PDF Oxu

Köşə

  • 2 614

AUNG SAN KYİ HARA, ƏLİ KƏRİMLİ HARA!

image

"AXCP lideri Myanmarda demokratik qüvvələrin qalib gəlməsini şərh etdi"... Bu başlıq və başlığa uyğun özünütərif yazısı əlbəttə ki, "Azadlıq" qəzetində və qəzetin onlayn variantında qeyd olunub. AXCP sədri Əli Kərimli "gördünüüüzzz?!" tipli siyasi yekəxanalığı ilə "sübut" etməyə çalışıb ki, 22 ildir ki, müxalifətdə olması heç də onun məğlubiyyəti-zadı deyilmiş. Çünki Myanmarda (keçmiş Birma-R.) 25 il müxalifət lideri olduqdan sonra Aung San Kyi gəlib oturub iqtidarda. Yəni Əli Kərimli özünü 15 il ev dustağı olmuş, Nobel mükafatı laureatı, dünyaca məşhur siyasətçi Aung San Kyiyə bənzətmək istəyib. Daha dəqiq desək, Aung San Kyinin ayaqqabılarını Əli Kərimli geyinib. Amma...

Amma bəri başdan bəllidir ki, bu adam həmin ayaqqabını geysə belə, bundan sonra da onun kimi yeriyə bilməz. Əli Kərimiyə imkan versən, hətta özünü Cənubi Afrikanın tarixi lideri, "siyasi mübarizənin atası" ləqəbini daşımış Nelson Mandelaya da oxşadar. Axı o da uzun illər apardığı mücadilələrdən sonra hakimiyyətə gəlməyi bacarmışdı.

İndi, əziz oxucu, gəl sən də nəticə çıxar görək, Əli Kərimlinin harası 25 il Myanmarda müxalifət lideri olmuş Aung San Kyiyə oxşayır?

Əgər bu sualın cavabını vermək çətindirsə, bu zaman həmin sualı elə özüm cavablandırım. Məsələn, Myanmarın əhalisi 60 milyon civarındadır. Müxalifət lideri Aung San Kyi 60 milyonun olmasa da, ən azı ölkəsinin 55 milyonunun rəğbətini qazanan bir şəxsiyyətdir. Myanmar kasıb, digər ölkələrin hesabına yaşayan bir dövlətdir və görünür, bundan sonra da uzun illər belə davam edəcək. Çünki 60 milyon əhalisi olan bir ölkənin iqtisadiyyatını ayağa qaldırmaq, dünya birliyində yer etmək elə də asan məsələ deyil. Əli Kərimli isə 9,5 milyonluq xalqın uzağı 100-150 nəfərinin "rəğbətini" qazanıb ki, onlardan da heç tuman bezi çıxmaz.

İndi isə Əli Kərimlinin özünü Aung San Kyi ilə müqayisə etməsini, daha dəqiq desək, Myanmarda baş verən hakimiyyət dəyişikliyini özünə sərf edən tərəzdə "təhlil" etməsini analiz edək. Sən demə, Əli Kərimli özünü "dünya şöhrətli siyasətçi" kimi görürmüş, ona görə də "gördünüüüzzz?!" tipli "təhlili" ilə hakimiyyətə yiyələnə biləcəyini hesab edir. Hesab edir, tənlik edir, məsələ edir, bu, onun öz işidir əlbəttə ki. Ona baxanda, Azərbaycan siyasətində o qədər "Napaleonlar", "Böyük İsgəndərlər", "Stalinlər", "Leninlər" var ki, saymaqla qurtarmaz. Nə olar, qoy Əli Kərimli də olsun onlardan biri, desin ki, mən də Aung San Kyiyəm. Nə olacaq ki? Ortada olan daha bir fərq isə Aung San Kyinin zənən xəylağı olmasıdır, yəni xanım siyasətçidir. Ancaq xanım siyasətçi olmasına rəğmən, apardığı mübarizəsində kimsələri satmadı, təhqir etmədi, namərd siyasi mübarizə aparmadı, dövlətinin mənafeyini xırda-xuruş maraqlarına görə dəyişmədi, övladını xarici universitetlərdə ili filan qədər funt-sterlinqə oxutmadı, villalara, cangüdənlərə, bizneslərə sahib olmadı və s. Yəni arvad ola-ola kişi mübarizəsi aparıb, gəldi hakimiyyət başına.

Amma Əli Kərimli adını "kişi" qoya-qoya, kişi kimi mübarizə aparıb hakimiyyətə yiyələnməyi bacaran ucqar Myanmar siyasətçisinin həmin uğurunu belə öz adına çıxarmağa səy göstərdi, özü də həyasızcasına! 22 ildir məğlub ola-ola, xalqın dəstəyini qazanmaya-qazanmaya özünü ictimai rəyin gözünə dürtüşdürən Əli Kərimli demək istəyir ki, uzağı 3 ildən sonra, yəni onun da müxalifətçiliyinin 25 illiyində hakimiyyətə gələcəkmiş. Bu yerdə adamın yekə bir "ŞİŞ" işarəsi göstərməyi gəlir.

Sonda isə Əli Kərimlinin həmin başqasının siyasi uğurundan bəhrələndiyi özünütərif yazısındakı son suallı cümləsini qiymətli oxucularımızın diqqətinə çatdırmaq istərdim. Yazır ki, "Bu baş verənlərdən (yəni Myanmarın müxalifət liderinin 25 illik müxalifətçiliyindən sonra iqtidara yiyələnməsindən sonra-R.) bizim ölkə üçün də hansı nəticələr çıxdığını daha detallı yazmağa ehtiyac varmı? Bəri başdan cavab verim ki, var. Məsələn, mən də bu ölkənin bir tamhüquqlu vətəndaşı kimi belə bir nəticə çxıardım ki...

Əlində çıxardığım nəticə elə bu köşə yazısındadır. Necə deyərlər, Əli Kərimli yesə də budur, yeməsə də!

Digər xəbərlər