PDF Oxu

Köşə

  • 7 508

Satıb-satılmağa adət etmiş müxalifət

image

Artıq 25 ildir ki, müxalif düşərgənin dağıdıcı təmsilçilərinin xarici təzyiq qruplarının təsiri altında olması və anti-Azərbaycan mövqeli müəyyən dairələr tərəfindən maliyyələşdirilməsi hamıya bəlli olan faktdır. Dağıdıcı düşərgədə yer alan müxalif qüvvələrin daha çox ölkə xaricində özlərinə dəstək axtarmaları da, məhz bununla bağlıdır. O da, bəllidir ki, ötən prezident seçkiləri ərəfəsində, məhz kənar təsirlər, məkrli niyyətlər çərçivəsində formalaşdırılan ölü qurum olan "Milli Şura"ya müxtəlif mənbələrdən 22 milyon manatdan çox vəsait daxil olub. Onu da demək lazımdır ki, bu dağıdıcı və destruktiv qüvvələr ölkə daxilində özlərini siyasi cəhətdən tükəndirdikləri kimi, ölkə xaricində də etimadı çoxdan itiriblər.

Məsələnin maraq doğuran tərəflərindən biri isə ondan ibarətdir ki, indi xaricdə də dağıdıcı müxalifəti, ümumiiyyətlə, saya salan və eşidən yoxdur. Obrazlı şəkildə deyilsə, heç kəs onların üzünə belə baxmaq istəmir. Çünki destruktiv düşərgənin üzdə olan simalarının, məsələn, elə AXCP sədri Əli Kərimlinin etiraf etdiyi kimi, hamını həmişə aldatmaq mümkün deyil. Necə ki, o vaxt sabiq Müsavat başqanı İsa Qəmbər KXCP sədri Mirmahmud Mirəlioğlunu heç cür aldada bilmədi. Eləcə də, Ə.Kərimli artıq kimisə aldadıb siyasi diletantlığa sövq etmək, başqalarının ümidlərini və arzularını öz maraqları naminə xərcləmək iqtidarında deyil.

Dağıdıcı müxalifət satıb-satılmağa, yalan danışmağa öyrəşiblər və bunu adi hal və davranış norması kimi qəbul edirlər. Bu mənada, onların təmsilçisi Cəmil Həsənlinin vaxtaşırı Avropaya və Amerikaya üz tutmasının heç bir praktik əhəmiyyəti yoxdur və müxtəlif Qərb ölkələrinə səfərlər etmələri və orada keçirilən görüşlər, tədbirlər də kifayət qədər baha başa gəlir. Belə olan halda, təqaüdçü C.Həsənli bu vəsaiti haradan alır və görüşlər və tədbirlər adıyla sağa-sola xərclədiyi maliyyəni kimin və nəyin hesabına əldə edir? İstənilən halda, "Milli Şura"nın rəhbəri sayılan C.Həsənlinin ABŞ-da kimlərlə görüş keçirməsi bəllidir və o, ən yaxşı halda, sabiq konqresmenlərdən biri, ya da ABŞ-ın orta statistik məmurunun "müavininin yardımçısının mirzəsi" ilə görüşə bilir.

Dağıdıcı müxalifətin özünə də bəllidir ki, istər ölkə daxilində, istərsə də üz tutduqları və havadar axtardıqları Qərb ölkələrində onlara münasibət kifayət qədər mənfidir. Bu neqativ münasibəti və inamsızlığı isə onlar öz fəaliyyətləri ilə qazanıblar. Artıq xaricdə çox yaxşı başa düşürlər ki, Azərbaycanda alternativ qüvvələr axtarmaq əbəsdir. Ona görə də, əksər hallarda müxalifət və onların liderləri yada düşmür. Müxalifət isə bunun müqabilində xaricə səfər edəndə, ya istefada olan keçmiş siyasilərlə, ya da hansısa araşdırma fondları səviyyəsində görüşlər, toplantılar keçirməklə varlıqlarını nümayiş etdirməyə, özünə və illüziyalardan qopub ayıla bilməyən məhdud elektoratına təsəlli verməyə çalışırlar.

Bütün bunların müqabilində artıq hər kəs görür və bilir ki, Azərbaycanda köhnəlmiş, bir neçə yerə satılmış müxalifət adlananlar heç bir işə gərək deyillər. Bu səbəbdən, onlara Azərbaycan siyasətində qətiyyən yer yoxdur.

Digər xəbərlər