PDF Oxu

COP29

  • 1 490

Özbəkistan COP29 çərçivəsində milli pavilyonunu təqdim edir - FOTOLAR

image

Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Özbəkistan ölkənin unikal mədəniyyəti, tarixi və təbiəti ilə formalaşan ənənəvi dəyərləri və yanaşmaları nümayiş etdirən milli pavilyon təqdim edir. SİA xəbər verir ki, bu barədə Ekologiya Nazirliyinin mətbuat xidməti məlumat verib.

Pavilyon Özbəkistanın dayanıqlı, ənənəvi materiallarından və ölkənin iqlim şəraitinə uyğunlaşdırılmış, zamanla sınaqdan keçmiş qədim metodlardan istifadə edilərək inşa edilib.

"Bu, memarlıq konsepsiyası ənənəvi özbək həyəti "xovli"yə əsaslanır. Yaşıllıq və üzüm tənəkləri ilə əhatə olunmuş bu ailə həyatı mərkəzi insan və təbiətin harmonik birgəyaşayışını simvolizə edir", - mətbuat xidməti qeyd edib.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) başlayıb. Konfrans 11-22 noyabr tarixlərində keçiriləcək. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev COP29 tədbirlərində iştirak edəcək.

Digər xəbərlər