PDF Oxu

Köşə

  • 2 042

Əli Kərimli ilə razı deyiləm

image

Əslində, AXCP sədri Əli Kərimlinin əvvəlcədən hansı yönə səmt alması bəlli olmayıb. Gah İranın səhra mollalarına tərəf yumbalanan, gah Rusiyaya tərəf dombalaq aşan Ə.Kərimlinin səsi sonradan Avropadan gəlib. Beləliklə, səmtibilinməz, həmçinin soyubilinməz və qanıbilinməz fərd kimi tanınan Ə.Kərimli indi də Qərbi ermənipərəst qurumlarla əməkdaşlığa görə kəskin şəkildə ittiham edən hakimiyyəti öz təbirincə "tənqid" edib. Deyir ki, "ölkə başçısının anti-Qərb bəyanatları etirafdır", yaxud da "Rejim özünü təcrid edib" (??!!-R.) Deyəndə ki, bu adamın ağlı həqiqətən də itib (harada itməsini biz də bilmirik. Çox yəqin ki, sonuncu prezident seçkilərində Rüstəm İbrahimbəyovun cibində itib həmin ağıl-R.) kimsə inanmır, kimsə bununla razılaşmır. İnanmırlar, razılaşmırlar öz işləridir. Amma mən dən Ə.Kərimlinin sərsəm, sarsaq, düşük, məntiqsiz və soysuz açıqlaması ilə razı deyiləm. Axı bu hansı "rejimdən" danışır?

Birincisi, rejim olur Pinoçetin Çili xuntası kimi, Mussolininin faşist İtaliyası kimi, Hitlerin III Reyxs Almaniyası kimi. Yəni həmin rejimlər hakimiyyətdə olarkən, insan ömrünün dəyəri sıfır qəpik də deyildi. Bunu biz tarixlərdən də görürük.

İndi hakimiyyət xalqına ximət edir, hər şeyin yaxşısına çalışır, tikir-qurur, abadlaşdırır, dükanlar ağzına kimi bolluqdur, bazarlar aşıb-daşır, insanlar necə və hara, eləcə də saat neçədə getmələrində sərbəstdirlər. İndi bu oldu rejimmi?! Məgər real rejim elə sən soysuz - Ə.Kərimlinin hakimiyyətdə olduğun dövrlərdə yaşanmırdımı? Bu gün Qərbi ittiham edən dövlət başçısının müdrik ifadələrini özünə sərf edən tərəfə yazıb artistlik edir, təlxəklik göstərir, sonra da başını priton qarıları kimi yelləyib, özünü narazı göstərirsən. Bu da sənin öz işindir. Qəzetin çıxır, onlayn variantın nəşr olunur, gündə kiosklarda satılır və s. İndi sən de görüm, a gədə, rejimdə belə zadlar etmək mümkünmü?! Rejim idarəçiliyində dövlətə və dövlət başçısına qarşı çıxmaq mümkündür?! Əsla! Qonşum Süliddin demiş, bəs onda nə ağızını qoymusan haftafa yolunda? Çatan da, çatmayan da onu aparır filan yerinə ki, filan yerini yusun?!

Məsələ aydındır. Ə.Kərimli hakimiyyətin erməni lobbisi ilə işbirilyinə girən Avropa təşkilatlarını və rəsmi dövlət orqanlarını ittiham etməsi onun sabunlu şəkildə Qərbə yalmanmağına imkan vermir. İmkan vermir ki, istənilən markada olan sabunla sabunlanıb, girsin Qərbin dalına. İndi hakimiyyət Qərbi ittiham etdikcə, lazımi cavablarını verdikcə, Əli Kərimli də əsir Qərbə tərəf.

Halbuki...

P.S. Ötən prezident seçkilərində Qərbi deyil, Rusiyanı tutan Əli Kərimlinin Rüstəmdən (İbrahimbəyovdan-R.) aldığı pul-parası bitib-tükənib. Ona görə də indi səmtini çevirib üzü o yana-Qərbə ki, bəlkə yazığı gələ bir az dilənçipulu verə... Əşşi adamın üzü nə qədər çönərəəə, qardaş!

Digər xəbərlər