Ölmədik, bunu da gördük. Erməni Şuşamızın cıdır düzündə eşşək yarışı keçirdi. Həmin cıdır düzündə ki, əsrlər boyu ərənlərimiz Qarabağın cins atları ilə yarışlar keçiriblər. Bu gün orada eşşək yarışı keçirən ermənilər, əslində bununla kifayət qədər təsdiq etdilər ki, onların ata minmək, ərənlik etmək imkanları genlərində olmayıb, olmayacaq da. Uzağı-uzağı onların genlərində eşşəyə minib ötüşməyə çıxmaq halları özünü büruzə verib eşşək yarışı ilə. Düzdür, erməni Cıdır düzündə at yarışı da keçirə bilərdi. Ancaq etmədi. Çünki erməninin özü də yaxşı bilir ki, təmsil olunduğu millətin ata minmək, at yarışına çıxmaq qeyrəti, şərəfi mövcud deyil. Ona görə də rüsvay olmamaq üçün eşşək yarışı ilə kifayətlənməli olub.
Hə, onu da deyim ki, eşşək yarışının təşkilatçısı rusiyalı şovinist və ultramillətçi German Sterliqovun arvadı olub. O, Qarabağa köçər-köçməz Şuşada moda evi açıb və bu vasitə ilə sərgilər keçirir. Yəni eşşək yarışının təşkil olunmasında da Streqilovun arvadının moda sərgisi nümayişi keçirmək marağı dayanıb. Üstəlik, 16 yaşına qədər erməni gədələrinin iştirak etdiyi eşşək yarışlarında ilk yeri tutana 1500, 2-ci yerə görə 1000, 3-cü yerin sahibinə isə 500 dollar mükafat verilib. Sıravi iştirakçıların hər biri isə 100 dollar qazanıb. Beləliklə, Streqilovlar separatçı bizneslərinin reklamı üçün simiclik etməməklə yanaşı, həm də siyasi eşşəkliklə məşğuldurlar. Nə edəsən, eşşək hər yerdə eşşəkdir. İstəyir ikiayaqlı olsun, istəriyirsə də dördayaqlı. Bu gün separatçı rejimlə "qardaşlıq nümunələri" göstərən Streqilovlar yəqin ki, Qarabağ atları barədə də az eşitməyiblər. Ancaq nədənsə həmin atları tapıb ortaya çıxarmağı da bacarmayıblar. Hətta milyonları olsa belə, Streqilov beş-altı eşşəkdən o yana heç nə əldə edə bilməyib ki, həmin eşşəklərin də yarışını keçirməklə çulunu sudan çıxarmağa çalışıb.
Fəqət, erməninin, ya da erməniyə havadarlıq edənlərin eşşəklikləri özlərinə qalsın. Nə qədər istəyirlərsə eşşəklik etsinlər. Çünki vaxtlarına az qalıb. Çox yaxın zamanlarda həmin Cıdır düzündə ərənlərimiz at çaparaq, onların qığılcım saçan dırnaqları ilə həmin eşşək ləpirlərinin izlərini yerli-dibli siləcəklər. Üstəlik, Streqilov da gec, ya da tez bəlkə də elə Cıdır düzündə qurulacaq məhkəmədə öz arvadı ilə cavab verməli olacaq. Bax, onda Streqilovun "eşşəklik etmişəm, məni bağışlayın" yalvarışlarını kimsə eşitməyəcək. Hətta bu gün onu eşşək kimi sevən Qarabağın separatçı "lideri" Bako Saakyan da xilas edə bilməyəcək. Çünki o da öz eşşək dostu Streqilovun yanındaca oturacaq.
Ancaq bu gün həmin Cıdır düzümüz ağım-ağım ağlayır. Ağlayır ona görə ki, bu gün onun üzərində ermənilər eşşək yarışdırırlar. Ağlama Cıdır düzü, sənin də gülən vaxtına, hətta illər öncə çəkdiyin şaqqanaq gülüşlərinə az qalıb, çox az. Sən də güləcəksən, İnşaAllah!