PDF Oxu

Köşə

  • 3 742

Avropada əxlaq(sızlıq) necə olur?

Avropada əxlaq(sızlıq) necə olur?

Heç kim avropalıları qınamasın, onların əsrlərdir yaşadıqları həyat tərzi var, düşüncə tərzləri də özlərinə görədir. Bizim üçün idman yalnız "idmanla", sağlamlıqla, inkişafla və ölkənin tanıdılması" ilə bağlıdırsa, avropalılarda isə bu çox fərqlidir. Onlar üçün idman hər şeydir, təkcə idman yox, bütün sahələr. Məsələn, kilsə onlar üçün təkcə ibadət yeri deyil, məktəb onlar üçün yalnız tədris, elm ocağı deyil.

Məsələn, Avropa ölkələrində qadınların rinqdə döyüşü ən çox izlənən, tamaşaçı cəlb edən yarışlardan biridir. Çılpaq qadınların döyüşünü kişilərlə bərabər qadınlar da seyr etməyə gəlir. Döyüş zamanı iştirakçılar hətta məğlub tərəfə qarşı hamının gözü qarşısında intim hərəkətlər də edə bilər. Bu, tək idman yarışı olmadı axı... Burada seksdən tutmuş, saçyolduya, bağırtıya və sonda guya idmana qədər hər şey var. Qəribədir e, vallah! Bir idmançı o birini məğlub edir, axırda ona qarşı cinsi təcavüz başlanır. İdmançılar sadəcə zorlanmamaq üçünmü döyüşür?

Hələ XIX əsrdə Vüktpor Hüqo Avropa kilsələri ilə bağlı yazırdı: "Sırada 18 nəfər qız var, ən qabaqdakı qızın 9 yaşı, 30 yaşı var sonda duranın. 9 yaşlı qız "mən bakirə deyiləm..." deyir. Və yaxud da V.Hüqo "Səfillər"in başqa bir hissəsində yazır ki, Avropa kilsələri XV əsrdə əxlaq, XVII əsrdə axmaq əxlaq, XIX əsrdə isə əxlaqsızlıq təbliğ edir. Bu gün də XXI əsrdir, iki əsr öncə ibadət yerində əxlaqsızlıq təbliğ edənlərin bu gün nə etdiklərini təsəvvür etmək elə də asan deyil. Bu gün kilsələrdə porno filmlər çəkilir, rahib və rahibələrin porno filmləri dünyada ən çox izlənənlər siyahısındadır.

Böyük Britaniyada fahişəlik liseyləri fəaliyyət göstərirdi, bir il bundan öncə fahişəliyi öyrədən universitet də açdılar. Burada fahişəliyin, cinsi təhlükələrdən qorunmağın bütün yolları öyrədilir. Bir sözlə, 3 saat davam edən dərslərdə hamının əli "harasındasa" olur. Dəhşətlisi odur ki, şagirdlər normal ali məktəbə yox, məhz məktəbi tələm-tələsik bitirib bu universitetə qəbul olmaq istəyirlər.

Avropalılara yaşamaq niyə asandır? Çünki onların itirəcəkləri heç nə yoxdur. İnsan ailəsini, əxlaqını, qeyrətini itirməkdən qorxduğu üçün həyatında tez-tez çətinliklərə rast gəlir, hər kəs ölənə qədər namusunun keçiyini çəkir. Avropa insanında isə bu yoxdur. Sadəcə, maaşını alıb harda istəyirsə, orda da yaşayır, yeri gəlsə, arvadlarını da bir-birilərinə peşkəs edirlər. Onlar biz keşiyini çəkdiyimiz şeylərdən məhrumdurlar.

Digər xəbərlər