Radikal müxalifət düşərgəsinin son zamanlar "canlanması" arxasında müşahidə edilən məsələlərdən biri də seçki ərəfəsində qrant qazancı dalınca çıxmasıdır. İndi biri dağda, biri aranda gecə-gündüz fikirləşirlər ki, aya, parlament seçkiləri bir də beş ildən sonra olacaq, indi qərbli və avropalı ağalarımdan nə qazandımsa, indi qazanacam. Məsələn, indiki çürük kökü Əli Kərimlinin təxəyyülünə söykənən, onun avtorutar idarəçiliyi sayəsində qeyri-azad olan "Azadlıq" qəzeti və "Azərbaycan saatı" adlanan, əslində isə Ermənistanın saatına işləyən qondarma verlişi gah indiki iqtidardan sonrakı Azərbaycan barədə, gah da hansısa digər bənzər "proqnozlar" barədə cəfəng fikirlərlə çıxış edir. Ancaq nədənsə, bunlara sual edən yoxdur ki, əcəba, siz kimə, nəyə, hansı qüvvələrə sığınıb, bu cür reallaşmayacaq arzular girdabında boğulursunuz? Əgər düşünürsünüzsə ki, gələcək Azərbaycan sizin əlinizə keçəcək, ya da gələcək Azərbaycan hakimiyyətini Qərb hamiləriniz, avropalı ağalarınız, yaxud da onları maliyyəlşdirən erməni lobbisindəki əmiuşaqlarınız bu ölkəni sizə peşkəş edəcək, yanılırsınız!!! Belə yerdə deyəcəyimiz budur ki, qulağınızın dibini görəndə, bu, baş verə bilər. Ancaq tarixən və tibbi-fiziki nöqteyi-nəzərdən götürdükdə, biz hələ bu günə qədər kimsənin öz qulağının dibini gördüyünü eşitməmişik. Çünki bu, olacaq bir məsələ deyil. Ola bilsin ki, Əli Kərimli və Cəmil Həsənli "Azadlıq" qəzetinin redkasiyasında, ya da "Azərbaycan saatı" adlı qondarma bir verilişin kuluarlarında öz həmtaylarına arxa tərəflərindən bir güzgü tutdurub, özləri də qarşı tərəfdən güzgüyə baxıb, qulaqlarının ardını görə bilərlər. Amma güzgüdən! Yəni bunlar "Alisa güzgülər aləmində"ki nağıl personajlarına daha çox bənzəyirlər, hazırkı vəziyyətdə. Hər şeyi tərs görürlər. Elə bilirlər ki, hakimiyyətə gələcəklər, hətta hazırkı iqtidardan sonrakı Azərbaycan barədə çənə döyürlər, amma ki, tərsinəsi olur. Nə hakimiyyətə gəlirlər, nə də ki, onun həndəvərindən belə keçməyə müvəffəq olurlar. Bununla da məsələ aydın olur. Güzgünün əks tərəfinə aldana-aldana, qulaqlarının ardını gördüklərinə inanıb, hələ də öz nağıllarına uyurlar.
Hələ bu, harasdır? İndi də Belarusdan olan müxalifətçi Aleks Belyatskinin Azərbaycanla bağlı sərsəm ifadələrini az qala Bibliya kəlmələri kimi qəbul edirlər. Məsələn, bu belarus da o yandan deyir ki, Avropa İttifaqının sanksiyaları Azərbaycanda vəziyyəti dəyişə bilər (?!). Bir adama deyərlər ki, əşşi, ay Aleks, get balalaykanı çalmağının dalınca, Avropa sənin ölkənə qarşı hansısa sanksiya tədbiq edibsə, bunun Azərbaycana nə dəxli var? Belarus hakimiyyəti Avropa sanksiyalarından təsirlənibsə, Belarusun Azərbaycana hansı aidiyyatı ola bilər? Çünki istər məkan baxımından, istərsə də ölkənin iqtisadi qüdrəti baxımından, o cümlədən, müstəqil siyasəti baxımından, Azərbaycan Belarusla heç müqayisə edilə bilməz. Məsələn, Belarus Rusiyanın asılılığı altında olan bir ölkədir. Azərbaycanın isə heç bir ölkədən asılılığı yoxdur. Özü də lazımi cavablarını da ona qarşı qərəz yürüdən təşkilatlara verir. Hətta Avropa bir yana, elə ABŞ-ın özünə də! Ona görə də Aleks adlı belaruslu müxalifətçi də getsin öz sarı qulaqlarının ardını güzgüdə axtarsın ki, bəlkə görə bildi.
Beləliklə, məsələ aydındır. Bunlar hakimiyyətə gəlmək üçün yalnız və yalnız qulaqlarının ardını təbii şəkildə görməlidirlər. Əgər görə bilirlərsə, buyursunlar, vəssəlam!