PDF Oxu

Köşə

  • 2 258

Xədicənin "çayxana harayçıları"

image

Xədicə İsmayılın anasının erməni əsilli olması haqqında dəfələrlə yazmışıq. Dayısının Rusiyada erməni lobbi təşkilatlarından birinin rəhbəri olması haqqında da məlumatınız var. Xədicəyə oxunan məhkəmə hökmündən sonra adını eşidib üzünü görmədiyim anası Elmiranın köntöy çıxışlarından sonra cəbhəçilərin əl çalıb toy-bayram etməsi də lap biabırçılıq oldu. Təsəvvür edin ki, bir erməni Azərbaycan dövlətinin əleyhinə ağzına və ağlına nə gəldisə danışır, sən də onu alqışlayırsan.

İki gündür ki, Xədicənin məhkəməsində iştirak edən müxalifətçilərin məhkəmənin yaxınlığındakı çayxana haqqında yazdıqları əsl ajiotaj yaradıb. Guya çayxana Xədicənin məhkəməsində iştirak edən cəbhəçilərə görə bağlanıbmış. Düzdür, çayxana bağlı idi. Amma niyə? Ona görə ki, bir neçə gün Xədicənin məhkəməsinə gələn cəbhəçilərin və "NİDA"çıların həmin çayxanada çıxartdıqları oyunları heç meymunlar sirkdə çıxarmırlar. Səhər saat 9:00-dan 20:00-dək qabağında planşet bir masada əyləşməkdən yorulmadılar. Özü də bircə çaynik sifariş edib düz axşama kimi otururdular. İndi bu çayxana işlədən zalım oğlu nə etməlidir? 6-7 stolu var, hamısını da cəbhəçilər zəbt edirdilər. "NİDA"çılar nərd, domino oynayır, cəbhəçi jurnalistlər də ofislərindən qovulan insanlar kimi planşetlərini qabaqlarına qoyub qəzetlərinə yazı atırdılar. O çayxana sahibinin yerinə mən olsam, mən də belə edərəm. Hələ arabir "bir yerinə" istiot tökülmüş ulaqlar kimi yerindən dik atılıb uca səslə məhkəməni təhqir edən cəbhəçilər də olurdu. Çayçı nə etməlidir?

Xədicəyə verilən hökmü təzə oxumuşdum ki, efirdə aylıq gəliri 120 min dollar olan bir kişinin evlənməyə qadın axtardığını gördüm. Onunla evlənməyə gələn qadın "120 min dollar" eşidən kimi huşunu itirdi, ayağı büdrədi, canlı efirdə kəlləmayallaq oldu. Bir nəfər bu kişidən soruşmadı ki, a kişi, sənin bu qədər gəlirin olsa idi, efirə çıxıb qadın axtarmağına ehtiyac olardımı? Bunun da axırı maşennik çıxacaq.

Son vaxtlar "Şuşa" sözünü çox eşidirik. Allah axırını xeyir eləsin. Ürək ağrıdan xəbərlər də olur. Məsələn, Şuşada Ermənistanın Aqrar Universitetinin filialının açılışı olub. Daha sonra Şuşanın işğal olunmasında böyük xidmətləri olan erməni general Dalbatyanın olmayan şərəfinə tədbirlər keçirilir, atəşfəşanlıq olub. Dalbatyan da 89 yaşında gorbagor oldu.

Ermənilər Qapanlı ilə üzbəüz mövqelərdən kəndimizi atəşə tutublar. Toy yasa dönüb. Qadınlarımız yaralanıb. Qarabağ müharibəsində zorlanan, öldürülən qadınlarımızın qisası bir yana. Müdafiə Nazirliyi hər birimizi əmin edir ki, ermənilərin açdığı atəş nəticəsində yaralanan qadınımızın qisasi mütləq alınacaq. Buna inanırıq. Elə bu yazını yazarkən eşitdim ki, cəbhədə iki erməni dığası gəbərdilib.

Digər xəbərlər