PDF Oxu

Köşə

  • 2 288

Dondurma yeyən toyuq və Canik

Dondurma yeyən toyuq və Canik

Yeddi qızılımız var, heç də zarafat deyil. Erməniyə uduzan Həsən Əliyevi haqsız yerə təhqir eləyən vətənşüvənləri, cırtmaqozları çıxsaq, hər kəs sevinc içərisindədir. Türkün məsəli, idmançımızı qınayanların əllərində bir şey olmasa da, onların əllərinə verməyə bir şey taparıq. Sosial şəbəkələrdə bu haqda cəbhəçilərin şüvənliyindən göz yorulur, qulaq tutulur. Ay hörmətli, cəbhəçilər, Həsən sizdən çox şeymi uduzub? Siz Qarabağı uduzdunuz, verdiniz erməniyə, Həsən isə idman yarışında uduzub. Bu idmandır, udmaq da olar, uduzmaq da. Məgər Həsənin erməni idmançı ilə döyüşü Azərbyacanla Ermənistanın döyüşü hesab edilməlidirmi? Kim fiziki cəhətdən yaxşı hazırlıqlıdırsa, o da qalib gəlib. Əsas odur ki, Ermənistanın himnini Azərbaycanda səsləndirməyə qoymadıq. Başqa bir idmançımız da həmin erməni idmançını sözün həqiq mənasında yıxıb-sürüdü. Əgər erməni ilə münasibətlərə belə həssassınızsa, o zaman rəhbələrinizə deyin ki, ermənilərdən qrantlar almasınlar. O zaman Əli Kərimlini qınayın ki, oğlunu erməni milyonçunun pulu ilə Londonda niyə oxutdurmusan?

Keçən həftə mənə ləzzət eləyən iki şey oldu. Birincisi, sübh tezdən dondurma yeyən toyuq gördüm. Yiyəsi deyir ki, toyuğumuz hər şey yeyir, dana basdırmasından tutmuş qazan katletinə qədər. İkincisi, Rauf Arifoğlunun Cəmil Həsənliyə verdiyi cavab məni xımır-xımır güldürdü: "Mən hesab edirəm ki, Cəmil Həsənli xərifləyib. Ona görə də belə birisinə baş qoşmağı özümə yaraşdırmıram. İstəsə, qəzet və redaktorlar onun cavabını verərlər. Mən hazırda məzuniyyətdəyəm, bu , Canikdən və Alyoşadan da vacib prosesdi. Bu yaşlı adamı AXCP sədri qazlayıb, ortaya salıb bitirir. Cəhənnəmə olsun, özləri bilərlər".

Heç kim inciməsin, bir söz deyəcəm. Günel Mövludun yazılarını oxuyanda, adam qızışır. Yenə yazıb. Sağ olsun, əvvəllər "sağ diş, sol diş, yengə"nin oynadığı rolu indi Günel oynayır. Zalım qızı doymur ki, doymur. Elzanın "poeziyaya kərkinən" şeirlərindən sonra Günelin köşələri tam yerinə düşür. Bir ət tökür, biri də... Metroda stansiyaların adlarının ingilis dilində səslənməsinə, idmançılara şeir həsr edən Elzadan bir sitat: "Oyundu, moyundu, ermənilər qoyundu, haydı getdi, qurd basdı, asdı, kəsdi hər yerin...". Bir şey başa düşdüksə, bizə lənət...

Elgiz qalib idmançılarımızı verilişinə çağırıb danışdırırdı. İlk və son sualı bu oldu: "kim subay, kim evlidir?" Adını da qoydu ki, guya efirə qızlar zəng vurub soruşur. O qədər düşüklərimiz var ki, bu bir tərəfə qalsın. Bəlkə də soruşublar. Amma ANS-in efirində bu dəfə də yersiz, düşük bir müzakirə nəticəsində sağ olsunlar ki, dişimizin dibini qıcıqlandırdılar.

Digər xəbərlər