Mayın 28-də Azərbaycan xalqı Respublika Gününün 99-cu ildönümünü coşqu və sevinc hissləri ilə qeyd etdi. Üstəlik, gələn il bu bayramın təntənəli şəkildə qeyd edilməsi üçün, yəni Respublika Gününün 100 illik yubileyi ilə bağlı dövlət başçısı tərəfindən imzalanmış qərar bu sevincə sevinc qatmış oldu. Çünki indiki müasir-müstəqil Azərbaycan dövləti və xalqı, məhz 1918-ci ildə elan edilmiş Azərbaycan Demokratik Respublikasının varisi olaraq bu sevinci yaşamaqda haqlıdır.
Lakin burada məsələyə ayrı cür don geyindirərək, Azərbaycan xalqının tarixini mənimsəməyə, özünküləşdirməyə çalışanların, necə deyərlər, yuyulmamış çömçə kimi ortalığa düşmələri istər-istəməz bəzi məsələləri yenidən nəzərdən keçirməyə vadar edir.
Məsələn, gah 1992-ci ildə hakimiyyətdə olarkən, partiya yaradaraq, həmin partiyasını tarixi Müsavat partiyasının "xələfi" olduğunu iddia edən, gah tarixi şəxsiyyət M.Ə.Rəsulzadənin "mənəvi övladı" (?!-R.N.) olduğunu sərsəmləyən İsa Qəmbər bu dəfə də köhnə adətkarlığından qalmayaraq, mayın 28-də düşüb ortalığa və utanmz-utanmaz "hakimiyyət davası" döyüb. Halbuki onun belə məsələlərdən danışmağa, ümumiyyətlə, nə haqqı, nə də hüququ var!
Xalqın inamla dəstəklədiyi iqtidarı həyasızcasına "rejim" adlandıran bu "KQB" agenti, yarımçıq aspirant, deyəsən, SSRİ-nin gizli kəşfiyyat orqanlarına işləməsi faktlarını unutmağa başlayıb. Rusiya həbsxanalarına, məhz onun agentliyi, yəni "stukaçılığı" ilə tutularaq-salınan onlarla qəhrəman Azərbaycan oğullarının ah-nalələri də bu gün İ.Qəmbərin boynunda qalmaqda davam edir. Biz hələ onun 1992-ci ildə parlamentin spikeri və prezident səlahiyyətlərini icra etdiyi zaman 21 nəfər gəncin həyatına son qoyacaq güllələmə əmrinə atdığı imzasını demirik...
İndi siyasi şərəfini sata-sata siyasi şərəfsizə dönüşmüş bu "bəy", nədənsə, hakimiyyətə iddialı olduğunu hələ də sərgiləməkdədir. Baxaq-görək Müsavat partiyasının saytı onu necə təqdim edir - "Müsavatın prezidentliyə namizədi, MSDM-in sədri İsa Qəmbər"...
Adama deyərlər, 22-23 il Müsavatın başqanı oldun, sonra da zorla öz başqanlıq kreslondan ayrılıb yerini saxtakarlıqlar yolu ilə Arif Hacılıya versən də, yenə "prezident olacağam" xəstəliyindən əl çəkə bilmirsən. Bu xəstəlik bizə 2003-cü ilin prezident seçkilərinin ardınca, daha dəqiq desək, 15-16 oktyabr hadisələrindən sonra İ.Qəmbərin yarım il çölə çıxmadığı və psixiki xəstəliyə tutulması günlərini xatırlatmağa başlayıb.
İndi təzədən "adam" olub, çıxıb ortaya və ağzına gələn qatığı qusur müsavatçıların qarşılarına. Bəli, bu gün Müsavatda İsa Qəmbər-Arif Hacılı avtoritar idarəçiliyi mövcuddur. Məhz bu avtoritar rejimin "liderinin" -İ.Qəmbər agenturasının nəticəsidir ki, hazırda Müsavatın özü bir neçə yerə parçalanaraq məhv olmuş siyasi təşkilata çevrilib. Əgər yaxın zamanlarda bu partiya tamamilə iflasa uğrayıb sıradan çıxarsa, ay müsavatçılar, demədi deməyim, günahı da hakimiyyətdə deyil, bilavasitə, İsa Qəmbər-Arif Hacılı rejimində axtarın!
P.S. Deyəsən, İsa Qəmbərdə siyasi meymunlaşma prosesi də getməyə başlayıb. Necə deyərlər, meymun baxdı güzgüyə, adını qoydu özgəyə...