Şərəf məsələsi siyasətdə həmişə rol oynamalıdır. Amma reallıq budur ki, Rəhim Qazıyev, nə Əli Kərimli, nə də İsa Qəmbər üçün şərəf məsələsi bir o qədər əhəmiyyət kəsb etmir ki, Yaponiyanın sonuncu baş naziri Yukio Xatuyama kimi xalqa verdiyi vədləri yerinə yetirə bilmədiyi üçün istefa verib getsinlər. Söhbəti ötən əsrin 80-90-cı illərinin əvvəllərinə əbəs yerə fırlatmıram. Xalqa "bütöv Azərbaycan" söz vermişdilər, ancaq torpaq verdilər, torpaq satdılar. Bu gün özlərini "lider" adlandıranların vaxtilə hərəsi bir yerdə öz şərəflərini itirdilər.
Fazil Mustafa hansı məsələdə haqsızdırsa, ancaq bu məsələdə tam doğru deyir. Bu "Milli Şura"çılar qulaq asdıqca, "Nəsimi" filmindəki bir epizodu xatırlamamaq olmur. Əmir Teymur saray əyanlarının yanında Əlincə qalasındakı uğursuzluğa görə, oğlu Miranşaha qarşı sərt davranış göstərir. Miranşah qayıdır ki: "Hökmdar, bəs mənim şərəfim, ləyaqətim?". Əmir Teymur ibrətamiz cavab verir: "Sən öz şərəfini və ləyyaqətini Əlincə qalasında itirmisən!" İndi bu Rəhim Qazıyev, hələ də anlamır ki, "öz şərəfini və ləyaqətini Şuşa qalasında itirmiş" və buna görə başına güllə çaxmağı unutmuş biridir. Gör nə günə qalıb ki, R.Qazıyev mitinqə Sərdar Əlibəyli adlı bir söyüş dağarcığının qolları arasında gəldi?! Leyla Yunusa həsr etdiyi ağarmış saçlarını arabir sığallayıb, böyük peşmançılıq hissi ilə bəlkə də "Məhsul"un qapısından son dəfə çıxdı. Kəlbəcərdə şərəfini itirən cəbhəçilərin mitinqlərdə "İsti su"dan şeirlər deməsi o qədər böyük düşüklükdür ki, bunun əleyhinə bir dərman-zad da yoxdur ki, alıb bunların bəbəklərinə soxasan. Görün kimin ümidinə qalıblar?! İlham Hüseynlinin... Bu başdanxarab uşaq orda-burda danışır ki, iqtidara gələn kimi Çini və Yaponiyanı da işğal edəcəyik. İndi bu səfeh uşağa nə deyəsən? Yaponiyanı işğal edirmiş zalım oğlu!..
Yeri gəlmişkən, yadıma bir hadisə düşüb, istəyirəm onu nəql eləyim. Deməli, Yaponiyanın baş nazirinə deyirlər ki, bu qədər güclənmisiniz, böyük gücünüz var, bəs niyə ABŞ-dan qısas almırsınız? Axı ABŞ Naqasaki və Xirosimaya bomba atıb, qələbə çalmaq sizin növbəniz deyilmi? Cavaba diqqət edin: "Əgər bu gün ABŞ prezidentinin stolunun üstündə Yaponiya istehsalı olan "Panasonic" telefonu varsa, bu, o deməkdir ki, biz artıq qələbə çalmışıq." Sözümü ona gətirirəm ki, 200 nəfərin qarşısında boşboğazlıq etməklə nə müxalifətçilik, nə də liderlik olmur, bu məsələdə də vicdan, mənəviyyat öz sözünü deməlidir. Məsələn, əgər vicdanın səndən min kilometrlərlə uzaq düşübsə, o zaman C.Həsənli kimi həyasızlığına salıb, deyəcəksən ki, 8 apreldə mitinqdə 10 min adam var idi. Əgər ləyaqət və şərəfini "odnarazvı" əlcəyə çevirən Aslan İsmayılov kimi məmurun qarşısında yalaqlanacaqsansa, üstəlik, bu məmur sənin cibinə pul qoyub, hörmətlə yola salacaqsa, ancaq sən onun yanından çıxan kimi, dərhal həmin məmur haqqında sosial şəbəkələrdə şər-böhtan yazacaqsansa, iftira tuluğuna çevriləcəksənsə, bununla da olmur. Gənc vaxtı gecələr qarpız satıb, gündüzlər də meydana çıxıb milli maraqlarla, kreslo ilə qarpız kimi rəftar edəcəksənsə, bu da olmayacaq. Ə.Kərimli kimi itirməyə bir şey qalmayıbsa, Azərbacanın Suriyaya çevrilməsini arzulamaq sənin üçün ali məqsəd olacaq. Nə baş verir, a quru bəylər! Halva-halva deməklə ağız necə şirin olmursa, özünüzə "bəy" dedirtməklə də mərd, səxavətli, əsilli-nəcabətli olan deyilsiniz. Əgər hər şey öz adına uyğun xarakterə malik olsa idi, bütün suriyalılar və iraqlılar Pənah Hüseynə pənah aparmalı idilər, İ.Qəmbər rəhmətlik Elçibəyi diriltməyi bacarmalı idi, Ə.Kərimlidən heç nə demirəm, çünki bu adı daşıyan bəlkə də yeganə ermənidir.
P.S. Kimdə nə yoxdursa, ən çox o şeydən danışır. Fikir verirsinizsə, cəbhəçilər agecə-gündüz şərəfdən dəm vururlar. Özü də hünərin varsa, onlara nəyisə qəbahət tut, kollektiv şəkildə şərəfbazlıqla deyirlər ki, əgər cəbhəçi deyilənsə, deməli, şərəfsizsən. Sizin... Tak çto..!