Bu gün Əli Kərimi dedikdə, ağıla gələnlər bu faktlardır - AXCP sədri AXC hakimiyyəti dövründə dövlət katibi postunu tutsa da, Elçibəyə qarşı aparılan rəzil və alçaq təbliğatın başında dayanıb. Bu gün reallığı bilən əksər cəbhəçilərin çoxu Əli Kərimli kimi birisinin AXCP-yə sədrlik etməsinə təəssüflənirlər. Yəni bu gün Azərbaycan müxalifətində, xüsusilə radaikallar içində hər cür insana - yalançı, keçmişi qaranlıq, bu günü müəmmalı, sabahı isə indidən bəlli olan adamlara rast gəlmək mümkündür. Məhz bu baxımdan, onların içərisində biri var ki, o, şəxs əlinə düşən hər fürsətdə dövlətçiliyə qarşı çıxmaqla yanaşı, ətrafındakı insanları min-bir yalançı, şirnikləndirici vədlərlə aldadır, daim xalqın iradəsinə əks mövqe sərgiləyir. Əli Kərimli bu sıralamada uzun müddətdir ki, birinciliyi qoruyub-saxlamaqdadır...
Məhz AXCP sədri bu günədək yürütdüyü siyasətilə hər an Azərbaycanın milli maraqlarını satmağa hazır olduğunu nümayiş etdirib. O və müttəfiqləri yalançı, qısa ömürlü birliklər yaradaraq pafoslu çıxışlar edir, əslində isə bir-birlərindən xarici pulverənlərə kompramat ötürmək uğrunda mübarizə aparırlar. Hər bir tərəf bu mübarizədə önə çıxmaq barədə düşünür və bu məqsədlə əlindən gələni edir. Əli Kərimliyə yetirdiyi yarıtmaz və milli maraqlara ciddi şəkildə xələl gətirən siyasəti ucbatından hansı mənfi obraza yaraşan ad desəniz qoymaq mümkündür. Bu adamın keçmişi heç öz tərəfdarlarına belə, tam şəkildə bəlli deyil. Sözün açığı, onun siyasi fırıldaqçılıq üsullarına şeytan da həsəd aparar. Belə ki, AXCP sədri o qədər mahir yalançı, o qədər mahir siyasi "moşennik"dir ki, ondan nə desən gözləmək olar. Bunu uzun müddət Əli Kərimli ilə bir cəbhədə təmsil olunan siyasilər də bəyan ediblər. Məsələn, bir müddət əvvəl mətbuatda geniş müsahibdə ilə çıxış edən Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu AXCP sədrini xəyanətdə ittiham etmişdi. Bu səbəbdən indi o, bir çoxları tərəfindən rədd edilir.
Göründüyü kimi, Əli Kərimli barəsində ancaq mətbuat deyil, həmçinin uzun müddət onunla bir düşərgədə təmsil olunan siyasilər belə, tənqidi fikrlər söyləyirlər. İnandırım sizi, bu gün Elçibəysevərlərin böyük əksəriyyəti Əli Kərimli kimi birisinin AXCP-yə sədrlik etməsinə təəssüflənirlər. Çünki artıq onun iç üzü bütün çılpaqlığı ilə açılıb cəmiyyətə təqdim olunub. Siyasi prosesləri mütəmadi izləyənlərə yaxşı bəllidir ki, AXCP sədrinin adı vaxtaşırı ayrı-ayrı müxalif partiya funksionerləri tərəfindən xarici fondlarla, Azərbaycan əleyhinə kompramat toplamaqda maraqlı olan beynəlxalq qüvvələr və mətbuatla işbirliyinə hallınıb və açıq şəkildə bildirilir ki, Əli Kərimli məhz şəxsi və partiya maraqları naminə yeri gələndə dövlət və millət maraqlarını da sata bilər. Kim bilir, bəlkə də bu günə kimi bir neçə dəfə satıb...
Siyasətə AXC şinelindən gələnlərin əksəriyyəti birmənalı şəkildə bəyan edirlər ki, AXCP sədri aktiv siyasətlə məşğul olduğu dövrdən daim xarici fondlara iş birliyində olub. Əli Kərimli AXC hakimiyyəti dövründə dövlət katibi postunu tutsa da, Elçibəyə qarşı aparılan təbliğatın başında dayanıb. Bu və sadaladığımız digər faktlar təsdiqləyir ki, AXCP sədri əvvəldən xəyanət yolunu tutub və bu gün də bu istiqamətdə fəaliyyətini davam etdirir.
Belə bir məqamda son günlərdə AXCP-dən olan istefalar, xüsusilə, onun sabiq müavini Razi Nurullayevin AXCP-nin möhürünü Əli Kərimlinin əlindən alacağı iddiasını irəli sürməsi real bir mənzərədir. Hətta Razi Nurullayevin demokratik düşüncəli müxalifətçi olması Əli Kərimlinin diktatura, avtoritar idarəçilik ambisiyaları üzərində qələbə də qazanacaq. Ancaq nə qədər gec deyil, bu millət, Vətən, dövlət xainini siyasət arenası olmaqla yanaşı, həm də cəmiyyətdən təcrid etməyin zamanı çatıb. Çünki ya gec, ya da tez o, törətdiyi bütün rüsvayçı, satqınçılıq və kirli əməllərinə görə cavab verməyə məhkumdur. Görəsən, hüquq-mühafizə oraqanları hələ də bunu bilmirlərmi? Bilirlərsə, nəyi gözləyirlər, gəncləri sosial şəbəkələrə toplayıb onların həyatlarına zəhər qatmasınımı?