Mədəniyyət

  • 3 172

"Mən bilirdim ki, "Cığır" romanı möhtəşəm alınacaq" ŞƏRH

image

"Mən Yunus Oğuzun "Cığır" romanının haradan, necə başlandığını fikir olaraq bilirəm, hətta roman yazılmamışdan əvvəl Yunus bəy roman haqqında bizə danışırdı və mən elə o zaman da bilirdim, əmin idim ki, necə möhtəşəm bir əsər ortaya çıxacaq. Hansı ki, həm zəfərimizin başlandığı gündən sona qədər, həm xalqımızın, həm millətimizin qəhrəmanlıqlarını, xalq, dövlət birliyini, xalqın dövlətinə və prezidentinə, torpağa və bayrağa bağlılığı orada əks olunur".

Bu sözləri Olaylar.az-a açıqlamasında şair və yazıçı, Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan Şöbəsinin rəhbəri Sayman Aruz Yunus Oğuzun "Cığır" tarixi romanının Dövlət mükafatına layiq görülməsi üçün Azərbaycan Atatürk Mərkəzi tərəfindən namizədliyinin irəli sürülməsinə münasibət bildirərkən deyib:

"Eyni zamanda, Azərbaycan ordusunun misilsiz qəhrəmanlığı orada əks olunubdur. Şuşanın işğaldan azad edilməsi, bilirsiniz, dünya hərb tarixində hər zaman danışılacaq bir hərbi əməliyyat idi və mən bu romanda sadəcə olaraq Şuşanın azad edilməsi ilə bağlı fikirləri deyil, həm də bir millətin azadlığa gedən yolu ilə bağlı müəllifin fikirlərini görürəm. Yəni müəllif əslində "Cığır" romanında xalqın hansı çətinliklərdən keçib, hansı zirvələrə çatmasını da ortaya qoyur. Bu isə elə dünya xalqlarına da bir nümunə olmalıdır. Yəni insanları Şuşa kimi zirvələrə, azadlıq, müstəqillik və bütövlük kimi zirvələrə aparıb çatdıran bir cığırlar var və o cığır da təbii ki, ümummilli xoşbəxtliyi, ümummilli gələcəyi özündə ehtiva edən ideologiyanın əsasında formalaşır. Azərbaycan xalqı üçün bu ideologiya, bütöv azərbaycançılıqdır və çox ləyaqətlə də doğrudan da həm dövlət olaraq, həm xalq olaraq bu ideologiyanı icra edir, duyuruq. Mən təklif edərdim, doğrudan da "Cığır" romanı Dövlət mükafatına layiq görülsün. Bu özü isə digər yazıçılarımıza, xüsusilə də bundan sonrakı zəfərimizi öz əsərlərində əks etdirəcək yazıçılarımıza, gənclərimizə də bir nümunə və örnək ola bilər".

Digər xəbərlər