"Azərbaycan saatı" adlı xəyanətkar və milli ideyalardan uzaq verilişi ilə erməni dəyirmanına su töküb ondan pul qazanan, həmin murdar pulu çörəyə çevirərək, həm öz gödənini enlədən, hətta ailəsinə belə haram pulu yedirtməkdən çəkinməyən Qənimət Zahid gödəninin enlənməsini davam etdirmək üçün daha bir qənimət əldə edib. Məsələ ondadır ki, öz doğma qardaşının belə ondan imtina etməsinin fərqinə varmayan, ya da varmaq istəməyən Qənimət Zahidin iç üzü getdikcə öz çılpaqlığı ilə daha çox nəzərə çarpmağa başlayır. Bu dəfə o, özündən "ideal qəhrəman" obrazı düzəldərək, mətbuat vasitəsilə bəyanat yayıb. Əgər buna bəyanat demək mümkündürsə. Həmin "bəyanat" barədə köşəmin son ucunda bir-iki cümlə yazacağam.
Bəri başdan onu da deyim ki, Qənimət Zahidov həmin "bəyanatında" KİV-lərdən xahiş edib. Xahişində isə bildirib ki, onun "bəyanatını" yaysınlar, ictimailəşdirsinlər. Ancaq nədənsə, həmin "bəyanatın" "Azadlıq"dan başqa heç yerdə dərc olunmadığını da gördüm. Yəni Q.Zahidin özü haqqında düşündüyü kimi o, heç də ölkə mediasında diqqətçəkici fiqur-filan deyil. Onun gündüzlər bir cür cikkildəməsi, gecələr isə ayrı cür vaqqıldamasının nə ölkə mətbuatına, nə də ölkə ictimaiyyətinə heç bir təsiri-zadı da yoxdur. Ancaq o bu gün dayanmadan şükür edib durmalıdır ki, biz iqtidar mətbuatı olaraq, onun "bəyanatna" reaksiya verdik. Reaksiya dedikdə, Qənimətin iç üzünün ifşasına öz təbirimizcə yanaşdıq. Məsələn, bu köşəni oxuyan hər hansı bir oxucu məhz bizim vasitəmizlə biləcək ki, Qənimət "bəyanat" yayıb. Və əgər o özünü realist hesab edirsə, mütləq bizə öz təşəkkürünü bildirməlidir. Bildirməsə də ki, öz işidir. Zatən biz öz təşəkkürümüzü alırıq!
Beləliklə, qayıdaq "bəyanata". Q.Zahid yuxarıda da qeyd edildiyi kimi, özündən "ideal qəhrəman" düzlətmək istəyib. Məsələn deyib ki, erməninin xeyrinə işlətdiyi "Azərbaycan saatı" adlı verilişinə görə həbs olunan qohumlarına görə geri addım atmayacaq. Lap yaxşı, atmayasan da atmayasan, bu sənin öz işindir. Ancaq bildiyimiz qədər, Q.Zahidin həbs olunan qohumları elə həmin "Azərbaycan saatı"nın gün işığı görməsi üçün ölkədəki pulburaxanlarından olublar. Düzdür, Qənimət erməniyə dayı deyənlərin başında gedənlərdən biri və birincisidir və buna görə də ona həmin qohumlarından başqa, Avropa ölkələrində fəaliyyət göstərən erməni dayıları da yaxşıca pul buraxırmışlar. Hər halda hansısa bir televiziya məkanının efir vaxtını bir-iki saatlığına almaq az para deyil. Nəzərə alsaq ki, Qənimət Zahid heç yerə işləmir, onda efir pulunun nə cür əldə edildiyini düşünmək mümkündür. AXCP sədri Əli Kərimli ilə can-bratlıq edən erməni dayıları bir tərəfdən, buradakı bir neçə qohumları da o biri tərfədən ermənilərə nökərçilik etmək üçün canfəşanlıq göstəriblər. İndi bu məsələnin üstü açılıb, açıldıqdan sonra isə Qənimət düşüb ortaya lekylik, təlxəklik edir. Guya bu elə bir "qəhrəman" zadıymış ki, hətta qohumlarının həbsi belə, onu öz yolundan - ləyaqətsizlikdən, mənəviyyatsızlıqdan, şərəfsizlikdən, milli xəyanətkarlıqdan geri çəkindirməyəcək. Hətta bundan sonra daha ləyaqətsiz, daha mənəviyyatsız, daha şərəfsiz və daha milli xəyanətkar olacağıymış! Reallıqda bunu ondan gözləməyə dəyərdi. Əgər ki, sən Əli Kərimli kimi bir meşşanın, siyasi padoşun və üzüsürtüyün, gözgörənin, qısacası isə SİYASİ MANYAKIN yanındasansa, demək bunu gözləməyə dəyərdi.
İndi əsas məsələ onun "bəyənatıdır" ki, o bunu göndərib erməni dayılarına. Ki, oxusunlar və kürəyinə "molodes, bravo" vurub ağzına növbəti bir-iki haram tikəni atsınlar. Bəs necə bilmişdiniz, Qənimət elə-belə qənimət deyil. İndi Qənimətin əlinə növbəti qənimətlər keçib...
P.S. Qənimət Zahid, "bəyanatını" təbliğ etdiyimizə görə bizə təşəkkür ünvanlamasan, daha sənə nə deyim...