PDF Oxu

Köşə

  • 2 200

XÜLYALAR, XÜLYALAR, XÜLYALAR...

image

20 ildən çoxdur ki, özünü "müxalifət" adlandıranlar "sabah bundan yaxşı olacaq" deyimi ilə yerlərində sayırlar. Əgər bu gün istənilən adamdan soruşsan ki, müxalifətdə hansı dəyişikliklər mövcuddur? Özünə hörmət edən kəs deyər ki, vallah, müxlifəti necə görmüşəmsə, eləcə də qalıb. Sual edəndə ki, nəyə görə belə düşünürsən? Cavab verər ki, müxalifət, əslində, müxalifət olduğundan üzübəri həmin təxəyülə, həmin təfəkkürə və həmin təsəvvürə malik olan primitiv siyasi dairədir. Bax, ona görə də müxalifət deyilən meydan təfəkkürlü siyasi toplum bir addım qabağa, iki addım geriyə doğru "qələbə" yürüşü edir. Bir zamanlar "İctimai Palata"nın həndəvərində və daxilində fırlanan müxalifət başbilənləri yenidən öz köhnə düşüncələrinə, xülyalarına qapılaraq, "az qalıb", "gəlirik" kimi ifadələr işlətməklə, guya xalqa nəyisə sübuta yetirməyə cəhd göstərirdilər. Ancaq bu dəfə "Milli Şura"da... Amma əməli işə gəldiyimiz zaman görürük ki, bunların gəlhagəli sən demə başqa yerdən imiş. Yəni onlara qrant ayıran Qərbli, Şimallı xarici təşkilatlar tərəfindən ödənilən pullar müxalifətçilərin dillərini uzada bildikcə uzadır. Axırı da bəlli olur ki, həmin pullar "liderlər" tərəfindən yeyilib, hətta üzərindən su da içilib. Və sonra da...

YOXA ÇIXAR ÜMİDLƏR

Uzun-uzadı mitinqlərdən, aksiyalardan sonra ara sakitləşir, ortada qalan elə ortadaca qalır, qeyb olan isə qeyb olur. Ortada qalanlar "liderlərinə" inananlar, qeyb olanlar isə həmin "liderlər" olur. Və beləliklə, küçələrdə bəh-bəhlə müxalifətin "xoş gələcəyinə" ümid edənlərin əlləri qalır boşda. Əvəzində, ağızları başlayır işə düşməyə. Nə üz qalır, nə sifət qalır, nə də... "Liderlər"in söyülmədiyi yerləri qalmır. Sonda müxalifət gedir uzun-uzadı qış yuxusuna. Ta növbəti bahar gələnə qədər.

Bax, onda mənim həmin sıravi müxalifətçilərə yaman yazığım gəlir. Ancaq nə edəsən? Adamın gərək ağlı ola! Ağıl olmayandan sonra ha özünü öldür, ha özünə toxtaqlıq ver, vallah da, billah da, bunun heç bir xeyri-filanı yoxdur! Ümidlər "liderlərlə" birgə yoxa çıxır. Necə ki, İsa Qəmbər, Əli Kərimli, Rüstəm İbrahimbəyov, ya da o biriləri kimi...

"Milli Şura"nın budəfəki həngaməsi də 2003-cü ildəki "Azadlıq" siyasi blokunun, 2005-ci ildəki "Müxalifətin Koordinasiya Mərkəzi"nin, 2010-cu ildəki "İctimai Palata" həngamələrindən heç də fərqlənmir. Və əgər fərqlənmirsə, onda bunların da ötənlərdən fərqlənmədikləri heç kimdə şübhə doğurmur. O ki qaldı özünə hörmət qoymağa, əgər bir kəslər ki, 20 ildən artıq müddətdir özlərinə hörmət qoymurlarsa, xalqa hansı hörməti qoyacaqlar? Bir mahnıda deyildiyi kimi, xülyalar, xülyalar, xülyalar, olubdur bizlərə şirin lalalar...

Digər xəbərlər