PDF Oxu

Köşə

  • 2 874

AXCP bayrağının yanında LGBT bayrağı

image

"Milli Şura"nın pərdəarxası sədri Əli Kərimli son zamanlara qədər keçirdiyi mini mitinqlərində gənclərdən bir şey çıxmadığını görüb, sahibkarlara müraciət etdi. Sən demə, "Milli Şura"nın mitinqinə qatılacaq sahibkarlar bununla öz "xilaslarını" tapacağıymışlar. Amma hansı "xilaslarını" - bax, bunu bilmədik. Əgər kimsə sahibkardırsa, demək, elə sahibkar kimi də qalmaqdadır. Yəni işini-gücünü görür, öz fəaliyyətini də davam etdirir. Daha onun "Milli Şura"nın mitinqində nə işi var axı? Bir də hər dəqiqəsini qızıl hesab edən sahibkarın, biznes adamının nəyinə gərəkdir ki, həmin dəyərli zamanını itirərək, getsin "Milli Şura"nın yöndəmsiz, multfilmsayağı mitinqlərinə? Nədir-nədir ki, orada Ə.Kərimlinin müqəvvası, ya da ipli kuklası C.Həsənli "böyük millət" deyib İranın geydirmə mollaları kimi zəhlətökən moizələr oxuyacaq, Ə.Kərimli boynunu vəhşi qazların boynu kimi uzadıb, qaşlarını çatıb, başını da əsdirə-əsdirə boğazdan yuxarı sözləri ilə hətərən-pətərən danışacaq, Fuad Qəhrəmanlı da axırda deyəcək ki, bəs mitinqdə 10 min adam iştirak edib. Bununla nə dəyişiləcək? Əlbəttə ki, heç nə. Ona görə də həmin mitinqdə sahibkarların qatılaraq, orada hansısa qazanc əldə edəcəklərini düşünməyin üzü elə cəmil həsənlilik, əli kərimlilik, yaxud da fuad qəhrəmanlılıq kimi bir zaddır. Amma bunun o biri tərəfi də var.

O biri tərəfi isə dindarların mitinqə dəvət olunmasıdır. Daha dəqiqi, dindarların mitinqə çağırışıdır. Görün, bunlar nə qədər başlarını itirib, ağıldan da kəmləşiblər ki, bilmirlər "Milli Şura"nın mitinqinə hansı kateqoriyadan olan insanları çağırsınlar. Bu, hələ harasıdır ki? Ə.Kərimli sabah "facebook"dakı klaviatura qəhrəmanlığı səhifəsində cinsi azlıqları, sadomazoxistləri, transvestitləri "Milli Şura"nın mitinqinə çağırıb-eləsə, heç də çaşmaq lazım deyil. Əgər orada Ə.Kərilminin adı varsa, demək onun mitinqinə hər cür adam qatıla bilər.

Hələ "Milli Şura"nın ötən ilki mitinqində islamın adına ləkə gətirəcək daha bir hadisəni xatırlayaq. Yadınızdadırsa "Məhsul" stadionunda ən son illərdə ən vəhşi terror hadisələri törədən "İŞİD"-in bayrağı qaldırılmışdı. Onda Ə.Kərimli və onu dəfü-dəraqla mədh edən C.Həsənli, F.Qəhrəmanlı dərhal "Azadlığ"ın səhifəsinə çıxaraq, guya bunu "hakimiyyətin təxribatı" kimi qələmə verməyə çalışdılar. Onda bu məsələ bir az tez yat-küt oldu. Amma indi, həmin məsələnin yenidən baş verəcəyini düşünmək mümkündür. Çünki həmin olaydan sonra "İŞİD"-sevərlərin Ə.Kərimliyə rəğbətləri daha da artmış oldu. Çünki "Milli Şura"nın mitinqində onların qara bayraqları qaldırılmışdı.

Əslində "Milli Şura"nın var olub, olmaması bu gün kimsəni maraqlandırmır. Çünki üstü bəzək, altı təzək olan bir qurumun keçirdiyi mitinqi də təzəklikdən başqa heç nəyə bənzəməyəcək. Ona görə də Ə.Kərimlinin gah sahibkarları, gah gəncləri, gah cinsi azlıqları, gah da vəhhabiləri mitinqinə çağırmasından heç də təəccüblənmək lazım deyil. O yaxşı bilir ki, xalq onun heç bir sözünə inanmır.

Digər xəbərlər