PDF Oxu

Köşə

  • 2 157

Aşığınızı atın!

image

Di gedin, aşığınızı atın! Qərbin çalpapaq "kişi"ləri- iqtisadçıları, politoloqları deyirdilər ki, neftin qiyməti 70 dollara düşən kimi Azərbaycan çökəcək. Neftin qiyməti 40 dollara düşdü, amma dövlətimiz çökmədi, bu Azərbaycan iqtisadiyyatına zərrə qədər də mənfi təsir göstərmədi. ABŞ Dövlət Departamenti Azərbaycanda sırf məişət zəminində həyatını itirmiş jurnalistə görə qınayıcı yox, dövlətimizə təhdidlə dolu qərəzli bir bəyanat verdi. Amma bu da uzun çəkmədi. İki gün sonra ABŞ-ın Virciniya ştatında telekanalın iki jurnalist əməkdaşı qətlə yetirildi. Bu ABŞ dövlətinə qarşı bir üsyan idi. Bəs ABŞ niyə danışmadı? "Sərhədsiz reportyorlar" proqnoz verdi ki, uzağı iyul ayında Azərbaycanda sosial partlayış olacaq. Bu da olmadı. İyul ayı İngiltərədə, Fransada müəllimlər, həkimlər tətillər keçirdilər. Özlərində baş verəcək hadisələri bizə arzulamaq da heç nəyi dəyişmir. Harda nə olacaqsa, o da baş verir.

"Azadlıq" qəzetinin sonuncu nömrəsində "Azərbaycan batır?" adlı yazı dərc olunub. Az qalıblar ki, yazının qarşısına "uraaaa" yazsınlar. Sabiq maliyyə naziri Saleh Məmmədovun fikirləri əsasında ölkəmizi "çökdürən" "Azadlıq" bununla guya ictimai şüura təsir etmək istəyir, insanlarda panika yaratmağa çalışırlar. Yazını bu qədər heyrətlə yazmısınızsa, deməli, bu, o deməkdir ki, sizin bu vaxta qədər "Azərbaycan dağılır" deməniz fuflodur, yəni heç bir əsası yox imiş. Özünüzə bu qədərmi inanmırsınız?! Bura Migel De Servantesin əsərlərindəki məkan deyil, Don Kixotluq da alınmır, bir sözlə, öz dilinizlə desək, artıq "sabun" olmaq da bir dərdə dərman olmur. Hər şey necədirsə, elə də görünür. Siz də olduğu kimi görün. Siz deyirsiniz ki, ölkə dağılır. Biz bayıra çıxıb görürük ki, hər kəs öz işinin-gücünün dalınca gedir. Siz deyirsiniz ki, millət yeməyə çörək tapmır. Biz görürük ki, məhz çörəyi tapdalayanlar çörək tapmır.

Sadə dildə desək, dünən "su günü" idi. Əksər ölkələrdə bu xırda formada qeyd edildi. Hətta Kliçko da fəvvarədə çimdi. Amma adam kimi. Biz də köhnə "26-lar bağı"nda məktəblilər bunu qeyd etdilər. Amma bir az fərqli oldu. Başqa ölkələrdə bir-birilərinin üstünə butulkadakı suyu töküb şənlənirdilər. Bizdə butulka qarşıqı suyu tullayırdılar bir-birinin üstünə, neçəsinin başı şişmişdi. Ancaq daha çox diqqət çəkən 50-55 yaşlı bir cəbhəçinin "su aksiyası" keçirən 50-60 nəfər məktəbliyə baxıb "bunlarla yaxşı aksiya keçirmək olar" deməsi oldu. Kişi skamyada otura bilmirdi, qımıldanırdı, dəqiqəbaşı əlini bir yerinə aparıb şalvarını dartmaqla əsəbini soyudurdu.

P.S. Mən bilirəm ki, Müsavat Elşad Paşasoya qarşı ədalətsizlik etdi. Onun namizədliyi irəli sürülmədi, heç məsləhət də olunmadı. Səbəb bəllidir: Elşad Paşasoy Qubad İbadoğlunu müdafiə etmişdi. Bu da bir ədavət...

Digər xəbərlər