Sirr deyil ki, AXCP sədri Əli Kərimlinin xəmiri şantajla yoğrulub və o partiyada özünə qarşı çıxan istənilən tərəfi hər zaman şantajla hədələyib. Biz bunları onun müavinləri, tərəfdarları cəbhə sıralarından çıxdıqları zamanlarda çox görüb, şahidi olmuşuq. Məsələn, AXCP sədri tərəfindən şantaj edilən Zərifə Məhəddinovanın Razi Nurullayevin, Əbülfəz Qurbanlının deyilənlərin həqiqət olduğunu bildirirlər. Yəni demək istədiyimiz də budur ki, "siyasi fəaliyyəti" xəyanətlərlə, satqınlıqlarla, ikiüzlülüklərlə və bu qəbildən başqa-başqa "məziyyətlər"lə bol olan AXCP sədri Ə.Kərimlinin kimliyi hər zaman Azərbaycan cəmiyyətinə bəlli olub. Artıq ona inanan və etibar edənlər də yavaş-yavaş Kərimlinin əsl simasını görürlər.
Bir müddət öncə AXCP-dən istefa vermiş R.Nurullayev bəyanatında partiyada avtoritarizmin hökm sürdüyünü, Kərimlinin başının isə sosial şəbəkələrdə "layk" əməliyyatına qarışdığını bildirmişdi. O, qeyd etmişdi ki, partiya sədri AXCP-yə özünün şəxsi müəssisəsi kimi yanaşır və özünü tək səhmdar hesab edir. Onun fərqli fikrə qarşı aqressiyasından danışan keçmiş müavini bildirmişdi ki, Azərbaycan xalqı radikal düşərgəyə artıq inanmır və mitinqlərə insanlar gəlmirlər: "AXCP sədri partiyanın sıravi üzvlərinin portağal kimi sıxıb suyunu çıxarıb".
Faktlar bununla da bitmir. Belə ki, o, Ə.Kərimlinin partiyada onunla eyni fikirdə olmayanları müxtəlif yollarla şantaj etdiyi hər kəsə bəllidir. Məsələn, Ə.Kərimli keçmiş müşaviri Zərifə Məhəddinovanı da müşavirlikdən kənarlaşdırandan sonra ona qarşı çirkin ittihamlar səsləndirib. Hətta həmin qadını əxlaqsız kasetlə şantaj edib. Ona qarşı kəskin ittihamlar səsləndirib.
Məsələ ilə bağlı açıqlama verən keçmiş AXCP üzvü Z.Məhəddinova da Kərimliyə qarşı fərqli fikir söylədiyinin qurbanına çevrildiyini bildirib. Ə.Kərimliyə etiraz edən müşavir partiya sədrinin iyrənc şantajı ilə üz-üzə qaldığını söyləyib: "Məni müşavirlikdən azad edib, üstümə satqın adı qoydu. Halbuki mənə müşavir olacağımı demişdilər. Bütpərəst olacağımı desəydilər, razı olmazdım. Sonda qovulmazdım da".
Göründüyü kimi, AXCP-də yaltaqlığın, şəxsiyyətsizliyin, saxtakarlığın hökm sürdüyü danılmazdır. Ən yaxın əhatəsində öz müşavirini, müavinini qısqanan, onları potensial rəqib kimi görən rəhbərlikdən nə gözləmək olar?
Beləliklə, Ə.Kərimlinin artıq "yeni məziyyəti" də üzə çıxıb. Vaxtilə öz liderinə xəyanət edən, sonradan isə ətrafındakıların hamısını potensial "xəyanətkar" qismində dəyərləndirən (halbuki AXCP sədrinin özünün xəyanətləri, ermənilərlə işbirliyi dillərdə dastandır) Ə.Kərimli bir qadına qarşı bu cür iyrənc üsullara əl atmaqdan belə çəkinmir.
Bax, budur dağıdıcı düşərgənin, Ə.Kərimlinin sifəti. Bu fakt, deyilən sözlər bir daha təsdiq edir ki, artıq bu şəxs üçün heç bir dəyər mövcud deyil.