Mədəniyyət

  • 5 635

Azərbaycan mədəniyyətinin geniş tədqiqatçısı - Sehrana Kasimi -60

image

Səmirə Altay qızı Mi-Bagırzadə, fəlsəfə doktoru, dosent

Dəyərli alimimiz sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, Turan Akademiyasının (Özbəkistan) həqiqi üzvü Kasimi Sehranənin 60-illik yubileyinə həsr olunur

AMEA Memarlıq və İncəsənət İnstitutunun Musiqi tarixi və nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, Turan Akademiyasının (Özbəkistan) həqiqi üzvü Kasimi Sehranənin müxtəlif illərdə yazdığı maraqlı və dəyərli elmi kitabları, məqalələri işıq üzü görmüşdür.
Kasimi Sehranə 1992-ci ildən –Sumqayıt musiqi Kollecində, Azərbaycan Musiqi Konservatoriyasının nəzdində Respublika İncəsənət Gimnaziyasında, 2000 ildən - Müəllimlər İnstitutunun Sumqayıt Filialında baş müəllim, dosent və “İctimai elmlər” kafedrasının müdiri vəzifəsində çalışmışdır. 2011-ci ildən AMEA Memarlıq və İncəsənət İnstitutunun “Qafqaz Albaniyasının incəsənəti və memarlığı” şöbəsində çalışmış, hal-haırda isə fəaliyyətini ”Musiqi tarixi və nəzəriyyəsi” şöbəsində davam etdirir.

2018 –ci ildən o, Sosial Sciences Studies(SSS) – International Refereed & Index. ISSN:2587-1587- İstambul,Turkiyə jurnalının baş redaktorudur.

Azərbaycanda və eləcə də, ölkəmizin hüdudlarından kənarda – Türkiyədə, Rusiyada, Qazaxıstanda, Özbəkistanda, Qırğızıstanda, Tatarıstanda, Başqırdıstanda, Ukraynada, Belarusiyada, Çuvaşıyada və s. ölkələrdə nəşr olunmuş 100-dən artıq elmi məqalələrin müəllifidir və beynəlxalq konfranslarda, seminarlarda Azərbaycan mədəniyyətini yüksək səviyyədə təqdim edir. Üç elmi monoqrafiyanın: “Azərbaycan musiqi mədəniyyəti şərq və qərb kontekstində”(2015) və “Qafqaz Albaniyasının mədəni inkişaf dövrləri” (2018) və “Azərbaycanın mədəni inkişaf dövrləri” (2020) müəllifidir.

Hazırda “Azərbaycan musiqisinin türkdlli Qafqaz xalqlarının mədəniyyəti ilə müqayisəli tədqiqinin aspektləri” mövzusunda doktorluq işi üzərində çalışır.

Sehranə Kasimi elmi əsərlərində, eləcə də yerli və beynəlxalq əhəmiyyətili elmi çixişlarında Azərbaycan mədəniyyətinin müxtəlif sahələrində yeni, maraqlı məsələlərə toxunur, “Azərbaycanın mədəniyyət beşiyi- Şuşa” məqaləsində o, yazır: “...XIX əsrin sonu və XX əsrin əvvəllərində Şuşa - Qafqazın musiqi mərkəzinə çevrilib. ”Şuşa - "Kiçik Paris", "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və "Zaqafqaziyanın konservatoriyası" adlandırılıb. Şəhərdə Sovet dövründə tar, kamança, ud, nağara və digər musiqi alətləri istehsal edən yeganə Şərq Milli musiqi alətləri fabriki fəaliyyət göstərib.

Azərbaycanın digər şəhərləri ilə müqayisədə Şuşada musiqiçilər, xanəndələr, rəqqaslar xüsusilə çox idi... Şuşada, daha sonra Şamaxıda və Bakıda xüsusi musiqi məclisləri, məktəblər açılır...Azərbaycan klassik muğamlarının inkişaf tarixi xanəndə ifaçılıq sənəti ilə sıx bağlı olmuşdur... Xanəndələr - muğamları müqəddəs tutmuş, onları nəsildən-nəslə ötürmüş, inkişaf etdirərək yeni melodiyalarla zənginləşdirmişdir. Bu xalq müğənniləri zamanın sınağından çıxmış, orijinal ifaçılıq məktəbi yaratmışlar. Onların Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük rolu olmuşdur. Şuşa musiqiçiləri Azərbaycan musiqisinin tarixini yazmış, onu təkcə öz vətənlərində deyil, Şərqin başqa ölkələrində də təmsil etmişlər””. (Kasimi Sehrana “Azərbaycanın mədəniyyət beşiy-i Şuşa” X Beynəlxalq Avrasiya zirvəsi elmi tədqiqatlar və innovasiyalar kongresi,16-17 fevral 2023 : Bakı Avrasiya Univesitesi, İksad Enstitusu,Abstrak book ,səh 336-338.)

Sehrana Kasimi 2020- ildə çıxmış “Azərbaycanın mədəni inkişaf dövrləri” monoqrafiyasında Azərbaycan mədəniyyətini qədim dövrdən bu günə qədər geniş və hərtərəfli tədqiq etmişdir. Burada o Azərbaycan musiqi mədəniyyətinin tarixi xronologiyasını, Milli sərvətimiz muğamı, Azərbaycanın mədəni əlaqələrini yeni elmi baxışla tədqiq edib.

2022 –ci ildən musiqişünas alim Müzik araştırmaları dergisinin (Türkiyə) (Dergipark Rast Müzikoloji Dergisi (RMD) (skopus)) idarə heyətinin üzvü (bilim idari heyetinin üyesi) qəbul edilmişdir. Eyni ildə impakt faktorlu Art and Education Dergisinin(Dergipark) idarə heyətinin üzvü seçilmişdir.

Alimin elmi işləri, tədqiqatları, çıxışları, dəyərli əsərləri - müasir mədəniyyətin, xüsusən də musiqinin ən mürəkkəb məsələlərinə dərindən, müdrikliklə yanaşmağın, onların dəqiq, hərtərəfli həlli yollarını tapmaq bacarığının nümunəsidir.Sehranə Kasimi təkcə əsl peşəkar deyil, o həm də diqqətli, müdrük hər zaman ünsiyyətə açıq insandir. Sizə cansağlığı, yaradıcılıq zirvələri, uğurlari arzulayırıq.

Digər xəbərlər