Bir həftə əvvəl qocaman şair dostlarımızdan birinin doğum günü idi. Düz 5 il bundan öncə onun mətbuata verdiyi müsahibəsini oxuduqca bugünkü Azərbaycan müxalifətinin nə üçün acınacaqlı kökə düşdüyü aydınlaşır. Bu gün özlərini "ana müxalifət", nə bilim "papa müxalifət" adlandıran AXCP və Müsavat rəhbərliyi partiyadaşları olan şairlərlə fəxr edib, bütün ümidlərini onlara bağlayıblar. Düzdür, bizlərə şair də lazımdır, yazıçı da. Millətin ədəbiyyatı da olmalıdır axı. Ancaq... qocaman şair dostum ötən əsrin 90-cı illərinin əvvəllərində AXC-Müsavat iqtidarı dövründəki vəziyyəti şərh edərkən deyir: "... siyasətçisi olmayan xalq ümidini şairlərə bağlayır..." Şükür, bu gün ordumuz da, gücümüz də, inkişaf edən iqtisadiyyatımız da var. Bütün dünyanın qibtə etdiyi ən böyük siyasətçi də məhz azərbyacanlıdır- Ulu Öndər Heydər Əliyev! Bütün dövrlərin AZƏRBAYCANLI DAHİSİ... Xalqimiz bu gün də ən böyük siyasətçini özünə rəhbər seçib. Nəsimi demişkən, "gələcəyimiz eitbarlı əllərdədir..." Şair dostumun dediyi fikri kiçik bir kontingentə aid etmək daha dorğu olardı. Konkret desək, Ə.Kərimlinin, İ.Qəmbərin, A.Hacılının bütün ümidlərini şairlərə bağlaması şairin fikrini təsdiq etmirmi!? Təsəvvür edin, Ramiz Rövşənin gecə təb mələkləri gəlir və şair bir şeir yazır. Səhəri günü sosial şəbəkələrdə bunu paylaşır. Elə bununla da həngamə başlayır: R.Rövşən qalır bir tərəfdə, Ə.Kərimli ortadan çıxmır. R.Rövşənin şeirlərindən necə təsirlənirsə, AXCP sədri başlayır nala-mıxa vurmağa. Və ya Şəhriyar Del Geraninin hansısa şeirini oxuyub "Azadlıq" qəzetində hakimiyyəti qərəz, kin-küdurət qoxuyan çağırışlarla tənqid etməyin adı nədir!? AXCP-nin siyasətçisi, sosial bazası olsa idi, ümidlərini R.Rövşənə, Ş.D.Geraniyə bağlayardılarmı? Normal bir şərh yazıb Ə.Kərimlini və cəbhəçiləri başa salmağa çalışırsan ki, nəinki iki-üç günə, hətta iki-üç əsrə qədər sizin iqtidara gəlməyiniz mümkünsüz şeydir. Elə o dəqiqə ağızlarına gələni yazıb, səni blok edirlər və başlayırlar xəyallarla şahin qartal kimi göydə süzməyə... Heç eşidib görmüsünüzmü ki, eşşək at doğsun, ya da inək dəvə balalasın? Bir dəvəni iynənin deşiyindən keçirmək qədər qəlizdir. Yeri gəlmişkən, yeni şairiniz, "milli" tamadanız"-İlham Hüseyni çox həvəsləndirməyin. Zalım oğlu ABŞ-ın Suriyaya siyasətindən danışıb "Azadlıq".info"ya açıqlama verir və açıqlamanı şeirlə, atalar sözləri ilə başlayır. Bu, nə düşüklükdür!? "Milli Şura"nın 11 sentyabr mitinqində dedi ki, biz bura- futbol meydançasına ("Məhsul" stadionunu nəzərdə tutur) zülmün qapısına qol vurmağa gəlmişik. Şair təbitəli oldun, belədir də! O gündən - 11 sentyabrdan bu günə qədər təkcə "SƏS" qəzeti AXCP-nin qapısına 8 qol vurub (8:0). Bu millətin bircə qəzetinin qarşısında tab gətirə bilmirsiniz, millət və dövlətçilik maraqlarını xarici məkrli qüvvələrə satmaqla bu boyda milləti hakimiyyətə gələcəyinizəmi inanırsınız!?