Tələbə vaxtı "Gündəlik Azərbaycan" qəzetinin adını çəkmək istəmədiyim əməkdaşlarından biri bizim başımızı tovlayıb redaksiyalarına apardı. Üç nəfər idik. Qəzetin müdirini gözləyirdik, ofisin qarısında BMW saxladı. Arxa qapıdan iki nəfər düşdü. Onlardan biri Eynulla Fətullayev, biri də Şahvələd Çobanoğlu idi. Biz həmin vaxta qədər baş redaktorları at arabasında, köhnə paltarda, gözündə eynək, əlində əsa, nimdaş paltarların içindən nur saçan nurani bir adam kimi təsəvvür edirdik. Ona görə də Şahvələdi görən kimi şaşırdıq və bir neçə gün əvvəl oxuduğumuz "İblis" əsəri beynimizdən ildırım sürəti ilə keçdi. 2005-ci ildə BMW-də gəzmək hər adamın hünəri deyildi. Bu həmin vaxt idi ki, Eynulla müxalifətin "ən etibarlı jurnalisti" adını artıq çoxdan qazanmışdı. Hələ Şahvələdin qohumları da kimlərləsə nikaha girib monopoliya əldə etməmişdi. Bir sözlə, qılınclarının qabağı da kəsirdi, dalı da. Necə ki, işçilərini maaşını aylarla vermir, özləri üçün şərait qururdular. Yazıq Elmidar adlı oğlan 6 aylıq pulunu almamış "Gündəlik Azəbaycan" bağlandı, Şahvələd də işçiləri söyüb işdən qovdu. Yəni Eynullasız qəzet işlətməyə onun cəsarəti çatmadı. Bu, həmin vaxtlar idi ki, Arif Hacılı Eynulla və Şahvələdlə əlaqə qura bilmirdi. Göndərilən xəbərləri də "əşşi, rəsmi cavab verin, rədd olsun!" deməklə yola verirdilər.
İndi fələk çərxini necə fırladıbsa, Şahvələdin işi-gücü Arif Hacılını tərifləməkdir, məddahlıq etməkdir. Bu adamın Müsavat başqanının kreslosundan həmişə umacağı nəsə olub. Hətta bu yaxınlarda yarınmaq üçün "Yeni Müsavat" rəhbərliyinə söz vermişdi ki, onlara bu yaxınlarda yaxşı sürpriz edəcək. Sən demə, sürpriz qəzetin keçmiş əməkdaşlarından birini yenidən ora calaq eləməkdən ibarət imiş. İndi həmin o keçmiş əməkdaşın özü də az tanınmır. Belə desək, indi də Rauf bu keçmiş əməkdaşın qəbuluna düşə bilmir. Vaxt var idi ki, bu keçmiş əməkdaşın bir qəpiyi yox idi, maaş vaxtı iş yoldaşları atışıb onun kirayə plunu ödəyirdilər. Bu keçmiş əməkdaş qadın olandan sonra bunu eləməmək heç düz olmur. Axırda da qohum olursan, vəssalam! Mənimki lap qeybət oldu, keçək başqa məsələyə...
Mən bu gün başa düşdüm ki, bizim ağsaqqallarımızın bəzilərinin nəzərində evi olmayanaların heç biri kişi deyilmiş. Belə deyirlər. Kişiliyi evin olub-olmaması ilə ölçürlər. Evsiz kişiyə nakişi kimi baxır, amma özü nəvəsi yaşında uşaqlarla eşqbazlıq edir. Tikdirdiyi villanın divarları sperma qoxuyur. Çünki yerində deyil. Müəyyənləşdirilməyən çox məsələlər açıq qalır. Məsələn, Fazil Mustafa öncə aydınlıq gətirsin ki, siyasətçidir, yoxsa dindar!? Əvvəla, ona görə bunu müəyyənləşdirsin ki, o da evsiz kişilərə nakişi kimi baxan korların bir nörməli həsədini aparanlardandır. Rola girmək düz deyil axı! İkincisi, bu adam bəlkə deputat mandatını başqa bir layiqli adama verib, özü də dini icmalardan birinə rəhbərlik edə..!? Məsələn, sələfilərə rəhbərlik ona çox böyük "nüfuz" gətirər.