PDF Oxu

Köşə

  • 7 356

Quyuya su tökməklə, quyu sulu olmaz

image

Ənənəvi müxalifət düşərgəsində noyabrın 1-də keçiriləcək parlament seçkiləri ilə bağlı gərginlik davam edir. Ölkədə indiyədək keçirilən bütün seçkilərdə vahid qüvvə kimi çıxış edə bilməyən bu qaragüruhçular hər dəfə ümidlərini növbəti seçkilərə bağlayırlar. Amma indidən demək olar ki, müxalifət düşərgəsinin bu ümidləri özünü doğrultmayacaq. Çünki düşərgə ideoloqlarının bütün cəhdlərinə baxmayaraq, müxalifətin qarşılıqlı mübarizəsi seçkilərə təxminən 2 aydan az vaxt qalsa da, alovlanmağa başlayıb. Baş verənlər isə birmənalı şəkildə bu qənaətə gəlməyə imkan verir ki, müxalifət düşərgəsi 2013-cü il seçkilərində pərakəndə şəkildə necə iştirak edib rüsvay olmuşdularsa, 2015-ci ilin seçkilərində də eyni aqibəti yaşamalı olacaqlar. Məhz bu məqam müxalifətin indidən seçkiləri uduzduğunu iddia etməyə əsas verir. Çünki müxalifətdən fərqli olaraq, iqtidar partiyası YAP bölgənin ən aparıcı siyasi təşkilatı kimi Azərbaycanın milli maraqlarına xidmət edən addımları ilə vətəndaşların böyük rəğbətini qazanıb. Bütün parametrləri nəzərə alsaq, müxalifət partiyalarının heç birinin YAP ilə rəqabət aparmaq imkanının olmadığı aydınca görünür. Yəqin elə bu səbəbdəndir ki, hazırda müxalifətdən namizəd olacağını elan edən siyasətçilərin heç biri qalibyyətə əmin olduğunu dilə gətirmir. Başqa sözlə desək, müxalifət liderləri indi ancaq biri-birlərinə qarşı amansız mübarizə aparırlar. Seçkilərdə qalib gələcəklərini isə heç ağıllarının ucundan da keçirmirlər.

Ortaya çıxan əsas nəticələrdən biri də budur ki, bu gün dağıdıcı müxalifət düşərgəsi faktiki olaraq lidersiz qalıb. Bu düşərgədəki liderlərdən heç biri bütün elektoratı təmin edəcək səviyyəyə və imkanlara malik olmadığından artıq bu liderliklərini də itirməyə başlayıblar.

Müxalifət partiyalarında demokratik idarəetmə olmadığından partiya sədrlərinin yeniləri ilə əvəz olunması prosesinin getməsi də dalana dirənib. Əslində, dağıdıcı müxalifət partiyalarında mövcud olan inhisarçılıq onun yenilənməsinə, partiyalara konstruktiv qüvvələrin gəlməsinə imkan vermir. Amma əminliklə demək olar ki, noyabrın 1-də keçiriləcək parlament seçkiləri dağıdıcı müxalifətin və onun "liderləri"nin sonu olmaqla ətraflarındakı beş-üç nəfərin də onlardan imtinası ilə gerçəkləşəcəkdir. Necə ki, artıq AXCP parçalanma dövrünü başa vurub, məhv olmaq mərhələsinə adlayır. Bu parçalanmaya görə başqalarını qınamağa dəyməz. Buna görə Əli Kərimli günahkar olduğu üçün özünü qınamalıdır. Amma təəssüf ki, Əli Kərimli düşünmə qabiliyyətindən uzaq olduğundan, bunu ondan gözləməyə dəyməz. Bu yerdə atalar yaxşı deyib: quyuya su tökməklə, quyu sulu olmaz.

Digər xəbərlər