PDF Oxu

Köşə

  • 2 353

Radikalların səfirlik-seçki oyunları tükənib

image

Parlament seçkiləri yaxınlaşdıqca ölkənin siyasi qüvvələri fəallaşır. Söz yox ki, artıq hakim Yeni Azərbaycan Partiyası (YAP) seçkilərdə iştirak edəcək namizədlərinin siyahısını müəyəyn edib. Bu da iqtidar partiyasının yenə seçkilərə hazırlıq məsələsində də operativ olduğunu bir daha ortaya qoydu. Həmçinin görünən odur ki, növbəti parlament seçkilərinin də əsas aparıcı qüvvəsi məhz YAP olacaq. Müxalifət partiyalarında da seçkilərə hazırlıq prosesi gedir. Konstruktiv müxalifətdə bu, görünür. Fəqət, radikallarda vəziyyət başqadır. Yəni görünən budur ki, digər cəbhədə - radikal müxalifət düşərgəsində süstlük, inamsızlıq və qərarsızlıq hökm sürməkdə davam edir. Əli Kərimlinin başçılıq etdiyi AXCP və onun özəyini təşkil etdiyi "Milli Şura"dan seçkilərdə iştirakla bağlı, hələlik hər hansı bir fikir ortalıqda yoxdur. Bu qurum özünü elə aparır ki, sanki seçki ili deyil. Bunun nəticəsidir ki, radikal müxalifət başqa siyasi qurumlardan fərqli olaraq seçki aktivliyi nümayiş etdirmir, yerində saymaqda davam edir. Aydın məsələdir ki, bu gedişlə seçkidə daha böyük məğlubiyyətlə üzləşməli olacaqlar. Hakimiyyətin xalqın maraqlarına uyğun şəkildə yeritdiyi ardıcıl siyasət, ölkənin inkişaf etməkdə davam etməsi, uğurlu xarici siyasət cəmiyyətdə iqtidara olan etibarın daha da yüksəlməsinə gətirib çıxarıb. Ona görə də bütün gücü ilə xalq indiki iqtidarı dəstəkləməkdə, ona daha çox etibar etməkdə davam edir. Bu fonda radikal müxalifət gözəl bilir ki, seçicilər onlara səs verməyəcək. Əksinə, bu dəfə ötən dəfəki seçkilərdə qazandığı səslərdən də az səs toplayacaqlar. Beləliklə də, cəmiyyət qarşısında daha da nüfuzdan düşəcəklər. Məhz acınacaqlı uğursuzluqla üzləşəcəklərini bildiklərindən başqa partiyalar seçkilərə hazırlığı gücləndirdiyi halda, radikallar yerində saymaqdadırlar. Bu qüvvələr həm də ona görə seçki ərəfəsi yerində saymaqda davam edir ki, namizəd verməyə yetərincə nümayəndələri belə tapılmır. Belə ki, son illər ərzində müxalifətin radikal qanadını çoxsaylı insan tərk edib.

Beləliklə, siyasi partiyalar öz güclərinə görə hərəkət etmək zamanına gəlib çatıb. Radikalların isə əvvəlki illərdəki əsassız iddiaları, boşboğazlıq dövrü artıq keçib. Seçkilər güclülərin rəqabət apardığı bir müstəvidir. Radikal siyasi partiyalar seçki dövründə güclərinin olmadığını, hakim partiyanın irəli sürəcəyi namizədlərə qarşı alternativ qüvvə qoya bilməyəcəyinin fərqinə varırlar. Amma bu, o demək deyil ki, seçkilər alternativsizdir. Bu gün Azərbaycanda artıq formalaşmış parlament partiyaları var. Cəmiyyətdə artıq tədricən öz yerini tutan konstruktiv müxalifət mövcuddur. Öz gücünə bələd olan və seçkidə uğurunu sınamaq istəyən namizədlər var. Bir sözlə, seçkilər güclülər arasında gedəcək. Artıq radikal müxalifətin gurultulu bəyanatlar verdiyi, öz gücünü səfirliklərlə əməkdaşlıqda göstərdiyi dövr çoxdan keçib.

Digər xəbərlər