PDF Oxu

Köşə

  • 2 081

CƏMİLİN BAKOLUĞU

image

Qeyri-milli "şura"nın Qərbdən axan şirəsinə yığılmış qarğa-quzğun yığnağının başbiləni Cəmil Həsənli deyilən bir zatıqırıq bu dəfə Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış separatçı rejimin başçısı Bako Saakyanın iki gün sonra, iyulun 8-də Londonda "Chatham House - Kral Beynəlxalq Münasibətlər İnstitutu"nda keçiriləcək tədbirdə çıxış etməsini gətirib bizzat bağlayıb Azərbaycan hakimiyyətinin üzərinə ki, bəs əgər bizim xarici siyasəətimiz güclü olsaymış, heç Bako Saakyan da gedib o boyda yerdə "Qarabağ Respublikasının prezidenti" kimi çıxış etməzdi. Bax, belə olan bir məqamda mənə bir neçə illərdir ki, "ay qardaş, Cəmil Həslidən bu qədər sərt yazma, qoca kişidir və s." deyənlərə sonuncu cavabımı verərək deyirəm ki, bir də mənə bu barədə hər hansı bir fikir bildirsəniz, sizi dəq atacam Cəmilin xamırına və "optovıy" yoğuracam!

Beləliklə, ucundan tutub-ucuzluğa qədər gedən, zəhləaparan "təhlilləri" və "sübutları" ilə "facebook"dakı dostlarına "siyasətşünaslıq" dərsi əta, izhar (belə fikirlərdən bu qoca qarğanın xoşu gəlir-R.) edən axırda gəlib çıxır gözlənildiyi kimi özü tərəfindən saqqıztək çeynənmiş mövzuya - I Avropa Oyunlarına...Demək az qala on günə yaxındır ki, Tacikistanın prezidenti İmiomali Rahmonun, Belarus prezidenti Aleksandr Lukaşenkonun, eləcə də adını bilmədiyinə görə Berdümuhammed kimi adlandırdığı Tükrmənistanın prezidenti Qurbanqulu Berdümuhammedovun nəyə görə Bakıda olmalarını, Avropanın bir sıra liderlərinin isə Bakıda olmadıqlarını "araşdıran" Cəmil Həsənli "kəşf" edibmiş ki, sən demə Azərbaycanın ABŞ-ın ölkəmizə yönəldilmiş qərəzli siyasətinə qəti, kəskin şəkildə irad bildirməsi nəticədə Avropa liderlərinin Azərbaycana gəlmələrinin qarşısını alıbmış (?!-R.) Nə qədər absurd bir fikirdir deyilmi? Deyək ki, Avropanın liderləri Bakıya gəlmədilər, bəs onda onların baş nazirləri, XİN rəhbərləri, o boyda Olimpiya Komitəsi və qurumları burada nə gəzirdilər? Bəlkə Cəmili adlı qarğa bu barədə qarıldasın, biz də bilmədiyimizi bilək?! Amma qarıldamayacaq. Çünki bu, onun profilinin sualı deyil. Onun profili Bako Saakyanın Londona getməsi günahını Azərbaycan hakimiyyətinin ayağına yazmaq iddiasıdır!

Yaxşı, ay Cəmil, əgər sən bu qədər Azərbaycan sevər və vətənpərvər bir fərdsənsə, onda buyur de görək, nəyə görə ötən ay sənin patronun, pulburaxanın, təmsil olunduğun siyasi banda mafiozunun BAŞ BANDİTİ Rüstəm İbrahimbəyovun həyasızcasına, ermənicəsinə, işlətdiyi Krım Rusiyaya məxsusdur kəslməsini dəstəklədin, ermənilərə qardaş, axbercan, qurban olum deyən bir ünsürün müdafiəsinə qalxaraq, "Azadlıq"da filan yerini dəsmallayan çıxışlar etdin??!!

Bəs indi nəyə görə bu qədər narahat və nigaransan ki, Rüsrəmin axbercan dediyi, qardaş dediyi Bako Saakyan iti Londonda hansısa insitututda "prezident" kimi çıxış edəcək? Sən heç narahat olma qoca qarğa, Azərbaycan hakimiyyəti və müvafiq diplomatik qurumlarımız bu barədə öz tədbirlərini görəcəklər. Ancaq öz aramızdır, danışanda Araza Əlizadə demişkən, ağzından həqiqətən də iy gəlir eee, ay qoca qarğa. Get ağzını yaxala, dişlərini yu. Yoxdursa, mən sənə birini ƏTAAA, edib, bağışlayaram ey ulu millətimin üz qarası! Daha Bakoluq, Saakyanlıq eləmə...