PDF Oxu

Köşə

  • 5 648

Cəmil və Gültəkinin Həsənli, ya da Hacıbəyli olmasının fərqi yoxdur

Cəmil və Gültəkinin Həsənli, ya da Hacıbəyli olmasının fərqi yoxdur

Cəmil ya da Gültəkin...Onların birinin soyadı Həsənli, digərinkinin isə Hacıbəylidir. Amma həmin adların və soyadların azərbaycançılığa heç bir dəxli-filanı yoxdur. Yəni bunlar - Cəmillə Gültəkin azərbaycanlı adları və soyadlarını daşısalar belə, real azərbaycanlı olmaq dəyəri onlardan qat-qat uzaqdadır. Hətta o qədər uzaqdadır ki, erməni dəyəri və marağı daha yaxındır belələrinə. Əqidəsizlik, satqınçıqlıq, ikiüzlülük, xəyanət, paxıllıq, xəbislik, şantajçılıq və pul hərisliyi! Bütün bunlar hazırda onlara öz xeyri, mənfəəti naminə qucaq açmış AXCP sədri Əli Kərimlidə də var. Üstəlik, lap çox miqdarda. Yəni Cəmil Həsənli, Gültəkin Hacıbəyli nə qədər satqın, ikiüzlü, əqidəsiz, xəyanətkar, paxıl, şantajçı, pul hərisi olsalar da Əli Kərimlidən artıq ola bilməzlər. Amma fakt budur ki, su axıb, çuxurunu tapıb. Cəmil və Gültəkin cütlüyü bir araya gələrək, AXCP və "Milli Şura" adlı çuxura axıb, kirli, üfunətli, mamır basmış gölməçədə birləşiblər.

"Azadlıq" isə olub bunların ruporları. Hakimiyyətə qarşı Əli Kərimli hansı havanı çalırsa, bunlar da həmin hava altında tumanlarını başlarına çəkib, şıdırğı gedirlər. Daha abıra-zada qısılıb, vicdana gəlib demirlər ki, əşşi, axı bir neçə il öncə biz bu hakimiyyəti tərif edir, seçkilərdə dəstəkləyir, özümüz də deputat-filan seçilirdik. İndi bizdə bir balaca da vicdan qalmayıb və indinin özündə xalqın dəstək verdiyi hakimiyyətə, dövlətə arxa çevirib, Əli Kərimli kimi malçişkanın "otur-dur" komandasını icra edirik. Üstəlik, buna görə ağzımıza sümük atan da olmur! Yox, belələri abıra-zada qısılıb-eləmirlər. Çünki abırları yoxdur! Abırsızdan isə başqa nəyi gözləmək olar axı, Vətənə, millətə, xalqa sədaqətimi? İçindən çörək yediyi çörəkqabına sahib çıxmağımı?

Baxın, bir neçə il bundan öncəyə qədər Gültəkin Hacıbəyli YAP-ın seçki platformalarının təbliğatında öndə gedənlərdən biri idi. Bütün seçkilərdə fəalllığı ilə seçilirdi.

Amma bir dəfə deputat seçilməyən kimi, nəinki döndü oldu müxalifətçi, xeyr! Döndü oldu dağıdıcı, barışmaz, aşırı radikal müxalifətçi! İndi də oturub "Milli Şura"da mini-ətək geyinib, ora-burasını Fuad Qəhrəmanlıya, Cəmil Həsənliyə, Eldəniz Quliyevə nə bilim nəyə və kimə göstərir. Bəs nə bilmişdiniz, bu da siyasətin bir növüdür..!

Cəmil Həsənlidən isə danışmağa dəyməz. Çünki onun haqqında o qədər danışılıb və deyilib ki, artıq iy verməyə başlayıb. İnsafsız "Azadlıq" qəzeti də Əli Kərimlinin sifarişi ilə gündə bu iyi yayır məmləkətə ki, nədir-nədir, Cəmil Həsənli düşüb ortaya və "lider" olub.

Qonşumuz Süliddin kişi demişkən, kül olub o məmləkətin başına ki, onun "lideri" Cəmil Həsənli - mal oğrusu CƏMO olub! İki dəfə öz çörəkqabına tüpürüb, sonradan həmin qabdan çörək götürüb yeyən CƏMO! Ona görə də bu iyverən qocadan yazmağa fikrim yoxdur...

Beləliklə, radikal müxalifətin Kərimlimilər fəsiləsindən olanlar barədə öz sözümüzü demişik, indi də deyirik. Və sən demə, Əli Kərimli, Cəmil Həsənli və Gültəkin Hacıbəyli də oturub-durub "SƏS"-i oxuyurmuşlar. Elə bu indi də oxuyub, kim deyil nə olduqlarının fərqinə varsınlar. Əgər bacararlarsa...