Bu dəfə əsl rüsvayçılıq oldu. Barmaqla saymışıq, Müsavatın mitinqində 150 nəfər adam iştirak etdi. "Xoş qədəmləri" ilə "Məhsul"a daxil olan İsa Qəmbərin də qanını qaraldan məhz bu oldu. Özünü itirməmək üçün İsgəndər Həmidovun qoluna girib dağdan-dərədən danışa-danışa tribunaya qalxmaq başqa məqsədlərə- peşmançılığı büruzə verməməyə hesablanmışdı. Özləri də utanırdılar. İndi "vicdanı" olan bir müsavatçı çıxıb desin ki, mitinqdə minlərlə insan iştirak edib. Arif Hacılının pərt olmaqlığı o həddə çatmışdı ki, başqan 2003-cü ilin mitinqlərindən danışdı. Özü də bağıra-bağıra, mikrofonla. Mikrofona ehtiyac var idimi? Onsuz da tribunada pıçıldayanda hamı eşidirdi.
Qısaca, təsvir edim. İsgəndər Həmidov çıxışında 5-6 nağıl danışdı, hamı buna şahiddir, axırda da "qədeş, mən ölüm, İsa Qəmbər yaxçı oğlandır" deməklə "mitinqi" əsl çayxanaya çevirdi. Ən yaddaqalan sözü isə, ədəbsiz şəkildə işlətdiyi "biz deputat qayırırıq" sözü oldu. İlahi, bu adam nə vaxt bioloji insandan bir "şeyə" çevriləcək!? Ardınca 2 xanım danışdı, daha sonra İsa Qəmbərin çıxışı başladı. Başdan-ayağa qədər çıxış AXCP qarşı kin-küdurət üzərində, cəbhəçilərə atmacalar üzərində qurulmuşdu. Hətta onun "indi bəzi qüvvələr" adını müxalifət qoyanlar deyəcəklər ki, Müsavatın mitinqində adam az idi" deməsi birbaşa AXCP-yə qarşı tuşlanmış ifadələr idi. Elə də ciddi bir olay baş vermədi, hər 40 qəpiklik "Çiko" alıb 2 saatlıq vaxtı öldürməklə məşğul oldu. Vatsapa, Facebooka girənər də ağacın altına girib işlərini gördülər. Axırda yenə də Üzeyir Hacıbəyovun "Koroğlu" üverturası səsləndi və mitinq bitdi. Ən çox oxutduqları Şəmistan Əlizamanlı oldu. Bir gün Şəmistan müəllim gəlib yaxanızdan tutub tribunadan yerə fırladacaq.
Mitinqdə maraqlı ifadələrə də rast gəldik. Bir müsavatçı başqasına deyirdi ki, indi cəbhəçilər yazıb bizi biabır edəcəklər. Müsavatın Xətai rayon təşkilatının sədri Dilşad Nağıyevanın mitinqçilərə baxıb "Gözəl Bayramlının gül ağzı açılacaq" deməsi çoxunun gülüşünə səbəb oldu. Həmişəki kimi, özünü əlahiddə bir "adam" hesab edən İsa bəyin oğlu Turqut Qəmbər gəldi. Utandığı andan heç camaatın içinə girmədi, gedib qıraqda durdu. Məni qınamayın, düz deyirəm. Bu adam yəqin ki, bizneslə məşğul olur. Atasının bir neçə obyektini idarə edir, ingilis dilində tərcümələr aparır, bir sözlə, kimin İsa Qəmbər kimi papası olsa, belə olar!
Mitinqdə çıxış eləyən İsgəndər Həmidova lap yazığım gəldi. Onun "bütün boz qurdlar İsa Qəmbərin yanındadır" şüarı o qədər qeyri-ciddi səsləndi ki, heç kimin qılı da tərpənmədi. Görəsən, hansı boz qurdlardan danışırdı bu adam? Partiyasında özündən başqa heç kim olmayan İsgəndər Həmidov hələ də 1992-ci ilin kriminal abu-havasından xilas ola bilmir.
Şahidi olacaqsınız, bu dəfə AXCP mitinq keçirəcək. Özü də Müsavatın acığına.