PDF Oxu

Köşə

  • 1 769

Xədicə yenə "SƏS"dən danışdı...

image

"SƏS"in adı çəkiləndə Xədicə İsmayılın ürəyi daha şiddətlə döyünür. Bu dəfə çəkinməyib, məhkəmədə özü "SƏS"dən danışıb. Bu vəziyyətdə də, hakim qarşısında da "SƏS"dən danışırsa, deməli, məsələ çox ciddidir. Başqa cür desək, "SƏS" onu olduğu kimi ifşa edib.

Xədicənin anasının erməni olması, dayısının Rusiyada erməni diasporuna rəhbərlik etməsi, bacısı Mətanətin qadın alveri ilə məşğul olması, Türkiyədə qadın alverində ad çıxarması, özünün məşhur özəl bağçalardan birinin sahibi olması, bağçanın həyətində anasına villa tikdirməsi, ABŞ-a təqdim etdiyi etdiyi hər layihədən yarım milyon pul alması və sairə bu ikimi faktları ilk dəfə "SƏS" qəzeti dərc edərək onu ifşa etmişdi. İndi siz deyin, Xədicə "SƏS"ə niyə də düşmən olmasın!? "SƏS" qəzetinin Xədicə haqqında verdiyi yazılar elə əks-səda doğurmuşdu ki, ABŞ Dövlət Departamenti bu yazılara görə dövlətimizə məktub da yollamışdı. Bəli, bütün bunları "SƏS" edib. Niyə də etməməli idi? "Azadlığ"ın simasında Xədicə müxalifətdirsə, "SƏS" də iqtidardır. Kimin güclü olduğu həmişə bəlli olub. Özü də ki, müxalifət casusdursa, onun ifşa olunması təkcə iqtidarın işi deyil, həm də hər bir azərbaycanlının vətəndaşlıq, vicdan borcu sayılır. Xarici ölkəyə casusluq etməyi müxalifətçi olmaqla ört-basdır etmək olarmı? Axı bu ölkənin hüquq-mühafizə orqanları var.

Hər şeyi bir tərəfə qoyaq, düz danışaq. Xədicə iki il bundan öncə mətbuatda açıq şəkildə qrant davasına çıxmışdı, hətta bir QHT rəhbəri ilə 1 milyon 500 min manatlıq qrantın davasını edirdilər. Bunu mətbuat da işıqlandırdı, hətta Xədicə özü bu haqda açıqlama vermişdi ki, layihəsi qalib gələcək. Qrantı da ABŞ-a məxsus hansısa təşkilatı verirdi. Sonra məlum oldu ki, bəli, bu qrantı elə Xədicə alıb, layihəni "udub". Çox gözəl, bəs Xədicə aldığı bu puldan dövlətin vergisini verdimi? Ümumiyyətlə, pulu hara xərcləməsi haqda kiməsə, harasa bir hesabat təqdim etdimi? Qrantı alandan sonra Xədicə dövlətimizə qarşı bu dəfə daha radikal şəkildə qarayaxma kampaniyasına start verdi. İndi sizlərə sual edirəm, Xədicə vergi verməməli idimi? Hesabat təqdim etməməli idimi? Niyə məhz bundan sonra əlində xüsusi xidmət orqanlarına məxsus sənədlər peyda oldu? Daha sonra hər şey bir daha aydınlaşdı. Sən demə, "Azadlıq" radiosunun Bakı ofisində çirkli pullar da yuyulurmuş. Siz deyirsiniz ki, Xədicəni tutmaq olmaz. Biz deyirik ki, bütün bunları edən hələ çoxdan həbs edilməli idi, ən ağır cəzaya məhkum olunmalı idi. İnsanları ölüm həddinə çatdırması da onun "şəxsi keyfiyyətlərindəndir".

Kolumbiyalı böyük yazıçı Qabriel Qarsia Markes yazır ki, qadın xəyanəti daha dəhşətli olur, əgər bu xəyanət ictimai xəyanətdirsə, o zaman bu, həm də əsl cinayətdir. Böyük yazıçı Xədicənin hələ bir tərəfini yazıb.

Digər xəbərlər