Bəzi televiziya verlişlərində gündəmə çıxan ucuz şoular kimi, bizim müxalifətdə də ucuz şoular tükənməzdir. Ümumiyyətlə, hətta pişiklərin asqırmasını belə, "məharətlə" siyasiləşdirib onu şou hadisəsinə çevirmək düşərgə "liderlərinin" əsas peşəsidir. Əslində, onların yerləri siyasi mühit deyil, elə televiziyalardakı ucuz şou verlişləridir. Məsələn, "Məni yarımdan soruş" adlı verlişə çıxıb, bir-birlərinin belinə minsələr, "Sizin saat" proqramına çıxıb atılıb-düşsələr, ya da ki, "De gəlsin"də bir-birlərini istədikləri qədər təhqir edib söysələr, məncə bunlarda daha yaxşı alınardı.
Ancaq hələlik, müxalifət düşərgəsində başlarını girləyərək, gündəmdə qalmaqdan ötrü şou xarakterli siyasət yürüdürlər. Məsələn, bu gün AXCP sədri Əli Kərimliyə, "Milli Şura" sədri Cəmil Həsənliyə sərf edir ki, sekçiərəfəsi ictimaiyyət arasında gözlərə dürtülməkdən ötrü nəsə bir "partlayış" etməklə, bunu öz dividentlərinə yazsınlar.
Qəzetləri də ki, maşallah nəinki şou, hətta meqaşou göstərir. Məsələn müxalifət qəzetlərindən bir neçəsinin manşeti Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) mərkəzi qərargahınını adını iri şriftlə verməklə partiyada baş verən istefaları ört-basdır etmək üçün ardıcıl yazılar verməkdədirlər. Yazırlar ki, partiyada seçkiərəfəsi istefaların baş verməsi, guya AXCP-yə və "Milli Şura"ya qarşı terrordur, Əli Kərimlinin susdurulması üçün hakimiyyətin təxribatıdır, daha nələr, nələr və nələr! Bəs nə bilmişdiniz, şou elə budur daaa! Deyirəm bu televiziyalar gül kimi şoumenlərin şou ideyalarını şoulaşdırmırlar ki, bir camaat da fərqli bir şey görsün.
Düz 20 ilə yaxındır ki, püxtələşərək eyni şouları göstərirlər
Vallah, Əli Kərimli ilə Cəmil Həsənlinin ağılları yoxdur. Gedib xarici dairələrdən göstərəcəkləri şou proqramlara görə pul-para dilənincə, bağlasınlar televiziyalarla müqaviləni və fəaliyyətlərini orada davam etdirsinlər. Yoxsa nə var eee, Cəmil Həsənlinin üstünə qaynar su atdılar, Əli Kərimlinin başına yumurta vurdular, AXCP-də bir-birini yumruqladılar ya da ki, başqa bu cür şou xarakterli tamaşalar. Adam bezir, inanın ki! Düz 20 ilə yaxındır ki, eyni şouları göstərirlər. Deyirəm bəlkə bu yaşlarında bir ağıla gəlib müxalifətdə yeniləşə bilmədilər, heç olmasa şoumenlikdə yeniləşsinlər.