PDF Oxu

Köşə

  • 2 286

"Milli Şura" ölüb, yerdən götürəni yoxdur

image

Siyasi hadisələrlə bağlı deyilənlərdən belə təsəvvür yaranırdı ki, "Milli Şura"nın sədri Cəmil Həsənli 2013-cü ildə baş tutmuş prezident seçkilərində rüsvayçı məğlubiyyətindən sonra siyasi arenanı birdəfəlik tərk edəcək və yenidən elmi fəaliyyətini davam etdirəcək. Lakin bu hal baş vermədi. Belə ki, AXCP sədri Əli Kərimli və Müsavatın sabiq başqanı İsa Qəmbərin, eləcə də digərlərinin yalan, uydurma, şirnikləndirici vədlərinə inanan Cəmil Həsənli hələ də radikal müxalifət düşərgəsində təmsil olunmaqla olan-qalan hörmət-izzətini də itirməkdə davam edir. Eyni zamanda, Cəmil Həsənli ölüb yerə girmək əvəzinə, hələ qarşıdakı parlament seçkilərinə qatılmağa çalışır. Nə üzlə, hansı qüvvə ilə, ölüb, yerdən götürəni olmayan "Milli Şura" ilə? Bir məşhur tamaşada rəhbətlik aktyorumuz Bəşir Səfəroğlu demişkən, ölünün də qıdığı gələr?! Əli Kərimli, sən və s. qəbul etmək istəməsəniz də "Milli Şura" çoxdan o dünyalıq olub...

Görünən həm də odur ki, 2013-cü il prezident seçkiləri ərəfəsində "ziyalı" qiyafəsinə bürünərək, "Milli Şura"nın "vahid namizədi" olmağı bacaran Cəmil Həsənlinin daha sonradan siyasi iddialarla çıxış etməyə başlaması radikal müxalifət cəbhəsində yeni və eyni zamanda, kifayət qədər ciddi problemlərin əsasını qoydu.

Etibar Məmmədov: "Cəmil Həsənlinin utanmadan siyasətdə qalması bədbəxtçilikdir"

Bu arada Cəmil Həsənlidən söz düşmüşkən, qeyd etmək istərdim ki, onunla bağlı ən maraqlı açıqlama verən Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov Cəmil Həsənlinin utanmadan siyasətdə qalmasını bədbəxtlik sayır: "Bağırmaq Cəmil Həsənlinin adətidir. Hətta o qədər bağırıb ki, səsi də batıb. Artıq o, heç tamada kimi də işə yaramaz. Cəmil Həsənli 2005-ci ildə AXCP-dən çıxıb Milli Məclisə gedəndə, deputat mandatından imtina etməyəndə də qışqırıb, səs-küy salaraq bağırıb. İllərdir bu dəstələrdən eyni məsuliyyətsiz ittihamlar eşidilir. Sosial şəbəkələrdə və sahibi olduqları qəzetlərində ağızlarına gələni yazırlar. Buna görə heç utanmırlar da. Bu isə onların bədbəxtçiliyidir".

Beləliklə, nə qədər qəribə olsa da, "Milli Şura"nın sədri Cəmil Həsənli xarici ölkələrin səfirləri və diplomatları ilə görüşərkən, özünü ölkə müxalifətinin aparıcı siması kimi təqdim edir. Görünən odur ki, artıq Cəmil Həsənlinin yeri ölü quruma çevrilmiş "Milli Şura" yox, həmin qurumun zibil qutusudur. Necə deyərlər, "Milli Şura" ölüb, yerdən götürəni də yoxdur. O ki, qala qoca, ağlı tükənmiş Cəmi Həsənli ola...

Digər xəbərlər