

Digər xəbərlər