Zaman-zaman gülünc, səviyyəsiz və heç bir məntiqi olmayan addımları ilə özünə siyasi xallar toplamağa çalışan AXCP sədri Əli Kərimlinin budəfəki addımı, həqiqətən də, bişmiş toyuğu güldürmək dərəcəsinə çatdırıb. Məsələ ondadır ki, yavaş-yavaş ətrafı seyrələn və özündən, eləcə də bir neçə müavinindən ibarət olan "partiyasında" gündə min-bir hoqqabazlıqdan çıxıb, daha pis vəziyyətə qalan Kərilmi indi də yeni "ideya" irəli sürərək, "facebook"da dostluqdan çıxarma" (?-R.) kampaniyasına start verib. Guya Əli Kərimlinin "facebook"da o qədər dostu varıymış ki, artıq onların arasında kimin kim olmasını müəyyənləşdirib, sərf edənləri saxlamaq, sərf etməyənləri isə dostluqdan çıxarmaq qərarına gəlib. Hətta bunun üçün müavini Fuad Qəhrəmanlını baş "ideyadar", yəni "ideyasının" aparıcı qüvvəsi təyin edən Əli Kərimli ona belə bir status da yazdırıb ki, bütün partiya üzvləri (anlaşılmır, bunlar hansı partiya üzvlərindən danışırlar ki, orada 5-3 nəfər adam qala, ya da qalmaya...R.) "facebook"da Razi Nurullayev və onun ətrafında birləşən insanları dostluqdan çıxarmalıdır.
Bu məsələnin daha gülünc tərəflərindən biri də budur ki, hətta Fuad Qəhrəmanlı bununla da kifayətlənməyərək, bəyənmədikləri adamları dostluqdan çıxarıldıqdan sonra, bununla bağlı statusun da yazılmasını tələb edib. Hətta o göstəriş verib ki, dostluqdan çıxarılma ilə bağlı status işin əsas tərəfidir və bu məsələ monitorinq ediləcək (???-R.).
Beləliklə, məsələ kifayət qədər aydındır. Məsələn, aydındır ki, artıq Əli Kərimli onun rəzil cəhətlərini üznünə vuran "facebook" fəallarından qorxuya düşüb. Hətta vəziyyət o yerə çatıb ki, onun sosial şəbəkədəki söyüş qrupu da ona qarşı hücuma keçmiş və haqq sözü deyənlərlə bacarmırlar. Görünür, bu səbəbdən də indi bu cür "ideya" ilə çıxış edib, özünə siyasi xallar toplamağa çalışır. Guya bunun o qədər "dostu" var ki, indi də düyü kimi onları arıtdamağa hazırlaşır.
Lakin fakt, əslində, tamamilə başqa şeyləri deyir. Məsələn, faktlar deyir ki, özlərini demokratiya carçısı kimi göstərməyə çalışan bu gülünc fərdlər, ünsürlər, Qərb qarşısında polyaçilik edən siyasətbazlar yığnağı, əslində, azad fikrə, azad seçimə qarşı nə qədər dözümsüz və nə qədər cılız düşüncəli olduqlarını bir daha nümayiş etdirirlər.
Digər tərəfdən, bu, həm də onu göstərir ki, Əli Kərimlinin AXCP-si sosial şəbəkə partiyasına çevrilib. Bir "partiyanın" isə bu cür vəziyyətə uzağa getməsi mümkünsüzdür. Bu gün həm Əli Kərimli, həm də onun ətrafı, əslində, özləri də yaxşı bilirlər ki, onların bu qabaqdangəlmişkilərinin heç bir əhəmiyyəti yoxdur. Yaxşı olardı ki, bu polyaçilər "facebook" dostluğundan çıxartma" kampaniyasına başlamaqdansa, ictimai rəyin, cəmiyyətin onları özündən rədd etməsi barədə düşünsünlər. Hər halda onlar özləri-özlərini cəmiyyətdən təcrid ediblər. İndi də belə sirk tamaşaları ilə insanları özlərinə güldürürlər. Nə etsinlər, axı polyaçidirlər!