Yəqin ki, AXCP-də nələrin baş verdiyini heç Əli Kərimlinin xidmət göstərdiyi, pərəstiş və əməkdaşlıq etdiyi şeytan da bilmir. Bilsəydi, ucundan-qulağından biz də bilərdik ki, bu nə parta-part istefalardır düşüb AXCP-nin canına. Söhbət növbəti istefa verən sədr müavinindən - Əbülfəz Qurbanlıdan gedir. Həmin Ə.Qurbanlıdan ki, uzun müddət AXCP-nin gənclər təşkilatının sədri olduqdan sonra Ə.Kərimli onu gətirib özünə elədi müavin. Amma!
Amma bu müavinlik uzun çəkmədi və nəticədə Əbülfəz getdi. Amma getməyi ilə birgə verdiyi bəyanatı bir balaca anlaşıqsız oldu. Məsələn o öz istefası barədə qərarını "fecabook"da qeyd edərkən, hazırkı vaxta qədər "düz yolda" olduğunu deyib. Yaxşı, əgər sən "düz yoldaydınsa", niyə AXCP-dən çıxdın? Yaxud, bundan sonra da deyirsən ki, istefadan sonra "düz yolda" gedəcəksən. Onda da belə çıxmırmı ki, sən heç də düz yolda olmamısan, eləcə əyri yolda olmusan? Bax, ammalı müəmmalar da budur da bə a Əbülfəz.
Daha bir müəmma. Yazırsan ki, "istefa verirəm, çünki bacardıqlarımı gerçəkləşdirməyə əngəllər var". Adama deyərlər, "düz yolda" olmusansa, onda heç bir əngəllə-filanla qarşılaşmamalıydın. Yox, əgər əngəllər olubsa, demək yenə də düz yolda-zadda olmamısan. Anlaşılandır...
Anlaşılan odur ki, Əbülfəz Qurbanlı partiyada avtorutar idarəçilik sisteminin qarşısını almağa çalışıb, amma bunun qarşısı alınıb. Anlaşılan budur ki, Ə.Qurbanlı Ə.Kərimlinin digər müavinləri tərəfindən sıxışdırılıb, onun siyasi fəaliyyəti məhdudlaşdırılıb. Anlaşılası çeylər çoxdur burada.
Ancaq əsas anlaşılan odur ki, uzun illər əyri, xəyanətkar, mənşəyi bilinməyən Ə.Kərimli kimi şeytanla əlbir olan bir şəxsin yanında uzun illər fəaliyyət göstərmiş adam onun yanından uzaqlaşandan sonra hələ bir müddət hansı yolda olduğunu bilməyəcək. Ona görə də özü öz sözlərni vuran, təkzib edən fikirlər səsləndirəcək.
Ancaq eybi yoxdur. Əsası budur ki, Əbülfəz gec də olsa, ziyanın yarısından geri dönməyə fürsət tapıb. Bundan sonra düz yol tapıb, oraya davam edər.
Fəqət, ortada daha bir məsələ də var. Məsələ budur ki, hazırda Ə.Qurbanlının AXCP-də dəstəkçiləri var. Yaxşı olardı ki, elə onlar da Ə.Kərimlinin yanından, yəni şeytan yolundan uzaqlaşaraq özlərinə düz yol seçsinlər.
Bu arada daha bir xatırlatma. Bugünə qədər AXCP-dən çox sədr müavini istefa verib və onların istefaları bir müddət səssiz qarşılansa da, hətta ortada ümumi razılaşma əldə edildiyi vurğulansa da, sonradan həmin sabiq müavinlərə qarşı Əli Kərimli şeytançılığına start verilir. Hədələr, söyüş və təhqirlər, ittihamlar, sosial şəbəkədə toz dumana qarışır! İndi aha, düz buraya yazıram. Bir-iki gündən sonra baxın, görün Ə.Qurbanlı barədə Ə.Kərimlinin quşbeçələri "facebook"da hansı oyunları çıxaracaqlar. Bu mən, bu da siz, indi görərsiniz...