PDF Oxu

Köşə

  • 2 495

Ağlamalı toylarımız

image

Hər gün eşidirik ki, hansısa toyda adam bıçaqlanıb. Əvvəllər bıçaqlanma hadisəsi sərxoş adamlar arasında olurdusa, indi restoran müdirləri ilə bəy-gəlinin adamları arasında olur. Səbəbi də çox sadədir: toy yiyəsi ziyana düşür, restorana borclu qalır, bəylə gəlin girov saxlanılır. Biabırçılıqdır. Gədəbəyin Dırmadurux kəndindən gəlib Bakı restoranlarının birində özü də 50 manatlıq stul danışıb toy edəndə, nəticə də belə olur. Heç bunun da bir o qədər fərqi yoxdur. Adam var ki, 500 toya gedib və normal pul saldırıb. Bir biabırçılıq da odur ki, toyuna pul saldığın bu 500 adamdan 400-ü yeyib-içib əli cibində çıxıb gedir, pul yazdırmaq heç yadına da düşmür. Nəticədə, xoşagəlməz hadisələr baş verir. Bəylə gəlini girov saxlayan restoran sahiblərinin də sonuna yəqin ki, çox qalmayıb. O qədər düşük adətlərimiz var ki, biri də əlavə olundu, restoran dərdi lap ağır oldu.

Hamıda - bütün kəndlərlə, el-obada adətdir ki, toy qapısına qırmızı parça bağlayalar. Elə bu cür də edirik. Mənasını necə, bilirikmi? Bu adət Misirdən gəlib bizlərə. Misirdə ərindən boşanıb öz evində pul müqabilində əxlaqsızlıq edən qadınlar qapılarına qırmızı bağlayır. Yəni qırmızı parça "özünü tanıtdırma" mesajıdır. Ərəblərdən o qədər axmaq adətlər götürmüşük ki, sayı-hesabı yoxdur. Keçək yengə məsələsinə...

Təsəvvür edin ki, bir qıza inanırsan, onu sevirsən, nişanlanırsan, onunla evlənirsən və nəhayət, toy gecəsi köhnə troleybusları xatırladan bibilərindən, xalalarından birini tutub gətirib qapının ağzında oturdursan ki, "mən arvadıma inanmıram, ona görə səni yengə tutmuşam, otur burda, şahid ol, bax, gör necədir, bakirədir, yoxsa yox?.." Əslində, yengə tutmağın mahiyyəti budur. Sən inanıb axtarıb - araşdırıb evlənmisən. Arvadının qanını kəndə, elə-obaya nümayiş etdirmək xoşuna gəlrisə, cəhənnəmə elə. Dəhşətdir...

Hələ bu harasıdır. Keçək adını çəkmək istəmədiyim rayonlarımızdan birinin toy adətinə. Deməli, bu rayonda toyun ortasında bəyi dostları qucağına götürüb gəlinin yanına salırlar. Bəyə vaxt qoyurlar, bəy yazıq həmin müddətə "işi" qurtarmalıdır. Bəy "işini" qurtaran kimi tələm-tələsik şalvarını çəkib bayıra çıxır ki, birdən vaxt bitər, biabır olar. Dostları da içəri soxular. Elə bu an dostları bəyi Qarabağı ermənilərdən xilas edən "qəhrəman" kimi göyün üzünə qaldırıb atıb-tuturlar. Düz toyxananın ortasına gətirirlər bəyi. Bütün qızlar, gəlinlər, kişilər, arvadlar, cavanlar, bir sözlə, hamı bilir ki, bəy hansı "işi" görüb gəlib. Di, gəl camaatın üzünə bax!

Rayonlardan birində toyda oldum. Bəyin anası quru çörəyi götürüb gəlinin başına necə çırpdısa, gəlin huşunu itirdi. Sən demə, orda adət imiş. Quru çörəyi gəlinin başına vurub sonra da ayağının altına səpərlərmiş. Hələ də başa düşmürəm, çörək hara, onu ayaq altına səpib, gəlinin qotur ayağından xeyir-bərəkət ummaq hara? Elə bölgələrimiz var ki, bəyin otağında yekə bir kubik qoyurlar. Ona görə ki, gəlin bu otağa girən kimi kubiki götürüb bayıra atmalıdır ki, guya ağırlıqları rədd edir. Azmı olub, kubiki götürüb ayağına salıb barmaqlarını qıranlar? Bizdə evlənmək zarafat məsələ deyil. Bunun üçün mənəvi-psixoloji cəhətdən əjdaha olmaq lazımdır. Gəlin kubik qaldırmağı, bəy 150 saniyə ərzində "işini" görməli, qaynana quru çörəyi təpəndə qırmalı, toydan bir gün əvvəl də dostların səni "bazlığa" aparmalıdır.

Digər xəbərlər