PDF Oxu

Köşə

  • 2 118

"ERMƏNİ SAATI"NIN AQİBƏTİ

image

AXCP sədri Əli Kərimli və ona uzun illər siyasi nökərlik edən, hətta nökərçiliyinə görə öz doğma qardaşından belə imtina edən Qənimət Zahid yenidən şivənliklərinin pik nöqtəsindədirlər. Yəni üz-gözlərini, saçlarını, yaxa-başlarını, o cümlədən gündəyməzlərini əməllicə cırmaqdadırlar. Nədir ki, Q.Zahidin "Azərbaycan saatı" adı altında bilavasitə ermənilərə işlətdiyi və "Erməni saatı" funksiyasını yerinə yetirən qondarma verilişi milli-dövlətçilik maraqlarına sığmır. Bu səbəbdən, erməni dəyirmanına su tökən verilişin yayımlanması üçün pul-buraxan bəzi qohum-əqrabalarının müvafiq qaydada sorğu-suala cəlb edilməsi başda Ə.Kərimli olmaqla, nökəri Q.Zahidin "çetsinə" dəyib. Hələ bu harasıdır ki? Aha, bax buracığa da yazıram ki, sabah "Milli Şura"nın düşük sədri C.Həsənli də çıxacaq "Azadlıq"a, ya da "fecebook"a və "ulu millət, uca xalqım" deyib, millətin zəhləsini tökəcək. Yəni bu gözlənilən zaddır.

Ancaq məsələ ancaq bu zadda deyil. Ortada başqa zadlar da var ki, onlaran da biri elə məhz Q.Zahidin mühacirətdə yaşayan qardaşı, vaxtilə "Azadlıq" qəzetində satirik şerlərlə çıxış etmiş, sonradan isə həm doğma qardaşı, həm də Ə.Kərimli tərəfindən işlənilmiş salfetka kimi kənara atılan Sakit Zaihdov - Mirzə Sakitdir.

Məsələn, Ə.Kərimlinin və Q.Zahidin haray-şivənlərinə qarşılıq olaraq, mətbuata açıqlama verən Mirzə Sakit deyib ki, əslində, "Azərbaycan saatı" adlı verliş heç vaxt onun marağında olmayıb. Niyəsi isə çox maraqlıdır. Yəni o, burada dolayısı ilə, yaxud da birbaşa etiraf edir ki, veriliş həqiqətən də "Erməni saatı"dır. Daha dəqiq desək, ermənilərin saatlarına işləyir. Sitat: "Bu verilişi mən heç zaman dəstəkləməmişəm. Bu bir proyektdir və həmin proyektin ən başlıca məqsədi hardansa bir az pul-para qazanmaq məqsədi güdür... İndi bu sözümə görə mənə irad tutanlar, hətta lənətləyənlər də olacaqlar.. Amma bu mənim üçün qətiyyən önəmli deyil. Önəmli olan odur ki, belə mübarizə üsulu Xorasanda oturub Bağdaddakı Kor Xəlifəyə meydan oxuyan minbər mollasının başağrıdan moizələridir..."

Və bunu bir daha təkrar edirəm ki, biz, iqtidar mətbuatı deyil, məhz və məhz Ə.Kərimlinin əlinin altında işləmiş Mirzə Sakit deyir!

Hələ bu harasıdır ki? Mirzə Sakit qardaşı - Q.Zahidin apardığı verilişin diktator əlində olduğunu bəyan edib. Daha bir sitata nəzər salaq: "Almaniyada yaşayan dostlardan biri bir dəfə mənə dedi ki, a bəy, sən niyə "Azərbaycan saatı"nda çıxış etmirsən. Gülüb ona dedim ki, kimdi məni ora buraxan, o verilişin özü diktatorların əlindədi... Yəni bununla demək istəyirəm ki, demokratiya tələb edən insanların özləri ilk növbətə demokratik dəyərlərə, plüralizm qaydalarına əməl edib sonra başqalarından bunu tələb etməlidirlər. Mən ailəmi, uşaqlarımı ölkədən çıxardıb sonra da hakimiyyətin əleyhinə "Proyekt parası" xatirinə gecə-gündüz döşəyəcəmsə, demək mən cəmiyyətin firavanlığı haqda qətiyyən düşünmürəm..."

Dəyəri oxucularımıza bu yerdə sual ünvanlayıram ki, ay gözəl insanlar, ay normal cəmiyyətimizin ictimai rəy toplumunu təşkil edən əziz vətəndaşlarımız sizcə, düz söz demək üçün, həqiqəti demək üçün kiminsə qardaşımı, əmisi oğlumu, xalası oğlumu olmaq gərək? Baxın, Q.Zahidin dost-doğma qardaşı hər şeyə rəğmən, müxalifətçilik mövqeyində qalmasına rəğmən, deyir ki, adam müxalifətçiliyi də edəndə gərək kişi kimi edə. Daha qohum-əqrabasını, dost-tanışını öz çirkin, hətta murdar əməllərinə qatmaya. Və gərək bunu edirlərsə, demək öz siyasi səmərələrini düşünərək, bilə-bilə yaxınlarını bada verirlər!

Ki, sonradan erməni dayıları onlara daha çox pul buraxsın. Yenə qayıdaq Mirzə bəyin sitatına: "Qeyd edim ki, Azərbaycandakı qohum-əqrəbalar da cəmiyyətin üzvləridirlər... İnsanları təhlükə ilə üz-üzə qoyub, gedib "Ərəseydə" böyük-böyük danışmağın adı qəhrəmanlıq deyil".

Bax, belə yerdə yenə də Ə.Kərimli və "Azadlıq" qəzetinin mənfur üzü peyda olur. Məsələn iddia edir ki, hələ "Azadlıq" qəzetində çalışdığı zaman, Ə.Kərimli və qardaşı Q.Zahid (!!!-R.) onu acından öldürürmüşlər: "Bir məsələni də nəzərinizə çatdırım, həmin bu "Cəmiyyət cəfakeşləri" vaxtilə "Azadlıq" qəzetində çalışanda məni acından öldürürdülər. Baxırdım ki, özləri də normal təminatlı şəkildə yaşayırlar. Lələmin urfu haqqı mən və mənim yeddi nəfərlik ailə üzvlərim də həmin cəmiyyətin üzvləri idik..."

Sizcə, bu kəlmələrin özü sizlərə heç nəyi demirmi? Yəni müxalifətçilik o demək deyil ki, dövlətinin, millətinin maraqlarını kimə gəldi satasan, peş-kəş edəsən, sonra da qohum-əqrabanı da öz zibillərinə qatıb həbs etdirəsən! Ona görə də bizim "SƏS" qəzeti olaraq, düz 22 ildir ki yazdığımızı indi Mirzə Sakit bəy hayqırır. Deyir ki, ""Yurd"dan və onun sədrindən hələ bir kəs xeyir görməyib... Kimlərinsə həyatları qara günə qalacaq, mənə də "molodes" deyəcəklər. Belə siyasət olmur, bunun adı "Dəli yığıncağının məşvərət iclası" deməkdir. İndi bəzi "vətənpərvərlər" deyəcəklər ki, "Azərbaycan saatı" da məhz xalqın azadlığa çıxması istiqamətində çalışır. Belə deyənlərin özləri də çox düşüncəsiz və praktiki baxımdan cahil insanlardılar... Bu yolla hakimiyyətə təsir edə biləcəyini fikirləşən adamın ağlına "kilki konservası" kəsim. Həmin adamlar ya Azərbaycan hakimiyyətini tanımırlar ya da maskarad sevəndilər ki, o verilişdən həzz alırlar..."

Bəli, bəlkə də onların ağılları o dərəcədə inkişafdan kənar qalıb ki, güclü Azərbaycan hakimiyyətini tanımırlar. Bunun yerinə isə Ermənistan hakimiyyətinə canla-başla, erməni dayılarının filan yerlərini dəsmallaya-dəsmallaya lakeylik edirlər. Lakeylərin isə ciddiliyinə inanmağın özü doğru olmayan zaddır. Nə yaxşı ki, Mirzə Sakit bu cür lakeylərin yanında çox qalmayıb. Yoxsa "Erməni saatı"nın aqibətindən ona da pay düşəcəkdi...

Digər xəbərlər