PDF Oxu

Köşə

  • 2 226

Əgər "Yeni Müsavat" Müsavatı "vursa"...

image

Son günlər ölkənin daxili siyasi arenasında baş verən olaylar, xüsusilə də, müxalifət cinahında yaşananlar bir-birini elə tez-tez əvəzləyir ki, onlardan birini təhlil edərkən, onu sona çatdırmayıb, o birisinə tərəf yönəlirsən, diqqət ayırırsan. Məsələn, götürək istefaları, qarşıdurmaları və s. bənzər hadisələri. Bir müddət öncə Ağaşirin Tanrverdioğlu adlı cəbhəçi funksioner AXCP-dən çıxarıldı. Sonra o Əli Kərimli və partiyadaxili xuntası barədə ilginc faktları açıqladı. Ardınca döyüldü... Daha sonra bəlli oldu ki, sən demə onu döyənlər məhz AXCP-dəki Əli Kərimli xuntasını yıxıb, onun yerinə keçmək istəyənlər də xuntaçılar olub. Bu məsələ bitər-bitməz, daha bir bomba xəbər - Əli Kərimlinin müavini Əbülfəz Qurbanlı da partiyadan getdi. Sosial şəbəkələrdə müzakirələr, ittihamlar, təhqirlər, iradlar, suçlamalar, dinləmələr, üzrxahlıqlar və s. Ancaq məsələlər yalnız AXCP üzərində cərəyan etmir. Məsələlər həm də bu partiyaya qarşı heç də yaxşı mövqedə dayanmamış Müsavatda baş verən olaylarla bağlıdır. Yəni Müsavat partiyası da parçalana-parçalana öz son nöqtəsinə - "ostanovkasına" qədər gəlib çatıb. Qısası, Müsavatın vəziyyəti də eynilə AXCP kimidir. Amma...

Amma bu dəfə bir az fərqli yönümdə, başqa istiqamətdə. Uzun illər canını Müsavat partiyasının yolunda qoymuş, eləcə də, Müsavatın əsas ruporu kimi fəaliyyət göstərmiş "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlunun istefaya gedəcəyi barədə verdiyi anonsu. Beləliklə, Rauf Arifoğlu Müsavatdan gedir! Səbəbi isə bəllidir - "Azadlıq" və AXCP-yə qarşı mübarizədə Müsavat rəhbərliyinin onu tək qoyması, dəstəkləməməsi və s. Baxın, tək bir qəzet həm partiyaya həm də partiyanın mətbuatına qarşı savaş etdi, həmin qəzetə yaxın olan digər partiya - Müsavatın onu müdafiə etməsi yerinə sadəcə boş-boş bəyanatlar verib, yaxasını kənara çəkdi. Adını da qoydu ki, "neytraldır". Ancaq bu həqiqətənmi belədir? Əsla! Gəlin saxta başqan Arif Hacılının başqan seçildikdən sonra verdiyi bir neçə bəyanatları xatırlayaq. Hər çıxışında o AXCP-yə əməkdaşlıq təkilf etdi, əlini uzatdı, barışıq təklifi verdi. Amma nə oldu? AXCP sədri Əli Kərimli konkret -KONKRET şəkildə Arif Hacılıya "S" komandasını verdi. Yəni ki, "S"us, və bu barədə danışma...

Baxın, Arif Hacılı AXCP-yə əməkdaşlıq təkif etdiyi dövrdə "Azadlıq" qəzeti "Yeni Müsavat"ı hakimiyyətə işləməkdə suçlayırdı. Sizcə, indi Rauf Arifoğlu Müsavat partiyasının sıralarını tərk edəcəyi ilə bağlı anons verməsində haqlıdırmı? Əlbəttə ki, 100%!

Məncə, Rauf Arifoğlu həm Əli Kərimliyə, həm də Arif Hacılıya kifayət qədər öz yerlərini göstərib. Ancaq məsələ burada da sona çatmır. Məsələ ondadır ki, Rauf Arifoğlunun Müsavatdan getməsi "Yeni Müsavat"ın da Müsavatı tərk etməsi anlamını daşıyır. Belə olan təqdirdə təsəvvür edin ki, "Yeni Müsavat" Müsavatı "vurur". Bax onda həngaməyə baxarsınız...

Hələlik isə fırtınaqabağı sakitlikdir...

Digər xəbərlər