PDF Oxu

Köşə

  • 2 388

Terroru kim törədib?

image

Hamımız terroru pisləyirik. Harada, necə və kimin törətməsindən asılı olmayaraq, terror birmənalı şəkildə pislənilir. Çünki terrorda ən çox əzab çəkən, həyatlarını itirən dinc əhali olur. Fransada baş verən terror hadisəsi də baş verməməli idi. Amma nə edək, əkdiklərini biçirlər! Bir müddət öncə fransanın tanınmış nəşrlərindən biri olan "LEquipe" cəsarət edərək yazdı ki, "İŞİD"i ABŞ yaradıb. Bunu bilməyən yoxdur. İndi də bir cəsarətli qəzet yazmalıdır ki, Fransadakı terroru ABŞ törədib. Bu, bir faktdır. Ortada bir sıra çox mühüm məsələlər var. Dünyada heç bir terror hadisəsi səbəbsiz yerə baş vermir. Terror ya düşmənçilikdən, qisasçılıqdan əmələ gəlir, ya da "müharibənin zorla davamıdır". 2001-ci il sentyabrın 11-də ABŞ-da terror hadisəsinə qədər ABŞ İraqa girmək üçün heç bir vəchlə ciddi səbəb tapa bilmirdi. Bunun üçün ABŞ-a bəhanə lazım idi və bu bəhanə də tapıldı. Terrordan dərhal sonra ABŞ İraqa girdi, guya Üsamə Bin Ladeni axtarır. Bu gün Fransa əsgərləri koalisiya qüvvəllərinin tərkibində Suriyada olsa da, bu, rəsmi Parisə elə də böyük dividend qazandırmayacaq. Fransa özü Suriya müharibəsindən böyük qazancla çıxmaq niyyətindədir. Digər tərəfdən, Rusiya amili ABŞ-ın "İŞİD"lə bağlı böyük planlarını alt-üst etdi. ABŞ Rusiyanı özünə ciddi təhdid faktoru kimi görür. Fransanın terrordan qəzəblənib Suriyaya açıq şəkildə müdaxilə etməsi isə birbaşa ABŞ-ın mənafeyinə xidmət edir. Həmçinin, Suriya qaçqınlarının Avropaya axınını qarşısının alınması üçün ən optimal variant terror idi. 157 nəfəri qurban verməklə Fransa milyonlarla Suriya qaçqınından canının qurtarmış oldu.

Baxın, Fransada baş verən terror hadisəsindən sonra Avropada məscidlər sürətlə bağlanıldı, müsəlmanların əleyhinə irimiqyaslı aksiyalar keçirilir, bütün Avropa islama nifrət edir. Avropada islamofobiya o qədər güclüdür ki, müsəlmana nifrət etmək üçün öz ölkələrində terror hadisəsi də törədirlər. Diqqətimizi çəkən bu terror hadisəsi zamanı ən çox müsəlmanların təəssüf etməsi, ağlaması oldu. Qərb dövlət başçıları ard-arda Fransa prezidentini qisas almağa çağırdı. Kimdən və necə alınacaq bu qisas? Suriya xalqındanmı? Əgər bunu "İŞİD" edibsə, öz yaratdığınızı dağıdacaqsınız? Məgər "İŞİD"-in yüzlərlə fransız üzvü yoxdurmu? 2001-ci il ABŞ-da terror hadisəsindən bir neçə gün sonra MKİ-nin əməkdaşlarının maaşları 4 dəfə artırıldı. Çünki plan yaxşı işlənib-hazırlanmışdı. Fransada da belə olacaq, kimlərsə medal alacaq.

Uşaq vaxtı elə bilirdik ki, bütün çinlilərin hamısı karateçidir, bütün amerikanlar "boevik"dir. Elə düşünürdük ki, bütün afrikalılar adamyeyəndir. Ay Qərb, bütün müsəlmanlar terrorçudurmu? Terrorçu müsəlmanları da siz yetirşdirirsiniz və axırda özünüzə qənim olurlar.

P.S. Qanınızı qaraltdım... ABŞ səfirliyi ilə bağlı məzəli bir hadisə baş verib. Deməli, bir neçə gün öncə səfirlik elan edib ki, 500 manata "CİP"lər satır. Dostlar sevinclə gediblər maşın almağa. Səfirliyin şərti isə bu imiş: maşınlar akkumulyatorsuz və təkərsiz verilir... İndi sür get!

Digər xəbərlər