PDF Oxu

Köşə

  • 3 723

Ya Həsən keçəl, ya da keçəl Həsən

image

Cəmil ya da Gültəkin...Onların birinin soyadı Həsənli, digərinkinin isə Hacıbəylidir. Ya Həsən keçəl, ya da keçəl Həsən. Amma həmin adların və soyadların, belə götürəndə, azərbaycançılığa heç bir dəxli-filanı yoxdur. Yəni hər ikisi - Cəmillə Gültəkin azərbaycanlı adları və soyadlarını daşısalar belə, real azərbaycanlı olmaq dəyəri onlardan qat-qat uzaqdadır. Hətta o qədər uzaqdadır ki, erməni dəyəri və marağı daha yaxındır belələrinə. Əqidəsizlik, satqınçıqlıq, ikiüzlülük, xəyanət, paxıllıq, xəbislik, şantajçılıq və pul hərisliyi! Bütün bunlar hazırda onlara öz xeyri, mənfəəti naminə qucaq açmış AXCP sədri Əli Kərimlidə də var. Üstəlik, lap çox miqdarda. Yəni C.Həsənli, Gültəkin Hacıbəyli nə qədər satqın, ikiüzlü, əqidəsiz, xəyanətkar, paxıl, şantajçı, pul hərisi olsalar da Ə.Kərimlidən artıq ola bilməzlər. Amma fakt budur ki, su axıb, çuxurunu tapıb. C.Həsənli və G.Hacıbəyli cütlüyü bir araya gələrək, AXCP və "Milli Şura" adlı çuxura axıb, kirli, üfunətli, mamır basmış gölməçədə birləşiblər.

"Azadlıq" qəzeti isə olub bunların ruporları. Hakimiyyətə qarşı Ə.Kərimli hansı qara zurna havasını çalırsa, bunlar da həmin hava altında halley gedirlər. Daha abıra-zada qısılıb, vicdana gəlib demirlər ki, əşşi, axı bir neçə il öncə biz bu hakimiyyəti tərif edir, seçkilərdə dəstəkləyir, özümüz də deputat-filan seçilirdik. İndi bizdə bir balaca da vicdan qalmayıb və indinin özündə xalqın dəstək verdiyi hakimiyyətə, dövlətə arxa çevirib, Ə.Kərimli kimi "malçişka"nın "otur-dur" komandasını icra edirik. Üstəlik, buna görə ağzımıza sümük atan da olmur. Yox, belələri abıra-zada qısılıb-eləmirlər. Çünki abırları yoxdur, itib, qeyb olub. Abırsızdan isə başqa nəyi gözləmək olar axı, Vətənə, millətə, xalqa sədaqətimi? İçindən çörək yediyi çörəkqabına sahib çıxmağımı?

Baxın, bir neçə il bundan öncəyə qədər G.Hacıbəyli YAP-ın seçki platformalarının təbliğatında öndə gedənlərdən biri idi. Bütün seçkilərdə fəallığı ilə seçilirdi. Amma bir dəfə deputat seçilməyən kimi, nəinki döndü oldu müxalifətçi, xeyr! Döndü oldu dağıdıcı, barışmaz, aşırı, izafi radikal müxalifətçi.

C.Həsənlidən isə danışmağa dəyməz. Çünki onun haqqında o qədər danışılıb və deyilib ki, artıq iy verməyə başlayıb. İnsafsız "Azadlıq" qəzeti də Əli Kərimlinin sifarişi ilə gündə bu iyi yayır məmləkətə ki, nədir-nədir, Cəmil Həsənli düşüb ortaya və "lider" olub.

O günləri "Milli Şura"nın 21 nəfərlik iclasından sonra görürəm ki, biri sosial şəbəkədəki statusunda yazıb: "Kül olub o müxalifətin başına ki, onun "lideri" Cəmil Həsənli adlı mal oğrusudur. İki dəfə öz çörəkqabına tüpürüb, sonradan həmin qabdan çörək götürüb yeyən Cəmil Həsənli! Ona görə də bu məzhəbibilinməz "liderdən" daha geniş yazmağa fikrim yoxdur..."

Biz dəfələrlə radikal müxalifətin Kərimlilər fəsiləsindən olanlar barədə öz sözümüzü demişik, indi də deyirik və sən demə, Əli Kərimli, Cəmil Həsənli və Gültəkin Hacıbəyli də oturub-durub "SƏS"-i oxuyurmuşlar. Sonra da oxuduqlarına cavab tədbirləri görürmüşlər. Elə indi də oxuyub, kim deyil, nə olduqlarının fərqinə varsalar, daha yaxşı olardı. Ən azından xatırlayardılar ki, hansı yuvanın quşlarıdırlar...