Mədəniyyət

  • 16 918

Bu yol Heydər yoludur, Ulu Öndər yoludur - (Poema)

image

Heydər Əliyev - 100

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan imzalamışdır.

Valeh Sefiyev

I

İki böyük Türk oğlu
Ərdoğan, Heydər oğlu.
Əsrin nəbzini duyub
Bünövrə, təməl qoyub:
Azərbaycan- Türkiyə
Birliyi, qardaşlığı,
Dostluğu, sirdaşlığı
Tarixlərin şöhrəti,-
Tarixlərdə qalacaq!
Bütün arzu, kamını,
Eşqini, ilhamını,
Əzmini, qürurunu,
İşığını, nurunu
Dünya bizdən alacaq.
Bizim bu birliyimiz
Dünyanın dayağıdır.
Dünyanın rahatlığı,
Dincliyi, növrağıdır.
Bunu duymaq çətindi?!...
...Vaxt çatıb, bu gün, indi
Dünya keçir ələkdən.
Xoşlanmır daha dünya
Xoş olmayan diləkdən.
Kim var kimin yanında?-
Düşmən də bunu görür.
Dərhal, göz qırpmında
Hesabını götürür.

...Vaxt çatıb, bu gün, indi
Dünya keçir ələkdən-
Xoşlanmır daha dünya
Xoş olmayan diləkdən.
Vicdansıslar, qansızlar
Bunu bəzən unudur.-
Həyatın, yaranışın
Əzəli qanunudur:
- Aqillər divanında
Günahlar yüz ölçülür,
Bir doğranıb biçilir.
Günahlar bağışlanır;
Günahkarlar əzilir,
Xırdalanıb kiçilir.

Yalanın ətəyindən
Yapışıb, tutub bərk-bərk,
Yalandan həyat umub
Yalana yalvarmarıq.
Mərdanə doğulmuşuq,
Yenə mərdanə varıq.
Yenə ər oğlu ərik!-
Ədalət istəyirik,
Həqiqət istəyirik.

Tanrının səxavəti;
Qəzəb aşıb-daşanda,
Ədavət qızışanda
Od üstünə su tökən,
Mərd, adil, quran, tikən
Əzabkeş nəsillərin,
Eşq dolu könüllərin
Müqəddəs əmanəti
Bütün Yer kürəsinə
Hürriyyət istəyirik.

Bizim bu birliyimiz,
Qardaş əlbirliyimiz
Dərdlərin, bəlaların
İnsanlığın başından
Sovuşmağı üçündür.
Dünyanın səadətə
Qovuşmağı üçündür.
Qoy vicdanlar oyansın,
Sənin kərəmin artsın.
Qoy dünyanın əşrəfi
Gülərüz insanların
Sayı birə-min artsın.
Yol gedən yolçulara
Gözümüz çıraq olsun.
Qoy bu Türk birliyinə
Arvad-uşağı ilə
Kiçik bacısı ilə
Makron da qonaq olsun.

Mən kimlərdən acizəm,
Cəsarətsiz, gücsüzəm?!-
Mehribanlıq yerinə
Məndən acıq, kin görüb,
Düşmən qoluna girib,
Mənə yad olsun onlar
Mənim böyük Allahım,
Mələk Bayraqdarlarım;
Mənim dəmir yumruğum,
Dəmir əsgərlərim var.
Nə alovdan qorxuruq,
Nə oddan qaçırıq biz,
Sal buzu baltalayıb
Yarıb yol açırıq biz.

Bu yol Heydər yoludur,
Ulu Öndər yoludur.
Bizim arzumuz budur:
Dünya səhmana düşsün,
Kamal qələbə çalsın.
Yer kürəsi, kainat
Arxayın nəfəs alsın
Qoy hamının gözündə
Sevinc atəşi yansın.
Qoy dünyanın başına
Bütün xalqlar, millətlər
Gülə-gülə, qol-qola
Halay vurub dolansın.
Niyyətimiz belədir,-
Qüdrətimiz belədir.

...Bizim bu birliyimiz
Dünyanın dayağıdır.
Dünyanın rahatlığı,
Dicliyi növrağıdır.
Özgədir indi dünya,
Güzgüdür indi dünya.
Bir ötəri baxmaqla,
Bura, bəri baxmaqla
Doğru kimdir bilinir,
Aydınlaşır, tanınır,
Zəkamızın gücünə
Bütün dünya, kainat
Bel bağlayır, inanır.
Bizim qayğımız ilə,
Sual, sorğumuz ilə
Ədavət lənətlənir,
İnsanlıq üzə çıxır.
Dünyanın bu başından
O başına, nə vaxtdır
Silah, sursat yerinə
Ruzi, bərəkət axır.

II

Bizim Turan elləri
Bir müqəddəs ocağın
Başında oturacaq-
Bir sinənin altında
Milyon ürək vuracaq.
Fərəh aşıb-daşacaq,
Hamı doğmalaşacaq.
Əcdadların ruhu da
Min illik bir yuxuda-
Beşiyində uyuyan
Məsum bir körpə kimi
Qucaqlayıb dünyanı
Şirin bir kökə kimi
Sevinəcək, güləcək.-
Bizimlədir sabahlar!
Bizimlədir gələcək!
Əsr Türkün əsridir!
Sülh, toy-düyün əsridir!
Ərzin qismətidir bu,
Şövqi, şəfqətidir bu.

III

İki böyük Türk oğlu
Ərdoğan, Heydər oğlu
Əsrin nəbzini duyub
Bünövrə, təməl qoyub:
Azərbaycan- Türkiyə
Birliyindən güc alıb
Mənim Azərbaycanım,
Mənim ürəyim, canım
Hər sınaqdan üzü ağ,
Alnıaçıq çıxacaq.
Qarşımızda daha da
Geniş, aydın, işıqlı,
Al-əlvan yaraşıqlı
Üfüqlər açılacaq.

IV

Nəsillər dəyişəcək,
Qərinələr ötəcək,
Azərbaycan – Türkiyə
Birliyi, qardaşlığı,
Dostluğu, sirdaşlığı
Eralar qət edəcək.-
Bu yol Heydər yoludur !
Ulu Öndər yoludur !

V

Əsirlərin dolanbac
Əzablı yollarında,
Zülmətlərin daha
Qatılaşan, tündləşən,
Sərtləşən, kömürləşən,
Dəmirləşən vaxtında
Azərbaycan-Türkiyə ! –
Bu birliyin, dostluğun
Qardaşlığın işığı
Həyata qənim çıxan,
Ölüm üçün darıxan,
Qan daman, nəfəs tıxan
Zülmətləri boğacaq.
“Azərbaycan dünyaya
Günəş kimi doğacaq!“
Bu yol Hüydər yoludur !
Ulu Öndər yoludur !

Biləsuvar rayonu

Digər xəbərlər